Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə512/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   508   509   510   511   512   513   514   515   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
432 
2025-ci ilədək isə nəzərdə tutulur ki, Azərbaycan Respublikasında müasir texnologiyalara, bazarlara 
və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti, yerli şirkətlərin canlanmasına və 
xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti 
yaradılması nəzərdə tutulur. Bu məqsədlə aşağıda qeyd edilənlərə nail olunması nəzərdə tutulur: 
- investisiya qoyuluşlarına şəraitin yaradılması; 
- beynəlxalq dəyər zəncirlərinə inteqrasiya; 
- biznes əməliyyatlarında qlobal standartlar. 
Bildiyimiz kimi, Azərbaycanın son dövrlərdə regional qovşaq kimi mövqeyinin gücləndirilməsi üçün 
də səy göstərir və səmərəli infrastruktura yüksək səviyyədə investisiya qoyuluşunu həyata keçirir. Nəzərdə 
tutulur ki, Azərbaycan şaxələndirilmiş nəqliyyat–logistika imkanları yaradaraq, ölkədən ixracın artırılmasına 
və biznes xərclərinə qənaət edilməsinə nail olacaqdır. Bu məqsədlə ortamüddətli perspektivdə planlaşdırılır 
ki, ölkənin dəmir yolları Türkiyə, Gürcüstan və İranın dəmiryol şəbəkəsi ilə (Bakı–Tbilisi–Qars və Astara–
Astara dəmiryol layihələri vasitəsilə) birləşdirilsin və Azərbaycan Xəzər hövzəsində Bakı Beynəlxalq Dəniz 
Ticarət Limanının tikintisindən bəhrələnsin.
Qeyd edək ki, təkmilləşdirilmiş nəqliyyat infrastrukturu öz növbəsində Azərbaycanın bütün 
bölgələrinin daha yaxşı inteqrasiyasına və regionlarda biznesin inkişafına əlavə şərait yaradacaqdır.
Yaradılacaq olan regional inteqrasiya xarici investorlar üçün Azərbaycanın ixracyönümlü investisiya 
cəlbediciliyini artırmağa istiqamətlənmişdir. Həmçinin 2025-ci ildə Azərbaycanda investisiya qoyuluşlarının 
daha da möhkəmləndirilməsi və yeni BXİ-lərin cəlb edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanın xarici sərmayə portfelinə diqqət edərsək, ölkənin xarici investisiya siyasətinin əsas 
prioritetlərinin Qafqaz və Qara dənizi regionu (Türkiyə, Gürcüstan Ukrayna, Ruminiya) olmasına 
baxmayaraq, Azərbaycanın Rusiya və Qazağstanda da aktiv şəkildə investisiya qoyan ölkə olması faktı bu 
balanslaşdırılmış siyasətin bir nümunəsidir. 
Tətqiqat nəticəsində məlum olmuşdur ki, ərazinin potensialından səmərəli istifadənin təşkili və 
geoiqtisadi mövqeyin stimullaşdırılması üçün investisiyanın cəlbi labüddür. Bu səbəblə yerli layihələrin 
təşkilində, o cümlədən rayonların sosial iqtisadi inkişaf proqramlarının reallaşdırılmasında bu və ya digər 
sahələrdə xarici və yerli sərmayənin həcmini artırmaq yönümlü fəaliyyətin təşkili prespektiv sayılmalıdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   508   509   510   511   512   513   514   515   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə