|
Ministry of education of azerbaijan republic sumgayit state universitymagistr2021 3 2
Bayramova İ.İ.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:
ilbayramova95@gmail.com
Məlum oldugu kimi, Azərbaycanda çıxarılan neftin və qaz-kondensatın 90 %-i məhsuldar qat
çöküntüləri verir. Bununla ələqədar olaraq da, bu çöküntülərin daha ətraflı öyrənilməsi onların quruluşunun
və formalaşma şəraitinin ətraflı tədqiqi çox böyük nəzəri ə təcrübi əhəmiyyət kəsb edir. Məhsuldar
çöküntülərin genezisini bilmək neft-qaz yataqlarının istismarı zamanı qısa zaman ərzində yataqların
işlənməsnin optimal sisteminin elmi əsaslandırlmasına şərait yaradır.
Son illərdə Abşeron yarımadasının neft-qaz regionunun
(
NQR)
Məhsuldar Qatının quruluşu və onun
kollektor və ekran süxurları haqqında yetərincə məlumatlandırıcı faktiki materiallar toplanmışdır. Lakin
neftlilik-qazlılıqla əlaqədar olan kollektorların litofasial xüsusiyyətləri və onların əmələgəlmə şəraiti hələ də
lazımi səviyyədə öyrənilməmişdir. Bununla əlaqədar olaraq mədən geofiziki və seysmik kəşfiyyat
materiallarının kompleks araşdırılması, Abşeron yarımadasının neft-qaz regionunun (NQR) MQ
çöküntülərinin mənşəyi, litologiyası və əmələgəlmə şəraiti haqqında əsaslı tədqiqatların aparılması aktuallığı
vacib əhəmiyyət kəsb edir.
Təqdim olunan tədqiqat işində QGT üsullarının kompleks karotaj diaqramlarından istifadə etməklə,
hər bir quyu kəsilişi üçün laylar üzrə nisbi gillilik və effektiv məsaməliyin qiymətləri təyin edilmişdir. Daha
sonra onların dərinlikdən asılılıq əyriləri qurulmuşdur. «Karotaj fasiyalarının kəmiyyət modeli»nə uyğun
olaraq quyuların kompleks karotaj diaqramlarından və nisbi gilliliklə effektiv məsaməliyin dərinlikdən
asılılıq əyrilərindən birgə istifadə etməklə, Abşeron yarımadasının neftli-qazlı regionunda MQ-ın lay
dəstələri üzrə çökmə süxurların litofasial təhlili aparılmış və çökmə süxurların fasial tərkibi təyin edilmişdir.
Bu tədqiqatda həmçinin Abşeron yarımadasının neftli-qazlı regionunda MQ-ın lay dəstələri üzrə axın,
bar və çimərlik düzənliyi mənşəli fasiyaların qalınlıqlarının, effektiv məsaməliyin və həcmi gilliliyin tədqiqat
profilində yerləşən strukturlar üzrə dəyişməsini nəzərə alan üçölçülü fəza modelləri qurulmuşdur.
Daha sonra bu modellərin köməyi ilə bir neçə məsələnin yəni sahə üzrə neft-qaz ehtiyatının dəqiq
hesablanması, yeni quyuların qazılması və layihələndirilməsi, həmçinin istismar sxeminin dəqiqləşdirilməsi
kimi məsələlərin öyrənilməsi vacib əhəmiyyət kəsb edir.
|
|
|