Ministry of education of azerbaijan republic sumgayit state university


QIZILBULAQ FİLİZLƏRİNİN FORMALAŞMASININ FİZİKİ-KİMYƏVİ ŞƏRAİTİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə521/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   517   518   519   520   521   522   523   524   ...   579
magistr2021 3 2

QIZILBULAQ FİLİZLƏRİNİN FORMALAŞMASININ FİZİKİ-KİMYƏVİ ŞƏRAİTİ 
 
Novruzlu M.Ş. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
abbasnovruzlu0@gmail.com
 
 
Yataq Drambon vulkan-günbəz strukturunun mərkəzi hissəsində yerləşir. 
Yatağın geoloji quruluşunda andezit-bazalt və bir qədər az dərəcədə dasit-riolit tərkibli lava-
piroklastuk çöküntülər yayılmışdır. İntruziv süxurlardan kvars-dioritlərə rast gəlinir. 
Yataqda əsas filizə nəzarətedici struktur 55-60 dərəcə altında şərqə düşən sübmeredinal istiqamətli 
Qızılbulaq dərinlik qırılmasıdır. Onun əsas hissəsi yatağın qərb cinahından keçir. Yataq ərazisində 
Qızılbulaq qırılmasından bir-birinə yaxın yerləşmiş və yer səthində limonitləşmiş zonayla müşaiyət olunan 
iki qırılmalar keçir. Bu qırılma pozulmaları (Qərb və Şərq) intensiv oksidləşmiş filiz kütləsinin çıxışına 
nəzarət edirlər. 
Qırılma pozulmaları uzun inkişaf tarixinə malikdirlər və yatağın müxtəlif mərhələdə formalaşmasında 
müxtəlif istiqamətli hərəkətlərlə xarakterizə olunurlar. Əsas filizə nəzarətedici qırılma pozulmaları çox 
güman ki, vulkanik strukturun formalaşma dövründə yaranmışlar. 
Filiz kütləsinin yer səthinə çıxışı tam oksidləşməyə məruz qalmışdır. Yataqda filizləşmə ştokverkli, 
damar-möhtəvi və möhtəvi şəklində müşaiyət olunur. 
Qızılbulaq yatağında filiz kütləsi sulfidləşmiş, əsasən piritləşmiş riolit-dasit tərkibli hidrotermal 
dəyişmiş suxurlar işərisində yerləşir. Yatağın alt horizontunda qeyd edilən suxurlar propillitləşmiş andezit-
bazalt və andezitlərlə əvəz olunur. 
Məlumdur ki, yatağın tipinin aydınlaşdırılması çox vaxt mineraləmələgəlmə prosesinin ardıcıllığının 
müəyyən edilməsindən asılıdır. Tədqiqatçıların gəldiyi nəticəyə görə mineralların əmələgəlmə 
temperaturunun öyrənilməsi bu ardıcıllığın təyin edilməsində köməkçi amil kimi istifadə oluna bilər. Bu üsul 
mineral assosiasiyaların əmələgəlmə ardıcıllığından müəyyən edilməsi ilə mineralların generasiyasının 
aydınlaşdırılmasına imkan verir. 
Qızılbulaq yatağında mineraləmələgəlmənin temperatur intervalı 350-130 dərəcə arasında dəyişir. 
Təqribi ən yüksək təmperatur kvars-pirit minerallaşma mərhələsində qeydə alınır. Kvars və piritdə giriklərin 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   517   518   519   520   521   522   523   524   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə