|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
429
tərtibatına görə əvvəlki dərsliklərdən xeyli fərqlənirdi. Bu dərsliklərin yazılmasında əsasən prof.
M.Müseyibov, N.Seyfullayeva, Y.Qəribov O.Alxasov, E.Əlizadə və başqaları iştirak etmişdirlər.
Bu mərhələdə də əvvəlki dövrlərdə olduğu kimi bir sıra müəlliflər tərəfindən metodik vəsaitlər nəşr
olunurdu. 2004-cü ildən etibarən yeni islahatlar aparıldı, fənn kurikulumunun hazırlanması və onunla bağlı
olaraq yeni dərsliklərin yazılması məsələləri yarandı. Məlumdur ki, 2006-cı ildə fənn kurikulumu təsdiqləndi
və 2008-ci ildə ilk dəfə I siniflərdə tətbiq olundu, dərslik komplektləri nəşr olundu. Kurrikulum islahatı
aparılmamışdan əvvəl coğrafiya dərsliklərinin məzmununda iki istiqamət ayrılırdı: tədris mətni və
mətndənkənar komponentlər. Tədris mətninin tərkibinə isə aşağıdakılar daxil idi:
1. Əsas mətn – elmin əsaslarının,, qanunauyğunluqların, nəzəriyyələrin və anlayışların şərhi daxildir.
2. Əlavə mətn – bura izahedici mətnlər daxildir.
Mətndənkənar komponentlərə isə aşağıdakılar daxildir:
1. İstiqamətləndirici elementlər – bura başlıqlar, siqnallar, simvollar, şriftlərin petit və ya kursivlə
yazılması aiddir.
2. Bilik və bacarıqların mənimsənilməsinin təşkili aparatı – bura sual və tapşırıqlar sistemi aiddir.
3. İllüstrasiyalar – bura xəritə, sxem, şəkil, foto, rəsm, cədvəl, diaqram və s. Aiddir.
Dərsliyin əsasını mətn təşkil edir və mətndənkənar komponentləri ilə sıx bağlı olur. Dərsliklərdə mətn
və mətndənkənar komponentlərin nisbəti siniflər üzrə, şagirdlərin yaş səviyyəsində asılı olaraq dəyişir. Mətn
və mətndənkənar komponentlərin nisbəti daha əvvəllər 66% və 34%-dən daha sonralar isə 56% və 44%-ə
çatrıımışdır.
Dərslik hazırlanmasında 3-cü mərhələ 2013-cü ildən başlayaraq bu vaxta qədər olan dövrü əhatə edir
və bu dövrlərdə kurikulum əsasında yeni dərsliklərin hazırlanıb nəşr olunmasına başlanıldı. Coğrafiya
kurikulumuna uyğun dərsliklərin hazırlanmasında, qiymətləndirilməsində V.Əfəndiyev, F.İmanov,
O.Alxasov, N.Seyfullayeva, Z.Eminov, Y.Qəribov, Ş.Hümmətova, Y.Şabanova, İ.Rakçiyeva iştirak etmişdir.
Eyni zamanda coğrafiya dərsliklərin tərtib olunmasında orta məktəbin coğrafiya müəllimləri də geniş cəlb
olunmuşdur. Hazırda orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər əvvəlki dərsliklərdən istər
məzmununa, istərsə də illüstrasiya materiallarına görə kəskin fərqlənir. Əsasən də mətndənkənar
komponentlərin rolu kəskin dəyişmiş, dərsin təhsilverici, inkişafetdirici və tərbiyəedici funksiyalarına da
müsbət təsir etmişdir. Müasir dərsliklərdə mətnlərdənkənar komponentləri didaktik və öyrədici aparat da
adlanır. Bunlar da şagirdlərdə təhlil etmək, düşünmək, suallara cavab vermək, sual qoymaq və s. kimi
bacarıq və vərdişlər formalaşdırır. Azərbaycanda məktəb coğrafiyasının inkişafında islahatlar davam etdirilir,
yeni dərsliklər, dərs vəsaitləri, tədris vəsaitləri, test-sorğu kitabları çap olunur.
Dostları ilə paylaş: |
|
|