|
Ministry of education of azerbaijan republic sumgayit state universityKARTOQRAFİK VASİTƏLƏRLƏ PRAKTİKİ İŞİN TƏŞKİLİ METODİKASImagistr2021 3 2
KARTOQRAFİK VASİTƏLƏRLƏ PRAKTİKİ İŞİN TƏŞKİLİ METODİKASI
Məmmədova A.A.
Sumqayıt Dövlət Universitetinin
E-mail:
aygun280199@gmail.com
Məşhur çex pedaqoqu Yan Amos Komenski deyirdi ki, tədris əyani olmalıdır, uşaqları sözlərlə deyil,
əyani vasitələrlə öyrətmək lazımdır. Coğrafiyanın tədrisi dedikdə ilk yada düşən vəsaitlər-xəritə,qlobus,plan
və digər köməkçi avadanlıqlar,alətlər başa düşülür. Coğrafiya fənni əgər təbiətdən,təbiətdə baş verən
proseslərdən bəhs edirsə,bu fənn ilk növbədə məktəb divarları arasında keçirilməməlidir. Tədris prosesində
coğrafiyanın ikinci dili hesab olunan xəritə isə dərsliklərlə yanaşı olan informasiya mənbəyidir. Təsvir
olunan ərazi haqqında məlumatlar – ərazinin aero və kosmik fotoçəkilişləri vasitəsilə əldə edilir və bunun
əsasında topoqrafik xəritə tərtib olunur. Kartoqrafik informasiyalar hazırda yalnız tədris prosesinə deyil,
gündəlik məişətə geniş daxil olmuşdur.Hər gün radio və mətbuatda minlərlə coğrafi adlardan istifadə olunur,
beynəlxalq və daxili xəbərlərin təqdimi, kosmik gəmilərin uçuşu, tikintilər, səyahətlər, hava məlumatları
daim müxtəlif məzmunlu xəritələrlə müşayiət edilir. Xəritə və digər kartoqrafik təsvir vasitələrindən müxtəlif
peşə sahibləri - coğrafiyaşünaslar, mühəndislər, müəllimlər, hərbçilər, aqronomlar, kosmonavtlar,
təyyarəçilər, geoloqlar, və gəmiçilər müəyyən qədər istifadə edir. Bunun üçün ilk növbədə xəritə və digər
kartoqrafik təsvir vasitələrindən istifadə etmək bacarığına malik olmalıdır. Xəritə və digər kartoqrafik təsvir
vasitələrini oxumaq, onlardan istifadə etmək bacarığı müəyyən vərdiş və hazırlıq tələb edir. Çünki xəritə
üzərindəki məlumatlar şərti işarələrlə ikiölçülü fəzada təqdim olunur. Müasir kartoqrafiya xəritəyə real
dünyanın şərti işarəli təsvir modeli kimi baxılır. Kartoqrafik məlumatların təyin edilməsinin onlarca üsulu
mövcuddur. Bunlara xəritənin vizual, kartometrik, qrafik analizi aiddir. Kartoqrafik təsvirlər çoxdur.
Coğrafiyanın tədrisində kartoqrafik vasitələrdən də geniş istifadə edilir. Onların içərisində qlobusu, relyef
xəritələrini, profilləri və s. göstərmək olar. Coğrafiya xəritələri ilə işləmək bacarıqlarının formalaşdırılması
coğrafiyanın təlimi prosesində xəritə üzərində işin üç mərhələsi ayrılır.
Dostları ilə paylaş: |
|
|