Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə507/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   503   504   505   506   507   508   509   510   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
427 
NEFT DAŞLARI SAHƏSİNİN MƏHSULDAR QAT ÇÖKÜNTÜLƏRİNİN KOLLEKTORLUQ 
XÜSUSİYYƏTLƏRİNİN TƏHLİLİ 
 
İbayev İ.E. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
İlkin.ibayev@mail.ru
 
 
Mədən geofiziki məlumatları vasitəsilə süxurların kollektorluq xüsusiyyətləri araşdırılır və öyrənilir. 
Süxurların öyrənilməsinin müasir fiziki metodlara əsaslanan - neft və qaz quyularının geofiziki 
tədqiqatlarının məlumatları bir çox sayda problemlərin həllində müsbət faktordur. Bu məlumatlardan istifadə 
edərək quyunun litoloji kəsilişinin qurulması, geoloji quruluşunun öyrənilməsi, kollektorların ayrılması, 
onların effektiv qalınlığın təyini, kollektorların dəyərləndirilməsi həyata keçirilir. Kollektorların 
dəyərləndirilməsi müəyyən edilmiş məsaməlik, gillilik, neft-qazla doyma və məhsuldar layların keçiricilik 
qiymətlərinə əsaslanır. Bu məlumatlar neft və qaz ehtiyatlarının hesablamasında, həmçinin neft və qaz 
yataqlarının işlənməsində istifadə olunur.
Qazılmış hər hansı bir quyuda, hər bir hissənin hərtərəfli öyrənilməsi aparılır, hər bir təbəqənin 
strukturu və dərinliyi, eləcə də litoloji tərkibi, neft və qaz tərkibi və suyun miqdarı müəyyən edilir. Həm neft 
həm də qaz yataqlarının aşkarlanması, yatağın strukturunun müəyyənləşdirilməsi üçün bütün bu məlumatlar 
mühüm rol oynayır. Yataqların xüsusiyyətlərini müəyyənləşdirmək, neft və qazla doymanı qiymətləndirmək, 
neft və qaz ehtiyatlarını hesablamaq növbəti etaplarda əlaqəli problemlərin həlli üçün çox əhəmiyyətlidir. 
Belə tədqiqatlar karotajla edilə bilər, lakin bu qazma işini ləngitəcəkdir. Bundan əlavə, öyrənilən 
quyuda tələb olunan intervalda nümunə götürmək həmişə mümkün deyil. Sahənin və bütövlükdə bölgənin 
geoloji quruluşunun öyrənilməsi üçün mənbə məlumatları əsasdır. Bu məlumatlar ehtiyatların hesablanması, 
eləcə də sahənin rasional inkişafını təmin etmək üçün geniş istifadə olunur. Geofiziki məlumatlar bu gün çox 
vacibdir. Bunlar süxurların su, neft və qazla doyma dərəcəsini və kollektorpluq xüsusiyyətlərini təyin etməyə 
xidmət edir. Bu cür quyulardakı əsas bərpa optimal minimuma gətirib çıxarır, lakin sahələrin bölmələri yaxşı 
öyrənildiyi təqdirdə numunə götürməyə ehtiyac yaranmaya bilər. Ancaq bundan tamamilə imtina etmək, 
xüsusən də kəşfiyyat quyularında məntiqsizdir, çünki əsas analiz nəticəsində ölçülən gil miqdarı, neft və 
qazla doyma, keçiricilik, məsaməlik və digər xüsusiyyətlər haqqında məlumatlar quyu karotajının 
nəticələrini düzəltmək üçün başlanğıcdır.Bu məlumatların işlənməsi ilə həmçinin petrofiziki asılılıqların 
tərtib edilməsi mumkün olur. 
Quyalardakı gil tərkibinin hərtərəfli tədqiqi neft mədəni işi ilə əlaqəli bir çox problemin həlli üçün 
böyük tətbiqetmə dəyəri qazandırır: qazma və quyuların geofiziki tədqiqatları məlumatlarının interpretasiyası 
zamanı, süxurların həm ekran, həm də kollektor xüsusiyyətlərinin aşkar edilməsi zamanı, neft və qazın 
karbohidrogen yataqlarının işlənməsi və istehsalının intensivləşdirilməsi daxil olmaqla kəsilişlərin 
korrelyasiyası və bölünməsi üçün çox böyük əhəmiyyətə malikdir. Əlavə olaraq, quyu karotaj 
məlumatlarının interpretasiyası ilə əlaqəli bir çox hesablamalar gil tərkibinin şərhinə əsaslanır. 
Neft və qaz layların kollektorluq xüsusiyyətlərinin aşkarlanması ya tərkibindəki süxurların
məsaməlilik və ya boşluq sahəsinin həcminin araşdırılması əsasında həyata keçirilir. Süxurların filtrasiya 
xüsusiyyətlərini öyrənərkən aşağıdakı parametrlərdən istifadə oluna bilər: nisbi keçiricilik, mütləq keçiricilik 
(və ya qaz keçiriciliyi). Bu iki parametr həm də yatağın işlənməsi zamanı istifadə olunur. 
Bu işdə müxtəlif mədən geofizikası metodlarından istifadə etməklə öyrənilən məhsuldar qatın 
kollektorların petrofiziki xüsusiyyətləri öyrənilmişdir.Tədqiqat obyekti olaraq Neft Daşları yatağı 
işlənmişdir. Qeyd olunan yataq paytaxt Bakıdan 110 km aralıqda açıq dəniz akvatoriyasında yerləşmişdir. Bu 
ərazi Çilov adasının şərqinə, bununla yanaşı Abşeron arxipelağının cənubi-şərq hissəsinə müvafiq gəlir. İşin 
əsas məqsəd və vəzifəsi mədən geofiziki tədqiqatlarına əsaslanaraq bu ərazinin yataqlarının kollektorluq 
xarakteristikasını öyrənmək sayılır. Tədqiqatın obyektləri məhsuldar qatın horizontları, eyni zamanda Neft 
Daşları yataqlarıdır. Yuxarıdan vurğulanan məsələləri öyrənmək üçün yataq üzrə kollektorluq 
xüsusiyyətlərin hesablanması məqsədi ilə üsul və metodlar əlavə olunmuşdur. Bu cür xüsusiyyətlərə qaz-neft 
doyumluq, gillilik, keçiricilik eləcədə məsaməlik aid edilir.
Öyrənilən ərazidə kollektorluq xüsusiyyətlərinin daha dəqiq hesablanmasını aparmaq üçün aşağıdakı 
karotaj metodlarından istifadə edilmişdir. Həmin metodlara YK, qütbləşmə (polyarizasiya), NNK, İK, QK, 
NQK, eyni zamanda Kavernometriya şamil olunur. Müxtəlif geofiziki qeydlərdən etibarlı eləcədə dəqiq 
məlumatları istifadə edərək, kollektorluq xüsusiyyətlərinin və əmsallarının hesablanması mümkün sayılır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   503   504   505   506   507   508   509   510   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə