Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
406
suvurma quyularına, uzunluğu 200 km-dən çox olan, estakadadan xidmət edilir.Yataq qırılmalar vasitəsi ilə
6 tektonik bloka bölünmüşdür və yataqda MQ-ın 26 obyekti iştirak edir ki, bu obyektlərində hamısı
məhsuldar obyektlərdir. Hazırda burada 22 obyekt istismar olunur. İşlənmənin əvvəlindən başlayaraq
yataqdan 169612 min t. neft, 13145 mln m
3
həll olmuş qaz hasil edilmişdir. Yataq üzrə son neftvermə əmsalı
0.49, cari neftvermə əmsalı isə 0.46 təşkil edir. İşlənmənin əvvəlindən yatağda 1804 quyu qazılmış, istismar
fondunda olan quyuların sayı 338-dir . Gündəlik orta neft hasilatı bir quyu üçün 7.1 t, maye üçün isə 11.6 t
təşkil edir .
Qalıq ehtiyatların səmərəli mənimsənilməsi problemi Neft Daşları yatağı III tektonik blokunda QD
2
istismar obyektinə də aid edilir. Buna görə də istismar obyektinin ilk növbədə qalıq neft ehtiyatlarının sahə
üzrə paylanması və s. məsələlərinə baxılmalıdır. İstismar obyekti ehtiyatlarının səhə boyunca paylanmasını
müəyyənləşdirmək çoxölçülü geoloji-geofizikı və mədən məlumatlarının toplanması, tətbiqi və alınan
nəticələrin kompleks istifadəsilə bağlıdır. Hər bir quyu üzrə mədən-geofiziki məlumatlar toplanır, emal
edilir, effektiv qalınlıq, məsaməlik, neftlədoyma parametrlərinin qiymətləri təyin edilir. Sahə boyunca xətti
ehtiyatların paylanmasının müəyyən olunması kraykinq və həcm üsulunun kompleks istifadəsi ilə həyata
keçirilir. İstifadə olunan metodika xüsusi alqoritm, proqram əsasında realizə edilir və aşağıdakıları özündə
əks etdirir: quyular üzrə geoloji-geofiziki parametrlərin qiymətlərini nəzərə almaqla xətti ehtiyatlarının
paylanması; toplanmış neft hasilatının səhə üzrə paylanması; qalıq (geoloji və çıxarılabilən) neft
ehtiyatlarının sahə üzrə paylanması xəritələri.
Layların neftverimini artıran təsir üsullarının effektli istifadəsinin geoloji-texnoloji səciyyəsi bəzi
alimlərin təsnifat modellərində qeyd edilmişdir. Müəyyən olunmuşdur ki, bu üsulların tətbiqində dörd para-
metr əhəmiyyətli rol oynayır. Həmin parametrlərə lay şəraitindəki neftin özlülüyü, istismar obyektinin yatım
dərinliyi, kollektor süxurların keçiricilyi, neft ehtiyatlarından istifadə dərəcəsi daxildir. Məhz həmin
parametrlərin qiymətlərinə istinad edərək təsnifat modeli yaradılmışdır ki, bu da layların neftverimini artıran
təsir üsullarının tətbiq dairələrini aşkar etməyə imkan yaradır. Bunlara lay şəraitində neftin özlülüyü, istismar
obyektlərinin yatım dərinliyi, kollektor süxurların keçiriciliyi, ehtiyatlardan istifadə dərəcəsi aiddir.
Təkmilləşdirilmiş kompleks sahəvi araşdırma (KSA) üsulu ilə Neft-Daşları yatağında MQ-ın QALD-
nin - QA
1ü
, QA
1
, QA
2
, QA
3
horizontları üzrə: yataqda qazma zamanı quyularda geofiziki üsullarla tədqiqat;
işlənmə dövründə tədqiqat obyekti üzrə toplanmış mədən geologiyası məlumatları; tədqiqat obyekti üzrə
işlənmə dövründə toplanmış dinamik rejimdə mədən geofizikası və hidrodinamiki üsulları ilə ölçülmüş quyu
tədqiqatı məlumatları əsasında tədqiqat işləri yerinə yetirilmişdir.
Nəticələr:
- QALD-nin işlənmə dövründə süzgəc açma mərhələlərini nəzərə almaqla, quyulardan çixarılan neft
və vurulan su həcmiləri haqqında geoloji məlumatlarını toplayib təhlil edərək, ayrı-ayrı horizontların
kəsilişdə bölgüsünü aparmaqla, drenaj və vurulan su ilə əhatə radiuslarının təyin edilməsi;
- məsaməlik və qazıma dövrü üçün horizontlar üzrə neft-qazladoyumluq parametrlərinin petrofiziki
modellərinin tərtib edilməsi;
- ilkin balans neft ehtiyiyatından çixarılan neft həcmi tapılmaqla, neftvermə əmsalı ilə ilkin neft-
qazladoyma əmsalından hər bir horizontun quyu kəsilişində cari neft-qazladoyumluq əmsalı hesablanaraq,
təhlil edilib tapılan orta qiymətlərin əsasında, obyektin cari neft-qazladoyumluq parametrlərinin petrofiziki
modellərinin tərtib edilməsi;
- horizontların tektonik bloklar üzrə ilkin və qalıq balans neft ehtiyatlarının dəyərləndirilməsi.
Dostları ilə paylaş: