|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
373
Prezident İlham Əliyev Azərbaycanın ekoloji faktora böyük önəm verdiyini konkret faktlarla
göstərib. O cümlədən ölkə rəhbəri Bakının "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında
Çərçivə Konvensiyası"nın və onun protokollarının, eləcə də "Xəzər dənizində su bioloji resurslarının
mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş"in razılaşdırılması prosesində fəal iştirak etdiyini
deyib. Dövlət başçısı ifadə edib ki, "bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm
nəticəsi kimi cari il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə
Konvensiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair Protokolunun
imzalanmasını yüksək dəyərləndiririk". Bu məsələ Xəzəryanı dövlətlər üçün çox əhəmiyyətlidir.
Xüsusilə İran tərəfi bu məsələyə çox həssas yanaşır. Buna görədir ki, hələ də Xəzərin dibinin və yeraltı
ərazilərinin bölünməsi müəyyənləşməyib. Prezident H.Ruhani sammitdəki çıxışında ayrıca vurğulayıb
ki, bu məsələnin müzakirələrinin davam edəcəyinə ümidlidir.
Məsələ ilk baxışdan göründüyü kimi asan həll edilən deyil. İran qətiyyətlə ikitərəfli və ya üçtərəfli
sazişlərin imzalanması əleyhinədir. Tehran Xəzərin beş bərabər sektora bölünməsini (hər ölkəyə 20 faiz)
doğru sayır. Bütövlükdə isə dəniz ümumi istifadədə olmalıdır. 1998 və 2001-ci illərdə Rusiya, Azərbaycan
və Qazaxıstan Xəzərin dibi və yeraltı ərazilərinin bölünməsi ilə bağlı razılığa gəldilər. 2003-cü ildə isə bu üç
ölkə Xəzərin dibinin bölünməsini dəqiqləşdirdilər. Müqaviləyə əsasən, Rusiyaya Xəzərin dibinin 19 faizi,
Qazaxıstana 29 faizi, Azərbaycana isə 20 faizi düşüb. 2014-cü ildə Qazaxıstan və Türkmənistan da Xəzərin
dibinin bölünməsi ilə bağlı müqavilə imzaladılar. Ancaq İran bunların heç birini qəbul etmədi.
Bu kimi məqamlar, təbii ki, Aktauda imzalanan Konvensiyanın əhəmiyyətini qətiyyən azaltmır.
Azərbaycan və Rusiya Prezidentlərinin öz nitqlərində bu hadisəyə yüksək qiymət verməsi tam əsaslıdır.
Dövlət başçısı İlham Əliyev bəyan edib: "Çıxışımın sonunda əminliyimi bildirmək istərdim ki, sammitdə
qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər
regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək".
Dostları ilə paylaş: |
|
|