Ministry of education of azerbaijan republic sumgayit state university


YER QABIĞININ DƏRİNLİK QURULUŞUNUN ÖYRƏNİLMƏSİNDƏ İZOSTAZİYA



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə515/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   511   512   513   514   515   516   517   518   ...   579
magistr2021 3 2

YER QABIĞININ DƏRİNLİK QURULUŞUNUN ÖYRƏNİLMƏSİNDƏ İZOSTAZİYA 
NƏZƏRİYYƏSİNİN ROLU 
 
Məmmədov K.R. 
Azərbaycan Dövlət Neft və Sənaye Univeriteti 
E-mail: 
kanan.mammadov1141@gmail.com 
 
Yer qabığının dərinlik quruluşunun öyrənilməsi hal-hazırda əsasən qravimetrik seysmik üsullarla 
aparılır. Qabığın ən qalın hissəsi quru hissələrdə yüksək dağların altında qeyd edilmişdir.
Qitələrin altında qabığın orta qalınlığı 30 km, bəzi ərazilərdə 50-70 km-ə çatır. Okeanlarda isə bu 
qalınlıq 5-10 km arasındır.


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
434 
Yer qabığının dərinlik quruluşunun öyrənilməsində izostaziyanın özünəməxsus rolu vardır. 
İzostaziyanın mənası odur ki, yer qabığı ayrı-ayrı bloklar şəklində qabığın altındakı yarımmaye maqmaya 
batmış hesab edilir.
Bloklar sanki maqmada üzür. Blokların maqmada üzməsi Arximed qanununa tabedir. Belə ki, üst 
hissədən çox yüklənmiş blokun alt hissəsi daha dərinə çökmüşdür. Bu nöqteyi nəzərdən deyə bilərik ki, yer 
qabığının alt səthi sanki bir güzgü kimi üst relyefin böyüdülərək orta qiymətə gətirilmiş əksidir. Nəticə 
olaraq yer səthindəki artıq kütlə aşağıda çatışmayan hissə ilə tarazlıq halında olur.
Ümumiyyətlə belə hesab edilir ki, yer qabığı hər zaman hidrostatik tarazlıq vəziyyətində olmağa 
çalışır. İzostaziya astenosfer ilə litosfer plitələri arasında yaranan tarazlıqdır. Bu tarazlığa orta hesabla 40-45 
km dərinliyində çatmaq mümkündür. Bu tarazlıq xüsusən də qravitasiya anomaliyalarının paylanmasında 
özünü biruzə verir və yer səthindəki kütlələrdən çox zəif asılıdır. İzostatik tarazlıq davamlı olaraq pozulma 
vəziyyətində olmasına qarşılıq olaraq yer qabığında baş verən hərəkətlərlə daima qorunmaqdadır. İzostatik 
hərəkətlərin qorunması üçün baş verən bu hərəkətlər izostatik hərəklərdir. İzostatik hərəkətlərin meydana 
gəlməsi yaxud izostatik tarazlığın pozulmasına səbəb isə aşınma hadisələri, buzlaqlaşma və vulkanik 
prosesləri göstərə bilərik.
Qısaca olaraq yer qabığındakı bütün hadisələr izostatik tarazlıq ilə açıqlanmaqdadır. Pozulan tarazlıq 
yer qabığı və mantiya sərhəddində mantiya maddəsinin yer dəyişməsi ilə qarşılanmaqdadır.
Yer səthində aparılmış qravimetrik müşahidələrə əsasən tərtib edilmiş xəritələri müqayisə etdikdə belə 
məlum olmuşdur ki, dağlıq ərazilərdə Buge anomaliyaları mənfi, okean ərazilərində isə müsbət qiymətlər 
alırlar. Belə bir hadisə yer qabığındakı sıxlığın qeyri-bircinsli olması ilə izah edilir və göstərir ki, dağların 
altında yer qabığı okeana nisbətən daha aşağı sıxlığa malikdir. Belə bir dəyişməni isə izah etmək üçün hələ 
XIX əsrdə iki hipotez Q.V.Eri və ingilis arxiyepiskopu C.Ş.Pratt tərəfindən irəli sürülmüşdür. 
Aparılmış elmi tədqiqat işləri nəticəsində izostaziya nəzəriyyəsinin fiziki və riyazi əsasları təhlil 
olunub və yer qabığının qalınlığının və ya dabanının dərinliyinin müasir interfeysdə qiymətləndirilməsi 
məqsədi ilə müvafiq alqoritm hazırlanıb və tətbiq olunub. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   511   512   513   514   515   516   517   518   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə