Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
401
Tədqiqatın əsas məqsədi torpaq sahələrində torpaqların münbitliyinin artırılması üçün onların
morfoloji, fiziki və mexaniki xassələrinin öyrənilməsindən ibarətdir.
Tədqiqat obyeki kimi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən
Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin torpaq sahələri götürülmüşdür.Mövzu yerinə yetirilərkən
müstəqillik dövründə ölkəmizdə təhsil haqqında qəbul olunan Yeni islahatlar və Dövlət Proqramına uyğun
olaraq uzun müddətli perspektiv planların müddəalarından, coğrafiyanın tədrisi metodikasına,
torpaqşünaslığa aid metodikalardan, uyğun ədəbiyyat, çöl, xəritə və internet saytlarından materiallar
toplanmışdır.
Tədqiqat işində eyni zamanda tarixin ayrı-ayrı inkişaf mərhələlərində xarici ölkələrdə, o cümlədən
Azərbaycan və Naxçıvan MR-də coğrafiyanın tədrisi metodikasına aid tədqiqat aparan alimlərin
monoqrafiya, metodik vəsait, xəritə materialları və müasir tələblərə cavab verən iş təcrübələrindən istifadə
olunmuşdur.
İşin əsas məzmununda seçilmiş torpaq sahələrində torpaqların münbitliyinin artırılması üçün onların
morfoloji, fiziki və mexaniki xassələrinin öyrənilməsi üçün nümunələrin götürülməsi üçün torpaq kəsimləri
qoyulur. Aparılan tədqiqatın məqsədindən asılı olaraq dörd müxtəlif böyüklükdə kəsim aparılır (Şəkil 1):
- Dərin kəsim;
- Tam (ikinci dərəcəli) kəsim;
- Yarım kəsim;
- Dayaz kəsim.
Şəkil 1.
Şəkil 2
Torpaq sahələrində torpaqların münbitliyinin artırılması üçün onların morfoloji, fiziki və mexaniki
xassələrinin öyrənilməsi üçün nümunələrin götürülməsi üçün torpaq torpaq burundan da istifadə olunur
(Şəkil2).
Sahədə torpaq kəsimi qoyulduqdan və yaxud Torpaq burundan istifadə etməklə ilk növbədə götürülən
nümunələrin morfoloji əlamətləri müəyyənləşdirilir. Torpaqəmələgəlmə prosesləri nəticəsində ana dağ
süxurdan torpaq törəyir. O, bir sıra vacib xassə və əlamətlər əldə edir, onda torpaqəmələgətirən süxurda
olmayan yeni maddələr yaranır. Torpaq genetikhorizontlara parçalanır və yalnız ona məxsus xarici və ya
morfoloji əlamətlər əldə edir.
Beləliklə, torpaqtorpaqəmələgətirən süxurdan təkcə münbitliyinə görə deyil, morfoloji əlamətlərinə
görə də fərqlənir. Morfoloji əlamətlərinə görə torpağı ana süxurdan, bir torpağı başqa torpaqdan ayırmaq,
həmçinin torpaqəmələgəlməprosesinin istiqamətini və özünü ifadəetmə dərəcəsini fərqləndirmək
mümkündür.Torpağın əsas morfoloji əlamətləri. Torpağın əsas morfoloji əlamətlərinə torpaq profilinin
quruluşu, torpağın və ayrı-ayrı horizontların qalınlığı, rəngi, qranulometrik tərkibi, strukturu, kipliyi, yeni
törəmələr və s. aid edilir.
Torpaq profilinin quruluşu-torpaq horizontlarının şaquli istiqamətdə aşağıya doğru müəyyən
qaydadadüzüldüyü torpaq profilinin xarici görünüşüdür. Horizontlar bir-birindən rənginə, strukturuna,
kipliyinə və başqa morfoloji əlamətlərinə görə fərqlənir.
Torpaqların mexaniki tərkibi. Torpaq müxtəlif dərəcədə xırdalanmış mineral və qismən üzvi hissələrin
qarışığından ibarətdir. Müxtəlif böyüklükdə hissəciklərin faizlə ifadə olunan nisbi miqdarı torpağın mexaniki
tərkibi adlanır (Şəkil 3).