Ministry of education of azerbaijan republic sumgayit state university


TƏLİM PROSESİNDƏ TƏBİƏT VƏ CƏMİYYƏT ARASINDA QARŞILIQLI ƏLAQƏNİN



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə510/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   506   507   508   509   510   511   512   513   ...   579
magistr2021 3 2

TƏLİM PROSESİNDƏ TƏBİƏT VƏ CƏMİYYƏT ARASINDA QARŞILIQLI ƏLAQƏNİN 
FORMALAŞDIRILMASI
 
Kərimova A.G. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:aygulkerimli28@gmail.com 
Coğrafiya elminin müasir problemlərindən biri də təbiət və cəmiyyət arasında münasibətlərin düzgün 
formalaşdırılmasıdır. Bəşəriyyətin mövcud olmasında təbiətin böyük rolu vardır. Təbiət və cəmiyyət 
münasibətlərinin bir-birinə təsiri son dövrlər daha da artmaqdadır. Bu ilk növbədə ekoloji problemlərin 
aktuallığına gətirib çıxarmışdır. Təbiət cəmiyyət əlaqələri uzun bir tarixi yol keşmiş, dövrün tələblərinə 
uyğun olaraq illərlə dəyişikliyə məruz qalmışdır. Müasir dövrdə təbiətdən düzgün istifadə etmək və 
cəmiyyətin tələblərini ödəmək məqsədilə beynəlxalq təşkilatlar geniş şəkildə fəaliyyət göstərir. 
Coğrafiya elminin əsaslarını əks etdirən məktəb coğrafiyasının məzmunu, digər dərs fənlərdən təbiət, 
cəmiyyət və onların qarşılıqlı əlaqələrinin öyrənilməsinə kompleks yanaşmanın olması ilə fərqlənir. 
Coğrafiya bir elm olaraq dünyanın ümumi pəncərəsini özündə əks etdririr, bu mənzərənin məhv olmaması 
üçün məktəb coğrafiyası şagirdlərdə təbiət və cəmiyyət haqqında coğrafi bilik və bacarıqlarının 
möhkəmləndirilməsində yaxından iştirak edir.Təbiət və cəmiyyət haqqında bilikləri formalaşdırmaq 
şagirdləri ilk növbədə gələcək həyata hazırlayır və onların ətraf mühitə qayğılı yanaşmasının fundamental 
əsasını qoyur. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
430 
Coğrafiya fənnində şagirdlərin 
təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqinda biliklərin
 
formalaşdırılması imkanlarını genişləndirmək üçün müasir təhsildə böyük təsirə malik olan kurikulumun 
imkanlarından istifadə etmək lazımdır. İlk növbədə fəal interaktiv təlim metodlarının tətbiqi təbiətə dair 
praktiki fəaliyyətin icrasında şagirdlərə yaxından kömək olacaq və onları cəmiyyətə dair münasibətdə 
yaradıcı tətbiqetməyə vadar edəcəkdir.Şagirdlərə 
təbii mühitin mühafizəsi məsələləri öyrədilərkən
müasir 
texnologiyanın dünya təsərrüfatına təsir edərək insanların əməyində böyük rolunu və işlərinin 
yüngülləşməsində təsirinidə vurğulamaq lazımdır.Müasir dövr nə qədər yüksək texnologiya tələb etsədə 
cəmiyyətin işini asanlaşdırmaqla bərabər həm də onların sağlamlığında ciddi dəyişikliklərin yaratdığı 
həqiqətini dəyişmir. 
Gənc nəsildə coğrafii biliklərə aid müəyyən təsəvvürlər formalaşdırmaqla şagirdlərdə təbiətə 
məhəbbət hissini yaratmış oluruq.Məktəb daxilində iməcliklərin keçirilməsi ilə (ağac əkməklə, yaşıllıqları 
artırmaqla, ətrafı zibilliklərdən təmizləməklə və.s.) biz təbiətin dəyərli olduğunu və inan həyatının əsasını 
təşkil etdiyini sadə təcrübələrlə izah etməliyik. 
2006-cı ildən kurikulum tətbiq edilməsi indiki dövrdə biz müəllimlərə şərait yaradır ki,dərslərdə 
metodiki baxımdan müəyyən iş formalarından(qrup, cütlərlə, fərdi ,kollektiv) istifadə etməklə şagirdlərdə 
təbiət və cəmiyyətə dair mövzu barəsində ümumi anlayış formalaşdıraq.Fəal interaktiv üsullardan istifadə 
etməklə ətraf mühitə dair şagirdlərin estetik tərbiyəsi formalaşır.BİBÖ şagirdlərdə əldə etdikləri əvvəlki 
biliklərlə yeni coğrafi biliklər arasında əlaqə yaradır, anlayışın çıxarılması və klaster(şaxələndirmə) 
anlayışların mənalarını açmaqda köməklik edir,venn diaqramı iki fərqli komponentin oxşar və fərqli 
cəhətlərini ortaya çıxarır və.s. 
Hazırda məktəblilərin coğrafi biliklərin dərk edilməsində diyarşünaslıq materiallarından istifadə, ətraf 
mühitin problemlərinin doğma diyarın nümunəsi əsasında öyrədilməsi olduqca mühüm əhəmiyyət daşıyır. 
Bu cəhət şagirdlərin həm təbiət və cəmiyyət qarşılıqlı əlaqələrinin elmi əsaslarının başa düşülməsinə, həm də 
təbiətdə baş verən proseslər haqqında həyati nümunələrin dərk olunmasına şərait yaradır. Başqa bir tərəfdən 
məktəblilərin mənəvi aləmi , əxlaqi keyfiyyətləri, milli şüur və dünyagörüşü bir sözlə, şəxsiyyətin inkişafı 
və formalaşması geniş arealda inkişaf edir . Məktəb coğrafiyasında bu məzmunda aparılan işlər məktəbin 
həyatla əlaqəsinə, şagirdlərin yaradıcılıq fəaliyyətinin artmasına, tədqiqatçılıq xarakterli işlərə qoşulmasına 
təsir göstərir.
Orta məktəblərdə təbiət və cəmiyyət məzmun xətti coğrafi hadisələri, təbii prosesləri ,onların 
səbəblərini dərk etməkdə ,dünya əhalisinin müxtəlifliyinin izah olunmasında, etnik tərkibinin zənginliyində 
,xalqların həyat tərzinin fərqliliyinin təhlil olunmasında və.s mühüm əhəmiyyət kəsb edir.Ölkəmizdə baş 
verən təbii hadisələr,coğrafi qanunauyğunluqların pozulması nəticəsində ortaya çıxan ekoloji problemlər və 
ekoloji vəziyyətin qiymətləndirilməsi, qlobal xarakterli məsələlərin geniş vüsət alması şagirdləri dərslərdə 
düşünməyə vadar edir.Bunun nəticəsi olaraq şagird və müəllim arasında dialoqların artması onlar arasında 
əməkdaşlığı inkişaf etdirərək təbiət və cəmiyyətə dair biliklərin sərbəst şəkildə təhlilinə və ümumi 
dünyagörüşünün formalaşmasına gətirib çıxarır.
 
Uşaq yaşlarından insan təbiətlə, onun qanunları və prinsipləri ilə harmoniyada yaşamağı öyrənməlidir. 
Düşünürəm ki, müasir dövrdə orta məktəblərdə təbiət və cəmiyyətin qarşiliqli əlaqəsi haqqinda biliklərin 
öyrənilməsinə dərsliklərdə geniş yer ayrılmalı təbiət və cəmiyyətin əlaqəsini təcrübi şəkildə izah etmək üçün 
praktikalar təşkil olunmalıdır. Bütün yaş qrupları peşəsindən asılı olmayaraq təbiət və cəmiyyətin qarşiliqli 
əlaqəsi haqqinda biliklərə yiyələnməlidir. Məktəbin əsas vəzifəsi təkcə coğrafiya haqqında müəyyən formada
coğrafi bilikləri formalaşdırmaq deyil, həm də şagirdlərin təbiət hadisələri qarşısında aciz qalmaması üçün
elmi təhlil etmə bacarıqlarına yiyələnməsinə şərait yaratmaqdır.Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin 
düzgün istiqamətdə öyrənilməsi gələcək nəsillərin həyatını asanlaşdırmağın bünövrəsini qoyur. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   506   507   508   509   510   511   512   513   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə