Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə479/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   475   476   477   478   479   480   481   482   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
402 
Şəkil 3. Müxtəlif ölçülü mexaniki tərkibə malik olan torpaq nümunələri 
Mexaniki tərkibin torpaq proseslərinə və torpağın fiziki-kimyəvi proseslərinə böyük təsiri vardır. 
Xüsusilə, mexaniki tərkib torpağın məsaməliliyi və su keçirməkliyinə, yaprıxması və şişməsinə, kapilyar 
qalxmanın yüksəkliyinə, udma qabiliyyətinin böyüklüyünə, su, hava və istilik rejimlərinə mühüm təsir 
göstərir.
Torpaqların fiziki xassələri.
 
Torpaq daima inkişaf edir, onda arası kəsilmədən mürəkkəb fiziki-
kimyəvi və bioloji proseslər gedir. Buna görə bu və ya başqa torpağın fiziki xassələri sabit qalmır, həm təbii 
şəraitlər, həm də aqrotexniki tədbirlərin təsirilə fasiləsiz dəyişir. Bitkilərin həyatına və inkişafına torpağın 
fiziki xassələri bilavasitə təsir göstərir. Torpağın fiziki xassəsi dedikdə onun əsas fiziki xassəsi və fiziki-
mexaniki xassələri nəzərdə tutulur. Torpağın əsas fiziki xassələri onun həcm çəkisi, xüsusi çəkisi və 
məsaməlilik aiddir. 
Torpağın xüsusi çəkisi. Torpağın bərk fazası çəkiçinin bərabər həcmdə suyun çəkisinə olan nisbətinə 
torpağın xüsusi çəkisi deyilir. Torpagın həcm çəkisi. Quruluşu pozulmamış torpağın vahid həcminin havada 
quru halda mütləq çəkisinə torpağın həcm çəkisi deyilir. Torpağın məsaməliliyi. Torpağın ümumi həcminə 
nisbətən faizlə ifadə olunan bütün məsamələrin ümumi həcminə məsaməlik deyilir.
Aparılmış tədqiqatlar əsasında ərazidə torpaqların münbitliyinin artırılması üçün onların morfoloji, 
fiziki və mexaniki xassələrinin öyrənilməsində aşağıdakı nəticələr əldə olunmuşdur.Ərazidə torpaqların 
morfoloji, fiziki və mexaniki xassələrinin öyrənilməklə, kənd təsərrüfatı bitkilərinin əkilməsində göstərilən 
tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilmişdir. Eyni zamanda torpaqdan səmərəli istifadə etmək üçün 
onların fiziki və fiziki-mexaniki xassələrini aqrotexniki kimyəvi və bioloji tədbirlərlə dəyişmək olar.
Aqrotexniki tədbirlər vasitəsilə (şum, mala, kultivasiya, kətmənləmə və s.) torpağın kipliyini, məsaməliliyini 
və xüsusi müqavimətini dəyişmək olar. 
Kimyəvi tədbirlər vasitəsilə torpağın uducu kompleksinin tərkibini dəyişmək olur ki, bu da torpağın 
fiziki xassələrinə kəskin təsir göstərir.Bioloji tədbirlərə bitkilərin növbə ilə əkilməsi, üzvi və mineral 
gübrələrin verilməsi, mikrobioloji proseslərin tənzimi və s. aiddir. Bu tədbirlərin kompleks tətbiqi torpaqların 
fiziki-kimyəvi xassələrini yaxşılaşdırır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   475   476   477   478   479   480   481   482   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə