Ministry of education of azerbaijan republic sumgayit state university


ÇİLOV QALXIMININ YARANMA VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə520/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   516   517   518   519   520   521   522   523   ...   579
magistr2021 3 2

ÇİLOV QALXIMININ YARANMA VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ 
 
Namazlı A.B. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
azer.namazov.1997@mail.ru
 
 
 
Çilov qalxımı diapir növ struktur sinifə aiddir və bununla bərabər neft və qazlılıq göstəricisi olaraq 
deyə bilərik ki,palçıq vulkanları ilə mürəkkəbləşmiş şəkildədir. Çilov qalxımının əmələgəlmə və sonrakı 
inkişaf xüsusiyyətlərini daha dəqiq öyrənmək üçün Məhsuldar qatın alt və üst və Pliosenin üst şöbəsinin 
sonuna əsasən paloeprofillər tərtib edilərək təhlil olunmuşdur. 
Çilov strukturunun Məhsuldar qatın alt şöbəsinin sonuna əsasən tərtib edilmiş paleoprofilinə baxsaq 
görərik ki, adı gedən bu lokal qalxım Pliosendən gec olmayaraq əmələ gəlmişdir.Sonrakı zaman kəsimində 
isə iki uzununa qırılma ilə mürəkkəbləşmişdir. 
Onu da qeyd etmək lazımdır ki, qalxımın göstərdiyimiz geoloji zamandan daha əvvəl əmələ 
gəlməsi də istisna hal deyildir.Çünki paloeprofillərin qurulması üçün lazım olan müasir seysmoloji 
profil Dördüncü dövrdən yalnız Pont mərtəbəsinə qədər olan kəsilişi əhatə edir. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
437 
Məhsuldar qatın üst şöbəsinə görə qurulmuş paloeprofilə nəzər salsaq görərik ki, bu yarıməsrdə 
qırışığın inkişafı əvvəlki yarıməsrlə müqayisədə bir qədər zəif olmuş,lakin buna baxmayaraq bu dövrdə 
qalxım daha iki tektonik qırılma ilə mürəkkəbləşmişdir. 
Abşeron əsrinin sonuna əsasən tərtib olunmuş paleoprofilə baxdıqda üst Pliosendə qırışığın inkişafının 
intensivliyi Məhsuldar qatın üst şöbəsi yarıməsri ilə müqayisədə nisbətən zəif olmuşdur.Üst pliosendə 
çöküntütoplanmanın sürəti əvvəlki dövrlərdə olduğu kimi qırışığın inkişaf sürətindən çox olmuşdur.Bunun 
nəticəsi olaraq üst Pliosendə çöküntülərin formalaşması layların qalınlıqlarının qanadlardan tağa doğru 
getdikcə azalması ilə müşayət olunmuşdur.Beləliklə,Çilov qalxımı basılma,yəni nüvəsi gildən ibarət olan 
diapir növ qırışıq kimi konsedimetasion xaraqterli inkişafı ilə səciyyələnmişdir. 
Dördüncü dövrdə Çilov qalxımı daha çox intensiv inkişafı ilə səciyyələnir.Buna sübut olaraq 
Dördüncü dövrədək hündürlüyü 2200 m olan Çilov qalxımı Dördüncü dövrdə əlavə olaraq 1900 m 
artmışdır.Çilov qalxımının Dördüncü dövrdə bu cür sürətli inkişafı onun quruluşunun çoxsaylı qırılmalarla 
mürəkkəbləşməsinə və tağ hissəsində çöküntülərin Sarmat mərtəbəsinədək dərin stratiqrafik yuyulma 
prosesinə məruz qalmasına səbəb olmuşdur.Qalxımın Tağ hissəsində Sarmat mərtəbəsinin yer səthinə 
çıxması səbəblərindən biri də qırışığın tağ hissəsini mürəkkəbləşdirən horst tipli qırılmalar sisteminin əmələ 
gəlməsidir. 
İndiyə kimi aşkarlanmış sənaye əhəmiyyətli neft-qaz ehtiyatları MQ-ın V,VII və VIII horizontlarında 
cəmləşmişdir. Buna baxmayaraq, tədqiqat rayonunda hələ açılmamış karbohidrogen resursları qalır ki, bu da 
Çilov sahəsinin axtarış-kəşfiyyat işlərini davam etdirməyi tələb edir.Ərazinin karbohidrogen perspektivliyi 
həm işlənmədə olan strukturlarda kəşfiyyatın tam başa çatdırılması, həm də qonşu strukturlardaa axtarış-
kəşfiyyat işlərinin aparılması ilə əlaqədardır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   516   517   518   519   520   521   522   523   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə