Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
405
təşkil olunur. Frontal forma orta səviyyəli şagirdlərdə daha yaxşı nəticələrə səbəb olur.Bu formanını mənfi
tərəfi zəif və güclü səviyyəli şagirdlərin maraq dairəsini əhatə edə bilməməsidir.
Coğrafiya fənninin müasir təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla iş, cütlərlə
iş və fərdi iş. Hər bir təlim forması dərsin məqsədindən asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu
forma üzərində qurulur.
Müəllim təlim formasını seçərkən;
dərsin məzmun standartını, dərsin aparılacağı təlim üsulunu,təlimin
əsas məqsədini, təlim nəticələrini, təlim prosesindəki şagirdlərin sayını
nəzərə almalıdır.
Təlimin fərdi forması şagirdin tək başına gördüyü fəaliyyət nəzərdə tutulur. Şagirdlər öz templəri ilə
işləyirlər, öz biliklərindən daha da əmin olurlar. Fərdi təlim formasının müsbət cəhəti şagirdin sərbəst
düşünməsini imkan yaratmasıdır.
Fərdi işlərdən dərsin bütün mərhələlərində istifadə oluna bilər.Bu formadan aşağıdakı tapşırıqların həll
olunmasında istifadə etmək olar: Yeni nəzəri biliklərin mənimsənilməsi və möhkəmləndirilməsi, bacarıqların
formalaşdırılması və möhkəmləndirilməsi bilik, bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi.
Təlimin kollektiv forması şagirdlərdə əqli inkişafa kömək edir. Kollektivlə işləmək, kollektiv
fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyət yaratma bacarığının təşəkkülü və
inkişafı təmin edir.
İnteraktiv təlim zamanı daha çox qrup iş formasına üstünlük verilir. Qrup təşkilat forması dərsin
təhsilverici, tərbiyəedici və inkişafetdirici məqsədlərinin həyata keçirilməsində böyük rol oynayır.Qrup
formasının müsbət cəhəti şagirdlərin müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və
birgə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsidir.Təlimin təşkili zamanı qrup formasından istifadə edərkən
şagirdlərin sayını nəzərə alınmaqla, qruplara bölünür.Hər qrupa bir qrup rəhbəri təyin edilir. Hər qrupa fərdi
tapşırıq verilir. Qruplar öz aralarında iş bölgüsü aparır. Tədqiqata başlanılır. Qruplar fikir bildirir,sərbəst
şəkildə digər qrupların suallarına cavab verir.
Müəllim verdiyi tapşırıqları əvvəlcədən müəyyənləşdirməli və planlaşdırmalı,dərs zamanı
materialı.Verilən iş təyin edilmiş zaman ərzində həyata keçirilir.Müasir dərsin təşkilində müxtəlif mövzuları
həllində qrup təşkilat formasından istifadə olunur.Yəni, hər bir qrup mövzunun fərqli predmentini tədqiq
edir. Məsələn, Respublikanın təbii vilayətləri,xarakterik xüsusiyyətləri və ölkənin təbiətinə aid tapşırıqlar
verilir.
Cütlərlə iş təşkil olunarkən, müəllim zəif səviyyəli şagirdlə güclü şagirdi birləşdirir. Beləliklə, güclü
şagird bilik və bacarığını zəif şagirdə öyrədir, bu zəif şagirdlərə kömək məqsədilə təşkil olunur. Eyni
zamanda güclü şagird zəif şagirdə tapşırıqların izahı, həlli ilə köməklik göstərərkən problem özü öyrənir və
daha yaxşı dərk edir. Öyrənməyin ən yaxşı yolu öyrətmək olduğu üçün bu təşkilat formasından cütlərin hər
biri məmnun qalır. Tədris prosesində cütlər tapşırıqları birgə yerinə yetirirlər. Bu təşkilatı forma dərsi keçilən
zaman şagirdlərin əməkdaşlıq etməyə, tapşırıqları, məsuliyyəti bölüşməyə imkan yaradır.
Dostları ilə paylaş: