Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə499/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   495   496   497   498   499   500   501   502   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
419 
MİL DÜZÜ TORPAQLARININ AQROFİZİKİ XASSƏLƏRƏ GÖRƏ QRUPLAŞDIRILMASI
VƏ XƏRİTƏ-SXEMLƏRİNİN TƏRTİBİ 
 
 Əhmədov Y.E. 
Bakı Dövlət Universiteti 
E-mail:
 
kocerlisemender@gmail.com 
 
Torpağın münbitliyinin artırılmasında və məhsuldarlığının yüksəldilməsində onun aqrofiziki 
xassələrinin öyrənilməsi mühüm məsələlərdən biridir. Çünki, torpağın su, hava və qida rejimi onun 
aqrofiziki xassələrindən bir başa asılıdır. Ona görə də bu məsələ olə bir çox xarici və yerli tədqiqatçılar 
məşğul olmuş və öz fikirlərini söyləmişlər. Bütün bu işləri nəzərə alaraq biz tədqiqatlarımızı Mil düzü 
torpaqlarında aparmışıq.
Mil düzü Kür-Araz ovalığının bir hissəsi olub, Kür və Araz çayları arasında yerləşir. Ərazi şimal və 
şimal-şərqdən Kür çayı, cənub- qərbdən Kiçik Qafqaza aid yüksəkliklər, şərqdən Araz çayı və qərbdən isə 
Qarqar çayı ilə sərhədlənən və ümumi sahəsi 3570 km
2
sahəni əhatə edir. 
Mil düzünün yerləşdiyi ərazi şimal-şərq hissədə dəniz səviyyəsindən -15 m aşağı olub, cənub-qərbdə 
100-150 m hündürlüyə qədər yüksəlir. 
Ərazinin iqlimi qışı azrütubətli və isti, yayı quru və qızmar keçən yarımsəhra və quru bozqırlara aiddir. 
Havanın orta illik temperaturu 14,1
0
C-dir. Yağıntıların orta illik miqdarı 315 mm, orta illik buxarlanma isə 
970-1000 mm arasında dəyişir. Tədqiqatçılara görə ərazidə boz, çəmən-boz və boz-çəmən torpaqları vardır.
Mil düzü torpaqları geoloji quruluşundan, torpaq örtüyündən və s. xüsusiyyətlərindən asılı olaraq 
müxtəlif göstəricilərə malik olmuşdur. 
Bütün bu deyilənlərdən və öz məlumatlarımızdan istifadə edərək ərazinin torpaqlarını ayrı-ayrı 
xassələrinə görə qruplaşdırmış və yekunda keyfiyyət göstəricilərinə görə qiymətləndirmişik. 
Bildiyimiz kimi torpaqların əsas genetik göstəricilərindən biri onda olan üzvi maddələrin miqdarıdır. 
Öyrəndiyimiz ərazidə torpaqların tipindən və dərinliklərindən asılı olaraq humusun miqdarı müxtəlif 
olmuşdur. Bunları nəzərə alaraq Muğan düzü torpaqlarında humus ehtiyatının miqdarı hesablanmış onun 
ayrı-ayrı qruplar üzrə arealı göstərilmişdir və nəticədə bir metrlik qat üçün 6 qrupda cəmləndirilmişdir. 
Birinci qrup humus ehtiyatı 50 t/ha-dan az olan torpaqlar; ikinci qrup 50-100 t/ha; üçüncü qrup 100-150 t/ha; 
dördüncü qrup 150-200 t/ha; beşinci qrup 200-250 t/ha; altıncı qrup humus ehtiyatı 250 t/ha-dan çox olan 
torpaqlar daxilidir. 
Tədqiqat sahəsində humusla paralel torpaqlarda karbonatlığın da miqdarı öyrənilmiş və beş qrupda 
birləşdirilmişdir. Birinci qrup torpaqlar, karbonatlığın miqdarı 10%-dən az; ikinci qrup 10,1-10,5%, üçüncü 
qrup 10,6-11,0%; dördüncü qrup 11,1-11,5%; beşinci qrup 11,6%-dən çox karbonatlığı olan torpaqlara 
aiddir. 
Torpağın əsas göstəricilərindən biri də torpağın udma qabiliyyətidir. Bütün tədqiqatçılar göstərir ki, 
torpağın fiziki, kimyəvi və bioloji xassələri onun udma qabiliyyətindən bir başa asılıdır. Buna görə də 
torpağın aqronomik və meliorativ xassələrinin öyrənilməsində bunun böyük əhəmiyyəti vardır. Tədqiqat 
nəticəsində Mil düzü torpaqları udulmuş əsasların miqdarına görə aşağıdakı qruplarda birləşdirilmişdir: 
birinci qrup 8 Ca 1Mg 1 Na (hər vahid 10% təşkil edir); ikinci qrup 7 Ca 2Mg 1 Na; üçüncü qrup 6 Ca 3 Mg 
1 Na; dördüncü qrup 5 Ca 1 Mg Na; yeddinci qrup 6 Ca 2 Mg 2 Na; səkkizinci qrup 5 Ca 3 Mg 2 Na; 
doqquzuncu qrup 4 Ca 4 Mg 2 Na olan torpaqlar daxildir. 
Məlumdur ki, torpağın çox xassələri, xüsusilə onun su, hava, qidalanma rejimi və s. onun həcm 
çəkisindən asılıdır. Ona görə də həcm çəkinin öyrənilməsi, onun qruplaşdırılması və xəritə-sxemlərinin 
tərtibi böyük nəzəri və praktiki əhəmiyyətə malikdir. Bütün bunları nəzərə alaraq Mil düzündə torpaqların bir 
metrlik qatında həcm çəkisi öyrənilmiş və qruplara ayrılaraq onun xəritə-sxemi tərtib olunmuşdur. 
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Mil düzündə torpağın həcm çəkisini onun miqdarına görə 5 
qrupa birləşdirmək olar. Belə ki, birinci qrupda həcm çəkisinin miqdarı 1,10 q/sm
3
-dən kiçik olan sahələr, II 
qrupda 1,11-1,15 q/sm
3
, III qrupda 1,16-1,20 q/sm
3
-olan sahələr, IV qrupda 1,21-1,25 q/sm
3
sahələr, V 
qrupda 1,26 q/sm
3
-dən böyük olan sahələr təşkil edir.
Beləliklə, tədqiqatlar nəticəsində məlum olunmuşdur ki, Mil düzündə torpaqların keyfiyyət 
göstəricilərinə görə həcm çəkinin miqdarını 5 qrupda, humusun ehtiyatını 6 qrupa, karbonatlığın miqdarını 5 
qrupda, udulmuş əsasların miqdarını isə 9 qrupda birləşdirmək olar. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   495   496   497   498   499   500   501   502   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə