Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
409
BEŞBARMAQ VƏ ÇIRAQQALA ÜST YURA RİF QURUMLARININ LİTOLOGİYASI
Baxşalıyev K.T.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:
bakhshaliyev.kanan.97@gmail.com
Rif qurumları ilə əlaqədar iri neft-qaz yataqları məlumdur. İran körfəzinin bir sıra böyük yataqları
Təbaşir yaşlı riflər ilə əlaqədardır. Hazırda dünyada məlum olan neft yataqlarının 45% -i rif qurumlarında
aşkar edilib. Cənubi-Şərqi Qafqazın Üst Yura rif qurumları hələ XX əsrin 50-ci illərində V.Y.Xain və
N.B.Vassoyeviç tərəfindən öyrənilmişdir. Həmin illərin sonlarında Cənubi-Şərqi Qafqazın Üst Yura rif
qurumları ilə A.Q.Əliyevin rəhbərliyi altında bir sıra sedimentoloq və stratiqraflar məşgul olmuşlar.
Təxminən 2000-ci illərdə Cənubi-Şərqi Qafqazın rif qurumlarını R.Q.Babayev öyrənmiş və onun
doktorantura dissertasiya işi bu problemə həsr olunub. XXI əsrin 12-ci illərində Cənubi-Şərqi Qafqazın rif
qurumları sedimentoloji mövqeydən Ç.M.Xəlifəzadə tərəfindən hərtərəfli öyrənilib və onların baryer tip
riflərə aid olması təsdiq olunub.
Anаlitik tədqiqatların lazım оlan səviyyədə aparılması üçün çöl işlərinin mütəхəssislər səviyyəsində
fundamental aparılmasına ehtiyac yaranmışdır. Biz prof. Ç.M.Хəlifəzadənin iştirakı ilə mövcud problemi
lazımi səviyyədə həyata keçirməyə nail olduq. Bu məqsədlə biz Сənub-Şərqi Qafqazın yüksək dağlıq
zonasında 3 struktur-fаsial zоnada 11 rif qurumu morfologiyasını, onların kəsilişlərini və ətraf süxurlarla
əlaqəsini, eləcə də fasial-genetik quruluşunu, katagenezini öyrəndik. Həmçinin müxtəlif genetik tip
süхurlаrdan laboratoriyada kompleks fiziki-kimyəvi tədqiqatlar üçün 70 əsaslı nümunə topladıq və onlar
üzərində kompleks laboratoriya tədqiqatları apardıq.
Abşeron-Balxanyanı və Şimali Abşeron çökəkliyində tektonik zonanda, mezozoy çöküntülərindəki rif
qurumlarının yayılması konsepsiyası XX əsrin 70-80-ci illərində bir sıra geoloqlar və geofiziklər tərəfindən
irəli sürülmüşdür. Həmin dövrdə aparılmış müxtəlif meridional və en dairəsi istiqamətindəki seysmik
kəşfiyyat işləri və profillərin qurulması əsasında Üst Yura və Təbaşir çöküntülərində rif qurumlarının varlığı
təstiq edilmişdir. Daha sonralar Cənub-Şərqi Qafqazın Üst Yura rif qurumları geofiziklərin diqqətini də cəlb
etmişdir.
Lakin qeyd etmək lazımdır ki, Cənub-Şərqi Qafqazın Üst Yura rif qurumlarının fasial-genetik
əlamətləri, morfologiyası, ətraf mühitlə əlaqəsi və paleocoğrafi əmələgəlmə şəraiti üzrə xüsusi tədqiqatlar
indiyə kimi aparılmamışdır, bu səbəbdən də onlar haqqındakı biliklər hələ də ilkin səviyyədə qalıb. Bununla
əlaqədar Üst Yura rif qurumlarının Abşeron-Balxanyanı zonada 3-6 km dərinlikdə yayılması haqqında əldə
olunan nəticələr Cənub-Şərqi Qafqazın Üst Yura rifogen süxurların fundаmental araşdırılmasında böyük
ehtiyac yaratmışdır. Cənub-Şərqi Qafqazın Üst Yura rifogen süxurlarının morfoloji və fasial-genetik
quruluşunun və katagenetik dəyişmələrinin öyrənilməsi, onların sedimentoloji-paleocoğrafi mövqeydən
araşdırılması, depresiyada Üst Yura rif qurumlarına yönəldilmiş geoloji kəşfiyyat işlərinin səmərəliyini xeyli
artıra bilər.
Bir üzvü materiya kimi Üst Yura mərcan riflərin uzun müddət davam edən müxtəlif termodinamik
şəraitlərdə baş vermiş litogenetik proseslər nəticəsində onların abiogeneziyasının keçmə mərhələlərinin
fiziki-kimyəvi mahiyyətinin açıqlanması litogenez nəzəriyyəsinin daha dərindən dərk olunmasında, həmçinin
inkişafında müstəsna rol oynaya bilər.
Sоn mərhələdə Cənub-Şərqi Qafqazın Üst Yura baryer riflərin kompleks öyrənilməsi onların Cənubi
Xəzər çökəkliyinin Şimal bortunda neft-qaz potensialının düzgün və obyektiv qiymətləndirilməsinə imkan
yaradır. İndi dissertasiya mövzusunun işlənilməsinin qarşısında duran əsas məsələ R.Q.Babayevin
paleontoloji tədqiqatlarının nəticələrini Cənub-Şərqi Qafqazın rif qumlarının fundamental öyrənilməsində
əsas kimi paradiqma qəbul edərək, onları sedimentoloji mövqeydən öyrənmək və sedimentoloji tiplərinin
aşkarlanmasına nail olmaqdır.
Bundan başqa, rif qumların ətraf süxurlarla əlaqəsini müəyyənləşdirmək, onların kimyəvi-mineraloji
tərkibini araşdırmaq, eləcə də, riflərin litogenezin inkişaf mərhələlərində onların kimyəvi və mineraloji
tərkibinin evolyusiyasının, abiogeneziyasınının öyrənilməsi və rifogen çöküntülərin paleocoğrafi modelini
yaratmağa nail olmaqdır.
Aşağıdakı cədvəldə Cənub-Şərqi Qafqazın Üst Yura rif qurumlarının kimyəvi tərkibi götürülmüş
nümunələrə əsasən tərtib edilmişdir.
|