AZƏRBAYCANIN GEOİQTİSADİ MARAQLARI VƏ İNVESTİSİYA MÜHİTİ
Kərimzadə N.Ə.
Bakı Dövlət Universiteti
E-mail:
nuray12379@gmail.com
Azərbaycan Respublikasının 2016-cı il 6 dekabr tarixli “Azərbaycan Respublikasının milli iqtisadiyyat
prespektivi üzrə Strateji Yol Xəritəsi” ölkənin geoiqtisadi məkanda müəyyən hədəflərinə nail olmaq üçün
Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
431
hazırlanmışdır. Bu məqsədlə ilkin mərhələdə 27 milyard manat həcmində investisiyanın tələb olunacağı
proqnozlaşdırılmışdır. Bu məbləğin iqtisadiyyatın bütün sahələri üzrə strateji yol xəritələri çərçivəsində tələb
olunan vəsait idi.
Hazırda ölkədə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindan biri də xarici
investisiyaların ölkəyə cəlb olunması və investisiya mühitinin yaxşılaşdırılmasıdır. Ölkənin əlverişli coğrafi
mövqeyi, siyasi va makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii
ehtiyatlar, ixtisaslı işçi qüvvəsi və s. Azarbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə
çevirir. Bu günədək Azarbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi
və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır. Təkcə 2019-cü ildə ölkə iqtisadiyyatına 14,6
milyard ABŞ dolları həcmində xarici investisiyalar cəlb olunmuşdur. Onların da 50%-dən çoxu qeyri-neft
sektoruna yönəldilmişdir.
Cədvəl 1. Azarbaycanda iqtisadiyyata yönləndirilmiş investisiyaların həcmi, mln manat
Göstəricilər
illər
1995
2000
2005
2010
2015
2020
Daxili investisiya
149,3
460,3
2104,9
7499,2
9058,5
12867,1
Xarici investisiya
331,4
829,5
4628,5
6619,7
10998,9
12119,5
Cəmi investisiya
480,7
1289,8
6733,4
14118,9
20057,4
24986,6
Mənbə: stat.gov.az
Ümumilikdə, 1995-ci ildən 2020-ci ilin sonunadək Azərbaycan iqtisadiyaatına qoyulmuş
investisiyanın həcmi 221,3 mlrd. manat olmuşdur. Hazırda ölkədə 12 min xarici investisiyalı şirkət fəaliyyət
göstərir. Bu şirkətlərin 36%-i Türkiyə, 8,3%-i Rusiya, 7,8%-i Böyük Britaniyanın investorlarıdır.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarında artım, o cümlədən özəl sektorun inkişafı Azərbaycanı
eyni zamanda investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə
və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Son illər Azərbaycan şirkətlərinin
potensialı xeyli artmışdır. Bir sıra ölkələrdə, xüsusən Avropada mühüm infrastruktur layihələrinin icrasında
özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” icrasının birinci ilinin yekunlarına əsasən, ticarət və investisiya fəaliyyəti sahəsində məhsullarımız
yeni bazarlara çıxışını təmin etmişdir ki, bu da ölkəmizin investisiya fəaliyyətinin genişləndirilməsindən
ibarətdir. Bu məqsədlə müntəzəm olaraq xarici ölkələrə milli sərgilər, biznes forumlar və görüşlər təşkil
olunur.
Azarbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici ölkələrdə Azərbaycanın
investisiya mühitinin tanıdılması, həmçinin xaricə ixracın təşviqi ilə əlaqədar bir sıra tədbirlər həyata
keçirməkdədir.
Çoxşaxəli beynəlxalq şəbəkə sisteminə sahib olan AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin
Dünya Assosiasiyasının üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. Fond 44 ölkə
100 eyni fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərən təşkilat ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə memorondum
imzalayıb. Təkcə 2019-cu ildə beynəlxalq tərəfdaşların iştirakı ilə 119-u ölkəmizdə, 77-si isə xaricdə
olmaqla, ümumilikdə 196 biznes forum, sərgi, konfrans va digər işgüzar tədbirlər təşkil edilmişdir (
Mənbə:
http://www.azpromo.az/).
Ölkəmizin iqtisadi uğurlarının xaricdə geniş təbliğ edilməsi Azarbaycanın xarici siyasətinin vacib
istiqamətlərindəndir. Bu məqsədlə, sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar, yaradılmış əlverişli
biznes investisiya mühiti, investisiya imkanları daha geniş təbliğ olunmaqdadır. Azərbaycanın tranzit və
turizm imkanlarının geniş təşviq edilməsi istiqamətində işlər aparılır.
TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, şimal-cənub, şərq-qərb magistral avtomobil
yolları, yeni və müasir standartlara uyğun hava limanları, geniş turizm infrastrukturu ilə bağlı təbliğatın
aparılması Azərbaycanın artan tranzit va turizm imkanlarından xarici tərəfdaşların faydalanması işinə öz
müsbət töhfəsini verir.
Azərbaycanda prioritet istiqamətlərdən biri də hal-hazırda sənaye parklarına, kənd təsərrüfatına, İKT-
nin, turizm və digər sahələrə xarici investisiyaların cəlb olunması təşviq ediləcək, müvafiq sahələr üzrə yeni
texnologiyaların və rəqabət qabiliyyətli idarəetmə sistemlərinin tətbiqi istiqamətində işlər davam etdirilir.
|