|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
433
vardır. Belə ki, Azərbaycan vezuvianlarında təkcə 5% kvars iştirak etdiyi halda, Şişim yüksəkliklərinin
vezuvianlarında xeyli miqdarda kalsit (18%), kvars (7%) və kaolinit (5%) iştirak edirlər. Müxtəlif
yataqlardan götürülmüş bu iki vezuvianın oksid tərkiblərində də fərqli cəhətlər müəyyən edilmişdir. Belə ki,
Azərbaycan yatağının vezuvianları yalnız alüminium (Al
2
O
3
-16.93%) və dəmir oksidləri (Fe
2
O
3
-2.26%) ilə
deyil, həm də qələvi metalların oksidləri ilə (Na
2
O və K
2
O) zəngindirlər.
NAFTALAN YATAĞININ GEOLOJİ-MƏDƏN GÖSTƏRİCİLƏRİ
Məmmədov E.X.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:
elcan.mammadov96@mail.ru
Azərbaycanın quru sahəsinin neft yataqları içərisində Naftalan yatağı müstəsnalıq təşkil edir. Yataq
Gəncə şəhərindən 50km cənub-şərqdə yerləşir. Yatağın geoloji quruluşunda abşeron və ağcagil
mərtəbələrinin, Maykop laydəstəsinin çöküntüləri iştirak edirlər. Yatağın müalicəvi nefti ağcagil
mərtəbəsinin konqlomerat horizontu, maykop laydəstəsinin I qumlu mergel və II qumlu horizontları ilə
əlaqədardır. Naftalan yatağının cari neftvermə əmsalı 0,18 təşkil edir
Yataq
Obyekt
Orta
dərinlik
m
Neftlilik
sahəsi,
ha
Effektiv
qalınlıq,
m
Məsaməlik
%
Keçiricilik
10
-3
mkm
2
Neftin
özlülüyü
mPas
Toplanmış
hasilat
min t
Son
neftlil
ik
əmaslı
Naftalan
Maykop 600
192
7
22
20
2,2
55
0,10
Muali-cəvi Maykop 450
311
4,7
19
17
44
19,0
0,20
Naftalan yatağından sonra maykop çöküntüləri ilə əlaqədar yalnız Umbakı yatağından neft alınıbdır:
Umbakı
Maykop
1300
856
22,9
20
46
30
965
0,20
Müalicə nefti 450m. dərinlikdə yerləşir. Yatağın neftindən müalicə məqsədilə istifadə edilməsi hələ
XIIIəsrdə məlum idi. Tibdə terapevtik məqsədlə işlədilən və “Naftalan məlhəmi” adlanan dərmanın əsas
hissəsini təbii Naftalan nefti təşkil edir. Ümumiyyətlə, Azərbaycanın quru sahəsində maykop çöküntülərində
yerləşən neft yataqlarına yalnız iki yerdə rast gəlinir. Bunlardan biri də Naftalan yatağıdır. Yatağın özlülüyü
çox yüksəkdir və Naftalanın neftinin özlülüyündən 20 dəfə yüksəkdir. Özlülüyün yüksəkliyi sıxlığın
yüksəlməsində özünü göstərir. Naftalanın müalicəvi nefti ağır neftlər sırasına daxildir və sıxlığı 0,960q/sm
3
-ə
çatır. Yatağın sulaşmaya məruz qalması da fərdliliyi ilə seçilir. Belə ki, sulaşma faizi Azərbaycanın bütün
quru neft yataqları üzrə ən yüksək qiymət (97,7%) daşıyır. Azərbaycan alimləri tərəfindən Naftalan neftinin
tədqiqinə və tətbiqinə dair onlarla elmi işlər aparılmışdır. Bunlardan biri də akademik C. Hüseynovun
Naftalan neftindən istifadə edərək, neft qalıqları əsasında boy stimulyatorunun (neft-boy maddəsinin) əldə
etməsidir. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda turizmin inkişafına təkan verəcək amillərdən biri
də Naftalan neftinin yeni istifadəsinin öyrənilməsi və onun geniş tətbiqi olacaqdır.
Dostları ilə paylaş: |
|
|