Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
425
ibarət deyildir.Onlarda elmi təhlil vərdişi əldə etmək,cəmiyyət və təbiətin qarşılıqlı təsirini,təbiətə öz
köməyininin əhəmiyyətini dərk etmək vərdişlərini aşılıyır.Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər planında cəmiyyətin ekoloji maarifləndirilməsi əsas
vəzifələrdən biri kimi göstərilir.Bu cür keyfiyyətlərin formalaşdırılması müstəqil axtariş-tədqiqat prosesində
şagirdlərdə müstəsna əhəmiyyət kəsb edir.
Məktəblərdə
ekoloji
biliklərin
formalaşdırılması,
şagirdlərdə
doğma
diyarın
ekoloji
problemlərinə,yaşadığı yerin ekoloji vəziyyətinin öyrənilməsinə,elmi eksperimentlərə fəal, vicdanlı
münasibətin yaranmasına kömək edir.Tədris prosesi çərçivəsində ekoloji tədqiqat işləri məktəblilərin praktik
fəaliyyətində ən kütləvi və perspektivli formalarindan biri kimi çıxış etməlidir.Təhsil və tərbiyə sistemində
ekoloji təhsil ve tərbiyə özünəməxsus yerə malikdir. Ekoloji maariflənmənin köməyilə və ekoloji tərbiyə
üzrə işlərlə əhatə olunmaq nəticəsində təhsilalanlar ətraf aləmin mühafizəsinə, gözəlləşdirilməsinə,
yaşıllıqların artırılmasina qayğı ilə yanaşır.hər bir şagird respublikamızın florsı və faunası ilə tanış olmalı,
ətraf mühitin çirklənməsinə yol verməməli, ağacların, quşların və heyvanların qırılması ilə mübarizə
aparmalıdır.Elmi-texniki tərəqqinin sürətlə inkisaf etdiyin müasir şəraitdə ekologiyanın,təbiətin mühafizəsi,
onun sərvətlərindən qənaətlə və səmərəli istifadə olunmalı məsələləri müstəqil Azərbaycan Respublikasının
qəbul etdiyi bir sıra rəsmi sənədlərdə öz əksini tapmışdır. Şagirdlər təbiət haqqında biliklərin əhəmiyyətini
başa düşməli və ətraf mühitin qorunmasında fəal iştirak etməlidirlər. Məşhur ekoloq Çarlz Elton” Təbiətə
qarşı öz əməllərimizlə bizim səhv etməyə haqqımız yoxdur”. Artıq sübut edilmişdir ki,bir çox xəstəliklərin
,əsasəndə qripin geniş yayilmasının başlıca səbəblərindən biri ekoloji mühitin dəyisməsidir. Suyun ,havanın
,torpağın çirklənməsi insan orqanizminə böyük ziyan vurur,onun təbii müqavimət qabiliyyətini zəiflədir.
Müəllim motivasiya üçün mərkəzində” allergiya”sözü olan klaster tərtib etməyi tapşırarsa,şagirdləri maraqlı
tədqiqata cəlb etmiş olar.Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar
tədbirlər yolu ilə daha da dərinləşir.Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından
istifadə olunur:məktəb meşəçiliyi,meyvə bağları,gənc təbiətçi dərnək və kulubları,ekologiya üzrə olimpiada
və viktorinalar,ekologiya ayları belə formalardandir. Ekoloji mövzuların yekununda təbiətin qorunmasında
şagirdlərin şəxsi iştirakı məsələləri mütləq müzakirə olunmalıdır. Bu zaman onların diqqəti yaşadıqları
ərazinin yaşıllıqlarının qorunmasında iştirakının vacibliyinə yönəlməlidir.
Coğrafiya fənninin tədrisində VI sinifdə Böyük şəhərlərin böyük problemləri, Aral səhraya çevrilmiş
dəniz (debat), Amazon meşeləri (debat),VII sinifdə Çaylarımızın ekoloji vəziyyəti,Torpaqların
mühafizəsi,Ekoloji məhkəmə (rollu oyun), İqtisadiyyat və ətraf mühit, VIII sinifdə Bitki və heyvanların
yaşayış mühiti,Ətraf mühiti çirkləndirən mənbələr,Ətraf mühitin mühafizəsi yolları, Ətraf mühit və insan
sağlamlığının qorunması, Ekoloji problemlər və onların aradan qaldırılması yolları, IX sinifdə Ekoloji
siyasət,Ekoloji monitorinq, X sinifdə Qlobal iqlim dəyişiklikləri, Azərbaycanın qoruq və yasaqlıqları,
Qlobal ekoloji problemləri (layihə), XI sinifdə İqlim və insan sağlamlığı, Dünyanın içməli su problemi,
tullantılar və onlardan istifadə kimi mövzuların mənimsənilməsi nəzərdə tutulmuşdur.Sözügedən mözuların
tədrisi zamanı antropogen faktorlar və ekoloji biliklərin dərinləşməsi üçün şagirdlərin müstəqil iş
metodundan geniş istifadə olunmalıdır.Tədris prosesində ekoloji biliklərin mərhələlər üzrə inteqrasiya
edilməsinə çalışmaq lazimdır. Müasir ekoloji şəraitin mahiyyətini şagirdlərə çatdırmaq üçün təhsil
prosesində yalnız metodiki vəsaitlərdən istifadə edilməlidir. Pedaqoji vasitələrə təlim-tərbiyə prosesinin
təşkili formaları,əyani vasitə və metodları,məzmun cəhətləri daxildir.Ekoloji problemlərin öyrənilməsi və
təbiətə münasibətin formalaşdırılması zamanı dərsdə diskussiya metodundan istifadə olunması da
məqsədəuyğundur.Bu metodun tətbiqində alimlərin və ya müəllimin rəyi.ekoloji problemin məzmununu
əhatə edən hipotezlərdən istifadə olunur.
Dostları ilə paylaş: