Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə517/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   513   514   515   516   517   518   519   520   ...   579
magistr2021 3 2

 
Xəritəni başa düşmək bacarığının
 
məqsədi kartoqrafik biliklərə malik olmaqdan ibarətdir. Yəni, kartoqrafik biliklərə yiyələnmək dedikdə 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
435 
xəritənin nə olduğu, onun xüsusiyyətlərini məzmununu, şərti işarələrin nə demək oldğunu, əhəmiyyətini və s. 
başa düşülür. Proqram və dərsliklərdə kartoqrafik biliklərə xüsusi yer ayrılmış və onun siniflər üzrə inkişafı 
nəzərdə tutulur. Xəritəni oxumaq xəritədəki təsvirin arxasındakı real aləm təsəvvür etmək bacarığı, xəritənin 
köməyi ilə buarada göstərilməyən müxtəlif hadisə və prosesləri, obyektləri, onların arasındakı əlaqələri 
öyrənmək və başa düşmək bacarığı deməkdir. Başqa sözlə xəritəni oxumaq dedikdə xəritənin əsasında ayrı-
ayrı obyekt və hadisələrin xaraktersitikasının verilməsi bacarıqları başa düşülür. Xəritəni oxumaq bacarıqları 
da sinifdən-sinfə tədricən dərinləşdirilir və inkişaf etdirilir.İlkin kartoqrafik işarələrdən tutmuş daha 
mürəkkəb proses və hadisələrin izah edilməsinə qədər müxtəlif mərhələlər keçilir. Xəritə və digər kartoqrafik 
vasitələr üzərində aparılan işlərin hamısı onların mühüm informasiya mənbəyi kimi istifadə edilməsinə 
yönəlmişdir. Bu işlər elə təşkil olunmalıdır ki, coğrafi obyekt və hadisələrin kəmiyyət və keyfiyyət 
xarakteristikası üçün onlardan səmərəli istifadə edilə bilinsin. Xarakteristikaların tipik planları istər aşağı, 
istərsə də yuxarı siniflərdə eyni müvəffəqiyyətlə istifadə oluna bilər. Ümumiyyətlə, xəritə və kartoqrafik 
təsvir vasitələrindən istifadə etmək bacarığı şagirdlərin yaş səviyyəsindən asılı olaraq idraki inkişaf 
səviyyəsini əks etdirir. Şagirdlərin xəritə üzərində apardığı əməliyyatlar müəyyən ardıcıllıqla qəbul edilir. 
1. Konkret obyektlərin əks olunduğu plan,ümumcoğrafi və fiziki xəritələrlə vizual tanışlıq (VI sinif) 
2. Şəkil,aerofotoşəkil və planın müqayisəli dərk edilməsinin ilkin mərhələsi.Şagirdlərə miqyas, şərti 
işarə,məhəldə və planda cəhətlərin,istiqamətlərin təyin edilməsi.Şərti işarələr ilə tanışlıq(VI sinif) 
3. Şagirdlərin miqyasa əsəsən məsafələrin ölçülməsin öyrədmək ( VI sinif )
4. Məktəbin yerləşdiyi ərazinin planın oxunamsı ( VI sinif )
5. Hər hanı ərazinin topoqrafik xəritəsinin oxunması ( VII - X sinif )
6. Fiziki xəritənin oxunması , rənglərə əsəsən hündürlük və dərinliklərin təyin edilməsi (VI, VII, VIII, X 
sinif) 
7. Geoloji və fiziki xəritələr arasında əlaqəni müəyyən etmək ( VII sinif ) 
8. Tematik xəritələrin təhlili və qiymətləndirilməsi. (VIII -IX sinif ) 
9. Sənayi və kənd təsərrüfat sahələri xəritələrə əsəsən təsvir etmək ( IX , XI sinif ) 
10. Hər hansı ərazinin kompleks coğrafi səciyyəsini tərtib etmək ( IX , XI sinif ) 
11. Təbii ehtiyyatların mövcudluğu ilə əhalinin sıxlığı və yerləşməsi arasında uyğunluğun müəyyən edilməsi, 
nəticələrin çıxarılması proqnozların verilməsi ( IX , XI siniflər ) 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   513   514   515   516   517   518   519   520   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə