Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
372
Məlumdur ki, Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, srtateji və iqtisadi baxımdan dünyanın
siyasi xəritəsində əhəmiyyət kəsb edir. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi də
Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir. Ona görə də dövlətimiz həm
qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət
yürütməkdədir. İlk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas götürülür.
Uzun illərin gərgin müzakirələrindən sonra beş Xəzəryanı ölkə Qazaxıstanın
Aktau şəhərində
Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı çox mühüm sənəd imzaladılar. Bu hadisəyə bir
sıra dövlət başçıları tarixi qiymət verdilər. Mütəxəssislər və kütləvi informasiya vasitələri də baş
verənlərə böyük maraq göstərdilər. Qərb mətbuatı əldə edilən razılıqları daha çox "siyasi mövqe"dən
dəyərləndirməyə çalışır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa
ölkələrin bəzi nəşrləri
Xəzərin hüquqi statusunun müəyyənləşməsini Rusiyanın böyük qələbəsi kimi təqdim etməyə cəhd
göstərirlər. "The Guardian", "Le Monde", "The New York Times" və başqa nəşrlərdə imzalanan
Konvensiyanın Moskvaya verə biləcəyi geosiyasi dividendlərdən bəhs edilir. Ancaq, bizcə, hadisə daha
geniş kontekstdə əhəmiyyət kəsb edir. Onu hansısa bir region dövlətinin uğuru kimi təqdim etmək
reallığa uyğun deyil. Bu məqamı nəzərə alaraq Aktau sammitinin geosiyasi, mədəni, ekoloji, iqtisadi və
energetik əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.
İmzalanan səkkiz sənəd: gərgin işin yekunları. Nəhayət, uzun illərdir dünyanı narahat edən bir
problem də aradan qaldırıldı. "Xəzər beşliyi" dövlətlərinin başçıları Qazaxıstanın
Aktau şəhərində V
Zirvə toplantısında mühüm sənədlər imzaladılar. Bu hadisəyə geniş reaksiya verilməsi tam gözlənilən
idi. Çünki Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması iqtisadi, enerji, siyasi, hərbi, ekoloji və
geosiyasi risklər yaradırdı ki, bu da istənilən an regionda gərginliyə yol aça bilərdi. Hətta bir neçə dəfə
hövzə ölkələri arasında münasibətlər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi ucbatından
gərginləşmişdi.
Etiraf edək ki, münasibətlərdəki gərginlik Azərbaycan rəhbərliyinin təmkinli və qətiyyətli
mövqeyi sayəsində hərbi münaqişəyə çevrilmədi. Həmin hadisələr artıq geridə qalıb və üzərlərində
dayanmağa ehtiyac yoxdur. Lakin Xəzərin statusunun müəyyən edilməməsinin hansı təhlükəli nəticələr
verə biləcəyi faktını da unutmaq olmaz. Hazırkı mərhələdə həm də ona görə ki, supergüclərin müxtəlif
regionlarda nüfuz uğrunda mübarizəsi çox intensiv xarakter alıb.
Konkret desək, ABŞ, Rusiya və Çin hazırda beynəlxalq miqyasda çox fəal addımlar atırlar.
Xəzərin strateji bir
məkan olduğunu nəzərə alsaq, burada hər an böyük təsirləri olan qarşıdurmanın
meydana gəlmə ehtimalının az olmadığı qənaətinə gəlmək mümkündür. Bu səbəblərdən Aktau
sammitini siyasi liderlər haqlı olaraq "tarixi hadisə" kimi qiymətləndirirlər. Ekspertlər və KİV orqanları
da onu geniş şərh edir, analizlər aparır və proqnozlar verirlər. Beləliklə, avqustun 12-də Aktauda hansı
tarixi hadisə baş verdi?
Öncə vurğulayaq ki, Aktau sammitindən bir gün əvvəl Prezident Nursultan Nazarbayev "tarixi
sənədlərin imzalanacağı"nın anonsunu vermişdi. Qazaxıstanın Xəzər sahillərindəki füsunkar görkəmli
şəhərinə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan Prezidentləri toplaşmışdılar.
Onlar
keçən əsrdən bu yana davam edən müzakirələrin nəticələrini təsdiqləyən sənədlər imzalamalı idilər.
Prezidentlər sammitdə səkkiz sənəd – "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya",
"Beşinci Xəzər sammitinin Kommünikesi", "Xəzər dənizində terrorizmlə mübarizədə əməkdaşlıq
haqqında Protokol" və daha beş sənədi imzaladılar. Həmin sənədlərdə mütəşəkkil cinayətkarlıqla
mübarizədə əməkdaşlıq, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat sahəsində əməkdaşlıq, münaqişələrin
aradan qaldırılması, sərhəd qurumlarının əməkdaşlığı kimi məsələlər ifadə edilib.
Kommünikedə ayrıca vurğulanır ki, bu sənəd Xəzərin müasir tələblərə cavab verən və sahilyanı
dövlətlərin hərtərəfli qarşılıqlı əlaqələrinin bundan sonra da intensivləşməsinə imkan yaradan hüquqi
rejimini müəyyənləşdirir. Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, tərəflər arasında olan fikir
ayrılıqları tədricən ciddi diplomatik təşəbbüslər sayəsində aradan qaldırılıb. Lakin onların hamısı Aktau
sammitində də öz həllini tapmayıb.
Əldə olunan razılıqların səmərəli yerinə yetirilməsi üçün Prezidentlər xüsusi beştərəfli
məsləhətləşmə mexanizmlərinin işlənib hazırlanması barədə razılığa gəliblər.
Sənəddə qeyd olunur ki,
Xəzəryanı dövlətlərin hökumətləri tərəfindən ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika,
innovasiya, turizm, informasiya və başqa sferalarda əlaqələrin gücləndirilməsinə dair razılaşmalar
böyük məmnunluq doğurub. Bu bağlılıqda 2019-cu ildə Türkmənistanda Birinci Xəzər İqtisadi
Forumunun keçirilməsi haqqında ortaq fikrə gəlinməsi də yüksək qiymətləndirilir.