Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə482/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   478   479   480   481   482   483   484   485   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
404 
Ətraf mühitin çirklənməsi nəticəsində dəyən zərərin iqtisadi qiymətləndirilməsi aşağıdakı çirklənmə 
növləri üzrə aparılır: havanın çirklənməsi, suyun çirklənməsi, torpağın çirklənməsi, təbiətin fiziki amillərlə 
çirklənməsi, bioloji mənbələrə zərər. 
Mütəxəssislər ətraf mühitin çirklənməsinin bütün növlərindən dəyən ziyanın müəyyənləşdirilməsi 
üçün metodlar hazırlamışlar. Qarşısı alınan zərərin dəyərini müəyyən edən əsas amillərdən biri ekoloji 
proqramların icrasına nəzarət hesab edilir. Məzmunca bu müxtəlif idarəetmə səviyyələri və müəssisənin 
bölmələri üçün ekoloji idarəedilməsinin məqsəd və vəzifələri sistemindən ibarətdir. 
Ekoloji-iqtisadi ziyanın qiymətləndirilməsinə dair mövcud yanaşmaları ümumiləşdirərək, onu sxematik 
olaraq iki komponent şəklində təqdim etmək olar: pulla ifadə olunan təbii itkilər və mənfi nəticələrin aradan 
qaldırılmasına və ya deqradasiyaya uğramış resursların əvəzlənməsinə sərf edilən xərclər. 
Təbii zərərin məbləği (P
i
), eləcədə onun təsərrüfat fəaliyyətinə göstərdiyi təsirin aradan qaldırılmasına 
sərf edilən xərclər (Z) iqtisadi zərərin dəyərini (U) müəyyənləşdirir. Ümumi halda, bu asılılıq aşağıdakı 
kimidir:
)
,
(
Z
P
f
U
i

Təbii itkilərə, ilk növbədə, təbii ehtiyatın birbaşa məhv edilməsi və bu cür məhv nəticəsində 
iqtisadiyyata birbaşa ziyan vurulması daxildir.Məsələn, faydalı qazıntıların açıq şəkildə çıxarılması, sənaye 
obyektlərinin inşası üçün kənd təsərrüfatı sahələrinin ayrılması, su anbarları tikintisi zamanı və s. torpaqların 
məhv edilməsi buna misal ola bilər. 
Meşələrin yanğınlardan, qırılmalardan və havanın çirklənməsindən məhv olması birbaşa itkilərə səbəb 
olur. Bəndlərin inşası zamanı, su obyektləri zərərli maddələrlə çirkləndikdə, su hövzələrinin termal 
çirklənməsi və mavi yaşıl yosunların inkişafı nəticəsində suda oksigen tərkibinin azalması nəticəsində 
birbaşa ziyan vurulur 
Birbaşa itkilərdən (təbii zərərdən) başqa, ekoloji-iqtisadi ziyana, təbii mühitin çirklənməsi və ya 
tükənməsinin nəticələrinin aradan qaldırılması zərurətindən yaranan xərclər də daxildir.
Onların dəyəri bu 
təsirin müxtəlif iqtisadi obyektlərə mənfi təsirlərini kompensasiya etmək xərcləri ilə müəyyən edilir.
Bu, ilk 
növbədə təmizləyici qurğuların quraşdırılması və istismarı xərcləridir.
Onların dəyəri gözlənilən təmizlənmə 
dərəcəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir: təmizləmə yüksəldikcə təmizləyici qurğuların xərcləri 
də getdikcə artır. 
Havanın çirklənməsindən yaranan zərər, verilən ərazi daxilində çirkləndirici maddələrin (μ) vahid 
toksikliyə gətirilmiş ümumi kütləsindən (şərti ton / il), bir şərti ton tullantınınn xüsusi zərərinin (γ) 
dəyərindən, mənbə (f) tərəfindən yayılan çirkləndiricilərin seyrəlmə xüsusiyyəti və şəraitləri və ərazilərdə 
havanın çirklənməsinin nisbi təhlükəsini (σ) nəzərə alan ölçüsüz əmsallardan asılıdır.
Bütün bu göstəricilərin 
hesablanması da olduqca mürəkkəbdir. Yuxarıda göstərilən parametrlər nəzərə alınmaqla atmosfer 
çirklənməsindən illik zərərin qiymətləndirilməsi aşağıdakı düsturla müəyyən edilə bilər: 







а
У
а
Su hövzələrinin və torpağın çirklənməsindən itkilər oxşar şəkildə hesablanır. 
Beləliklə, ekoloji-iqtisadi ziyan mürəkkəb bir dəyərdir və müxtəlif təbii mühitlərin - hava hövzəsinin, 
su mənbələrinin, torpaqların, meşə ekosistemlərinin və s.-nin çirklənməsindən müəyyən növ ətraf mühitə 
dəyən zərərdən ibarətdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   478   479   480   481   482   483   484   485   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə