Ministry of education of azerbaijan republic sumgayit state university


GƏDƏBƏYİN VEZUVİAN DAĞININ VƏ URALIN ŞİŞİM YÜKSƏKLİKLƏRİNİN



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə513/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   509   510   511   512   513   514   515   516   ...   579
magistr2021 3 2

 
GƏDƏBƏYİN VEZUVİAN DAĞININ VƏ URALIN ŞİŞİM YÜKSƏKLİKLƏRİNİN
VEZUVİANLARININ MÜQAYİSƏLİ TƏDQİQİ 
 
Məmmədəliyev R.N. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
ruslanm.eliyev@mail.ru
 
 
Gədəbəy yatağı Kiçik Qafqazın Lök-Ağdam metallogenik zonasının Şəmkir qalxımında yerləşir. 
Yatağın geoloji quruluşunda orta və üst yura çöküntüləri iştirak edirlər. Süxurlar qranitoid massivinin şimal-
şərq hissəsində yerləşir və sadə tərkibli skarnlar tipinə aiddirlər. 
Şişim yüksəklikləri intensiv amfibollaşmış orta və iri dənəli qabbro massivində kvarsitlərlə kontaktda 
yerləşirlər. Yüksəkliyin şimal hissəsi mərmərləşmiş əhəng daşları ilə, cənubda isə kontakt əmələgəlmələrlə 
xloritli piroksenlər, serpentinitli xloritlərlə əvəz olunurlar. 
Tədqiqat işində Azərbaycanın Gədəbəy rayonunun və Rusiya Federasiyasının Şişim yüksəkliklərinin 
(Ural) vezuvianlarının rentgen-difraktometrik analizi aparılmış, onların bir sıra kristalloqrafik və mineraloji 
parametrlərinin müqayisəli tədqiqi yerinə yetirilmişdir. 
Vezuvian, kristallarının müxtəlifliyi və bəsit formalarının zənginliyi ilə seçilən minerallardandır. Onun 
kristallarının morfologiyasının ətraflı öyrənilməsi ilə ilk dəfə məşhur rus kristalloqrafı N.Kokşarov məşğul 
olmuşdur. Slaydda N.Kokşarovun tədqiq etdiyi müxtəlif yataqların vezuvianlarının kristallarının şəkilləri 
verilir. Bu şəkillər onun 1853-cü ildə Sankt-Peterburqda çap olunmuş “Materialien zur Mineralogie” 
kitabından götürülmüşdür. Azərbaycanın Gədəbəy rayonunda yerləşən “Vezuvian dağının” vezuvianlarının 
analizi və kristalloqrafik tədqiqi ilə A.Z.Vəzirzadə, S.Mahmudov və başqaları məşğul olmuşlar. 
Başlıqda verilən məqsədimizi yerinə yetirmək üçün ADNSU-nun Mineralogiya muzeyinin 
kolleksiyasına aid olan Gədəbəy və Şişim vezuvianlarının rentgen-difraktometrik analizi aparılmışdır. Analiz 
nəticəsində məlum olmuşdur ki, Gədəbəy və Ural vezuvianları arasında kimyəvi cəhətdən müəyyən fərqlər 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   509   510   511   512   513   514   515   516   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə