Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə490/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   486   487   488   489   490   491   492   493   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
412 
Qamma-qamma üsulu səpələnən qamma şüaların intensivliyinin qeyd edilməsinə, neytron-qamma 
karotajı isə ikinci dərəcəli qamma kvantların intensivliyinin qeyd edilməsinə əsaslanır və hər iki üsul 
məsaməlilik əmsalının təyinində istifadə olunur. Neytron karotajı üsullarına əsasən su-neft əlaqəsinin, 
impuls-neytron neytron karotajı məlumatlarından qalıq neft-qaz doyumluluğun təyinində və s., məsələlərin 
həllində geniş tədbiq olunur. 
Son dövrlərdə QK-ın bir növü olan spektral qamma-karotajından da geniş istifadə edilir. Cihazlar 
vasitəsilə radioaktiv elementlərdən şüalanan hissəciklərin spektrləri təyin edilərək süxurun tərkibindəki 
radioaktiv elementin növü və qatılığı müəyyənləşdirilə bilir. Radioaktiv elementlərin süxurlarda iştirak etmə 
nisbətləri süxurun litoloji variasiyasının təyin edilməsinə imkan yaradır. Spektral qamma karotajı 
məlumatlarından çöküntütoplanma şəraitinin və gillərin tərkibinin öyrənilməsində istifadə edilir.
Təqdim olunan işdə məhz bu kimi məsələlərin həllinə baxılmışdır. Daha sonra radioaktiv karotaj 
üsulları kompleksindən istifadə edərək kollektor layların məsaməliyi, keçiriciliyi, gilliliyi və qalıq neft-qaz 
doyumluluğu təyin edilmişdir.
Tədqiqat obyekti kimi Cənubi Xəzər hövzəsinin yataqları götürülmüşdür. 
Həmçinin təqdim olunan işdə spektral qamma karotajı məlumatlarına görə tədqiqat obyektində quyu 
kəsilişi üzrə çöküntü toplanma şəraiti öyrənilmişdir. Eyni zamanda gillərin mineral tərkibi təyin etmək 
mümkün olmuşdur. 
Bununla belə işin aktuallığına uyğun olaraq müasir proqram paketlərindən istifadə etməklə diaqramlar 
və petrofiziki kəmiyyətləri səciyyələndirən fəza modellər qurulmuş və təhlil edilmişdir. 
 
 
QUYU MƏLUMATLARININ KƏMİYYƏT İNTERPRETASİYASININ NƏTİCƏLƏRİNƏ GÖRƏ 
ÇÖKMƏ SÜXURLARIN GENEZİSİNİN ÖYRƏNİLMƏSİ 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   486   487   488   489   490   491   492   493   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə