Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə508/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   504   505   506   507   508   509   510   511   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
428 
NKQ məlumatlarına istinadən qamma radiasiyasının intensivliyi, məsaməlik əmsalı; QP metodundan 
yararlanaraq nisbi,eyni zamanda çəki gilliliyinin əmsalları; məsaməlik əmsalı; QK üsulu ilə sadalanan 
əmsallarla yanaşı həmçinin qamma şüalanma intensliyinin hesablanması; YK üsulu ilə isə su, neft eynilədə 
qaz doyum əmsallarının hesablanması mümkündür. 
Fərqli karotaj üsullarından istifadə edilərək quyuların ətraflı tədqiqatları öyrənilən məhsuldar qat 
daxilində olan və bütövlükdə yatağın rasional inkişafına öz töhfəsini verən lay dəstələrində neft və qaz və 
sulu horizontlar dəqiq öyrənilir. 
Bundan əlavə işin sonunda reqressiya təhlili aparılır ki, bununlada müəyyən parametrlərin asılılıq 
qrafiklərini qurmaq mümkün olsun.
Aparılan reqressiya təhlili nəticəsi olaraq, yüksək əlaqə nisbi gillilik və keçiricilik əmsalları, keçiricilik 
və məsaməlik əmsalları, həmçinin çəki gilliliyi və məsaməlik əmsalları arasında, bunun əksinə nisbətən zəif 
əlaqə isə neft-qaz doyma və keçiriclik əmsalları arasında qeydə alınır. 
MÜSTƏQİLLİK İLLƏRİNDƏ COĞRAFİYA DƏRSLİKLƏRİ 
 
İsmayıllı M.D. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
milane.ismayilli@gmail.com 
 
Müstəqillik illərində mühüm məsələlərdən biri də dərsliklərin yazılması məsələsidir. Məlumdur ki, 
coğrafiya fənnində dərslik əsas tədris vasitəsi və mühüm bilik mənbəyidir. İlk dəfə milli dərslik XX əsrin 
əvvəllərində Qafur Rəşad tərəfindən yazılmışdır. Lakin buna baxmayaraq Azərbaycanda dərslik hazırlanması 
sahəsində təcrübə yox idi. Bunun əsas səbəbi sovet dövründə bütün ölkə üzrə vahid dərsliklərin olması idi. 
SSRİ-nin tərkibinə daxil olan digər respublikalarda olduğu kimi Azərbaycanda da Moskva tərəfindən 
hazırlanan dərsliklərin tədris olunması məcburi idi. Sovet dövründə ancaq Azərbaycan SSR-in fiziki və 
iqtisadi coğrafiyasına aid dərsliklər nəşr olunurdu.
Müstəqillik əldə olunduqdan sonra təhsil sahəsində aparılan islahatlar dərsliklərin və proqramların 
hazırlanmasına və bu zaman milli maraqların nəzərə alınmasına təsir göstərmişdi. Belə ki, ilkin olaraq
tədris proqramları dəyişdirildi və ona uyğun olaraq yeni dərsliklər hazırlanmağa başlandı. Bütün respublika 
üzrə dərsliklərin hazırlanıb nəşr olunması 3 mərhələdə həyata keçirildi: 
Birinci mərhələ 1993-2000-ci illəri əhatə edir və 1993-cü ildən başlayaraq siniflər üzrə dərsliklər nəşr 
olunmağa başladı. Dərsliklərin hazırlanmasına əsasən coğrafiyaçı alimlər, metodistlər, qabaqcıl coğrafiya 
müəllimləri cəlb olunurdu. Bu dövrdə hazırlanmış dərsliklərin müsbət cəhəti ondan ibarət idi ki, bu dərsliklər 
ideoloji cəhətdən yüklənməmiş idi, Azərbaycanın milli maraqlarını əks etdirirdi. Lakin bütün bunlara 
baxmayaraq bu dərsliklərin çatışmamazlıqları və nöqsanları çox idi və bunlara aşağıdakılar aiddir: 
- Dərsliklər ağ-qara formatında hazırlanırdı və onların texniki vəziyyəti xeyli aşağı olurdu. Bu da öz 
növbəsində mənimsəmə prosesinə mənfi təsir göstərirdi və ona görə də bu dərsliklər tez bir müddətdə sıradan 
çıxdı; 
- Dərsliklər qısa müddət ərzində hazırlandığı üçün onun metodik bazası üzərində az işlər görülmüşdü; 
- Bu dərsliklərdə sual və tapşırıqların yeri daim dəyişirdi bəzi mövzularda mətnin əvvəlində, bəzilərində 
mətnin ortasında, bəzilərində isə mətnin sonunda verilirdi. Bu da öz növbəsində şagirdlərin müstəqil 
öyrənməsi üçün düzgün şərait yaratmırdı; 
- Bu dərsliklərdə əyanilik çox aşağı səviyyədə demək olar ki, yox idi. Bəzi mövzularda heç bir şəkil, 
diaqram, sxem verilmirdi. Bu da həmçinin öyrənmə prosesinə mənfi təsir göstərirdi; 
- Dərsliklər nomenklatura ilə həddindən artıq çox yüklənmişdi, bəzi mövzularda statistik rəqəmlər normadan 
çox verilmişdi ki, bu da dərsin yorucu, sıxıcı olmasına səbəb olurdu; 
- Dərsliklərdə illustrativ materiallara, mətndənkənar komponentlərə çox az yer verilirdi; 
- Eyni zamanda dərsliklərdə şagirdlərin müstəqil şəkildə bilik əldə etməsi üçün imkanlar demək olar ki, yox 
idi. 
- Bu dövrdə eyni zamanda dərsliklərlə yanaşı müəyyən müəlliflər tərəfindən yazılan dərs vəsaitləri, metodik 
tövsiyələr, iş dəftərləri və s. nəşr olunurdu. 
İkinci mərhələr 2000-2012-ci illəri əhatə edir. Bu mərhələdə əvvəlki dövrlərdə nəşr olunmuş dərsliklər 
yenidən işlənib təkmilləşdirildi və nəşr olundu. Yeni dərsliklər öz metodik bazasına görə, quruluşuna, bədii 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   504   505   506   507   508   509   510   511   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə