Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə443/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   439   440   441   442   443   444   445   446   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
370 
Alman İmperiyası öz xarici siyasətində radikal dəyişiliklər keçirdi və nəticədə Üçlü ittifaq və başqa 
adı ilə Antanta adlanan İngiltərə-Fransa-Rusiya bloku qarşısında bir balans ünsürü olaraq ortaya çıxdı. 
Yuxarıdada qeyd edildiyi kimi , bu ittifaqlar birdən- birə ortaya çıxmayıb , bu bloku meydana gətirən
dövlətlər arasındakı münasibətlərdə uzun müddət davam edən rəqabətlərdən və keşməkeşli proseslərdən 
sonra formalaşmışdır. Beləliklə, Antanta bloku ortaya çıxmış oldu. Üçlər ittifaqı qarşısında belə bir blokun 
ortaya çıxması onu göstərirdi ki , artıq Avropada uzun illər hakim olan Alman üstünlüyü öz nüfuzunu , öz 
gücünü itiridi və yeni bir hərbi- siyasi blokun ortaya çıxması ilə, yeni bir güc sistemi daxil oldu və balans 
sistemi tamamilə dəyişdi. Belə vəziyyətdə, Almaniya həm quruda, həm də dənizdə silahlanmağa başladı. 
Tərəflər arasında həm Üçlər ittifaqı həm Antanta blokunun üzvləri arasında silahlanma yarışı, Avropada 
böhranları şiddətləndirdi. Avropada böhranlar şiddətləndikcə tərəflər arasında silahlanmalar daha da artdı və 
nəticədə dünyanın ən qanlı hadisələrdən biri olan Birinci dünya müharibəsi ortaya çıxdı. 
İki hərbi –siyasi blokun yaranmasından sonra, bu bloklar arasında qarşıdurmalar 1906-ci il və 1911-ci 
illərdə Mərakeş böhranları, 1908-1909-cu illərdəBosniya böhranı, 1912-ci il və 1913-cü il Balkan 
müharibələrinə və nəticədə isə XX əsrin ən böyük müharibəsi olan Birinci dünya müharibəsinə gətirib 
çıxarmışdır. 1911- ci ildən başlayaraq beynəlxalq münasibətlərdə müharibə təhlükəsi daha da artdı. Bu 
onunla izah olunur ki, bölüşdürülmüş dünyanın yenidən bölünməsi uğrunda böyük dövlətlərin mübarizəsinin 
son həddə çatması, eləcə də müstəmləkə ərazilərində də azadlıq hərəkatlarının baş verməsi idi. Hər iki hərbi 
– siyasi blok güclü silahlanaraq sürətlə müharibəyə hazırlaşırdılar. Gərginləşən beynəlxalq vəziyyətdə baş 
verə biləcək kiçik bir münaqişə dünya müharibəsinə səbəb ola bilərdi. 
Bir sıra ədəbbiyatlarda Birinci dünya müharibəsinə səbəb olaraq, Sebiyalı Qavrila Prinsipin 
Avstriyanın gələcək vəliəhdi olan Frans- Ferdinantı sui- qəsdlə öldürülməsi kimi göstərilsədə , Birinci dünya 
müharibəsinin əsas səbəbi zəifləyən Osmanlı imperiyasının bölüşdürülməsi uğrunda böyük dövlətlərin 
qarşıdurmaları idi.Bütün bu qarşıdurmalar , münaqişələr XX əsrdə İkinci dünya müharibəsinə qədərki ən 
qanlı müharibə olan – Birinci dünya müharibəsinə gətirib çıxardı.Birinci dünya müharibəsində təkcə 
təqsirkar olan imperiya Almaniya deyildi. XIX əsrin ikinci yarısı və XX əsrin birinci yarısında iri kapitalist 
ölkələri arasında baş verən münaqişələr və kiçik müharibələr nəticədə dünya müharibəsinə gətirib çıxarmışdı 
ki , bu müharibə 1914-cü ildə başlamış və dörd il sonra ağır nəticələrlə yekunlaşmışdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   439   440   441   442   443   444   445   446   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə