Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə503/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   499   500   501   502   503   504   505   506   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
423 
Əvvəl qurulmuş oxşar fasiya qruplarının qarşılıqlı əlaqəsi Darvin küpəsi yatağının şərti X1, X2, X3, 
X4 nömrəli quyulardakı QK və QP əyrilərinə əsasən aparıldı .Təhlil qurulmuş korrelyasiya profillərinə 
əsasən aparılmışdır. 
Tədqiqat işində ayrıca Darvin küpəsi X1-X3 nömrəli quyuların kəsilişi boyunca müxtəlif fasiya 
qruplarının paylanmasının dairəvi diaqramları qurulmuşdur. Bunlar əvvəlki təfsir nəticəsində əldə edilmiş 
məlumatlar əsasında qurulmuşdur. 
Darvin küpəsi yatağında MQ-ın QA çöküntüləri çayların çaybasarı və çay yatağı fasiya qrupu ilə 
təmsil olunur və onlar alluvial çökütülərə aiddirlər.
QD dəstəsində çöküntülərdə barətrafı laqun, sahilboyu barlar,əlaqəsiz axınlar, sahilyanı bataqlıq, çay 
yatağı, mənsəb barları və çimərlik fasiya qrupları ilə təmsil olunur və onlar alluvial-delta çöküntülərinə 
aiddirlər. QÜG çöküntüləri dəniz çöküntülərə aiddirlər. QÜQ çöküntüləri çay yatağı fasiya qrupu ilə təmsil 
olunur və onlar alluvial çökütülərə aiddirlər.
Analiz nəticələrinin göstərdiyi kimi, Darvin küpəsi sahəsində Məhsuldar qatın Qirmakialt (QA) və 
Qirmaki (QD) lay dəstələri neftli-qazlıdırlar.
Neftli qazlı kollektorlar əsasən çay yatağı, barətrafı laqun, əlaqəsiz axınlar, mənsəb barları, sahiboyu 
barlar fasiya qrupunda aşkar olunub. 
DAĞKƏSƏMƏN YATAĞININ FİLİZİNDƏ SƏRBƏST QIZILIN XÜSUSİYYƏTLƏRİ 
 
Əsgərova Z.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
zohreesgerova97@gmail.com 
Yataq Kiçik-Qafqazın Lök-Qarabağ struktur-formasiya zonasının şimal-qərbində eyni adlı filiz 
sahəsində yerləşir. 
Yatağın geoloji quruluşunda Üst Təbaşir və Paleogen yaşlı vulkanogen və mürəkkəb kompleks çökmə, 
çökmə-piroklastik süxurlar istirak edir. 
Vulkanogen süxurların lava və piroklastik fasiyaları yataq ərazisində geniş yayılıb. Lava fasiyası 
andezitlərdən, andezit-dasitlərdən, andezit-bazaltlardan, piroklastik fasiya ilə andezit-bazaltların, 
andezitlərin, andezit-dasitlərin tuffitlərindən təşkil olunmuşdur. 
Çökmə-piroklastik süxurlar yataq ərazisində nəzərə çarpacaq dərəcədə az yayılmışdı və andezibazalt 
tuf və tuffitlərindən ibarətdir. Subvulkanik əmələgəlmələr yataqda Üst-Təbaşir yaşlı albitofirlərdən, dasit və 
riodasitlərdən təşkil olunmaqla iri həcmli massiv kütlələr təşkil edirlər. 
Damar əmələgəlmələrdən qeyd edilən yataqda diabaz-porfirit tərkibli dayaklara rast gəlinir. 
Yatağın filizənəzarət strukturları sərt düşməyə malik şimal-şərq istiqamətli qırılıb düşmələrdir, 
hansılarki, Dağkəsəmən antiklinalının tağ hissəsində yüksək çatlı zona kimi xarakterizə olunurlar. 
Strukrut cəhətdən yataq Dağkəsəmən antiklinalına uyğun gəlir. Qeyd edilən antiklinalın tağ zolağı 
boyunca böyük ölçülü qırılma zonası keçir. Bu zona qızıl və onunla assosiasiyada olan polimetal filizinin 
yerləşməsinə nəzarət edir və gec Təbaşir vulkanizminin məhsulu olan andezit-dasit tərkibi subvulkanik kütlə 
ilə əlaqədardır. 
Yataqda ən böyük qırılma pozulması Ağdam-Rizvan pozulmasıdır. Qırılma kamanqaya dağından bir 
kilometr məsafədən keçir. Daha sonra isə Dağkəsəmən antiklinalının ox hissəsində yerləşir. 
Dağkəsəmən yatağının qızılının çox hissəsi hidrotermal məhluldan gec sulfidlərlə birlikdə ayrılaraq 
sulfidlərdə olan çatları doldurur və onların formasını alır. Çatların formasından asılı olaraq qeyd edilən 
yataqda sərbəst qızıl müxtəlif morfologiya ilə xarakterizə olunur: qeyri düzgün, damarşəkilli, bucaqvarı, 
qarmaq-lövhəli və kökəyəbənzər. 
Qeyri-düzgün və bucaqşəkilli ayrılma forması adətən sulfid minerallarının kənar hissəsində yerləşir. 
Qarmaq-lövhəii və kökəyəbənzər morfologiyaya malik olan sərbəst qızıl isə adətən çatlı kvarslarda rast 
gəlinir. 
Hipogen qızıl sulfidlərin oksidləşmiş məhsulları ilə (piritlə) sıx əlaqədə olur və qetitdə, həmçinin kvars 
damar və damarcıqlarda izometrik, lövhəli və dodağabənzər ayrılma formasında təmsil olunur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   499   500   501   502   503   504   505   506   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə