Ministry of education of azerbaijan republic sumgayit state university


BÖYÜK QAFQAZIN DAĞ-MEŞƏ LANDŞAFTINDA EKZOGEN RELYEF FORMALARINI



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə480/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   476   477   478   479   480   481   482   483   ...   579
magistr2021 3 2

BÖYÜK QAFQAZIN DAĞ-MEŞƏ LANDŞAFTINDA EKZOGEN RELYEF FORMALARINI 
ƏMƏLƏ GƏTİRƏN PROSESLƏRİN TƏHLİLİ 
 
Abıyev E.İ. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:emilabiyev37@gmail.com 
Azərbaycan Respublikasını fiziki baxımdan təhlil etdiyimiz zaman görmək olar ki,Böyük Qafqazın 
relyefi çox mürəkkəbdir. Bunun səbəbi həm endogen həmdə ekzogen proseslərin təsir etməsidir.Böyük 
Qafqazın dağ-meşə qurşağı şimal-şərq hissədə böyük sahəni əhatə edir.Onun formalaşmasına antropogen 
amillər müəyyən zaman çərçivəsində əks təsir göstərir.Kiçik Qafqazla müqayisədə burada nisbətən az 
dəyişiklik olmuşdur təbiətinə nəzər saldıqda əhəmiyyətli təbii komplekslərin olduğunu deyə bilərik. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
403 
Böyük Qafqazın dağ-meşə zonasında illərlə antropogen fəaliyyət davam etmiş və dəyişikliyə məruz 
qoymuşdur.Müxtəlif yaşayış məntəqələrinin və təsərrüfat obyektlərinin sayı hələdə artmaqda davam 
edir.Lakin bu dəyişikliklər sadəcə bizim gözümüzlə gördüyümüz nəticələri bizə təqdim edir.Ekzogen relyef 
formalarının qüvvətli təsiri nəticəsində dağ-meşə landşaft zonalarında köklü sürətdə dəyişiklik baş vermiş və 
landşaftın erroziyaya uğramasına səbəb olmuşdur. 
Böyük Qafqazın dağ-meşə landşaftında müxtəlif xarici proseslər baş verir.Yeraltı suların fəaliyyəti, 
axar suların fəaliyyəti, buzlaqların təsiri , küləklərin fəaliyyəti, hər biri fərqli relyef formaları 
yaradır.Buzlaqların təsiri nəticəsində troq sirk və digər relyef formaları yaranır.Sürüşmələr yeraltı suların 
fəaliyyəti nəticəsində genişlənib ətraf ərazilərə mənfi təsir göstərərək ziyan verir.Bunlara qarşı dövlət 
fitomelorativ tədbirlər həyata keçirir. 
Bundan əlavə qeyd etmək lazımdır ki buzlaqların fəaliyyəti olduqca böyük olduğu üçün Şahdağ 
Babadağ Bazardüzü və.s. kimi böyük ərazilərdə buzlaq relyef formalarını geniş formada görmək 
olar.Ekzogen proseslər relyef əmələ gətirərkən xaricdən böyük qüvvə sərf edərək böyük dəyişiklik yaradır. 
Dağ-meşə landşaftının yaranmasında ekzogen və endogen proseslər qarşılıqlı əlaqədə olur həm daxili 
həmdə xarici qüvvələrlə prosesi tamamlayır.Bəzi hallarda müsbət tərəfləri olsada təbiətə qarşı amansız 
tərəfləri də vardır.İlk növbədə buzlaqlar daha sonra sürüşmələr landşaftı eroziyaya uğradır.. 
Bu proseslərin landşaft komplekslərinə mənfi təsirinin qarşısını almaq üçün texniki avadanlılar inkişaf 
etdirilməli böyük tədqiqatçılar işə cəlb olunmalı təhsil ocaqlarında yüksək ixtisaslı kadrlar yetişdirilərək 
ekzogen proseslərin təhlilinə dair praktiki işlər yerinə yetirilməlidir. 
Landşaftın birinin pozulması digər landşaftlarında məhvinə gətirib çıxarır.Dağ meşə landşaftında 
ekzogen prosesləri təhlil edən zaman görürük ki ərazilərin diferensiasiyası prosesləri artır. Relyefin 
yaranmasında bir sıra amillər olsada bəziləri passiv rolda çıxış edir və landşaftın ümumi formasına elə də 
təsir göstərmir. Passiv amillər dedikdə ərazinin geoloji quruluşu onun hissələri yəni süxurların litoloji, 
kimyəvi tərkibi, fiziki xüsusiyyətləri, rəngi və.s. aiddir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   476   477   478   479   480   481   482   483   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə