|
Ministry of education of azerbaijan republic sumgayit state universitymagistr2021 3 2
Rzayev E.H.
Bakı Dövlət Universiteti
E-mail:
Elshad.rz@outlook.com
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda iqtisadiyyatı daha da inkişaf etdirmək məqsədi ilə
çoxsaylı ölkədaxili və transmilli neft-qaz kəmərləri, nəqliyyat və digər sahələrdə kommunikasiya
layihələrinə imza atıldı. Bakı-Tbilisi-Ceyhan transmilli neft kəməri, Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum),
Transanadolu(TANAP), Transadriatik (TAP) qaz kəmərləri, Bakı-Tbilisi-Qars transmilli dəmir yolu xətti,
İpək yolu (TRANSEKA) beynəlxalq avtomobil yolları və başqa layihələr bunlara misal ola bilər.
20 sentyabr 1994-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti
arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Əsrin müqaviləsi” üzrə istismara çıxarılan "Azəri-Çıraq-
Günəşli" yataqlarından neft məhsullarının dünya bazarına daşınması üçün müvafiq ötürücülük qabiliyyətinə
malik yeni neft kəmərinin inşa edilməsi zərurəti meydana çıxdı. Artıq 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan
transmilli neft kommunikasiya xətti fəaliyyətə başladı. Bakı-Tbilisi-Ceyhan boru xətti Azərbaycan neftinin
Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql edən
kəmərdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir.
Təyinatına və istifadə məqsədindən asılı olaraq magistral xətti kəmərləri aşağıdakı növlərə ayırmaq
olar:
- magistral boru kəmərləri - neft, neft məhsulları, qaz, su və sairəni uzaq məsafələrə nəql etmək üçün
nəzərdə tutulmuş tikililərdir;
- magistral nəqliyyat xətləri - avtomobil və dəmir yolları ilə sərnişin və yüklərin daşınması üçün
nəzərdə tutulmuş tikililərdir;
- magistral kommunikasiya xətləri - daha geniş məzmunlu termin olub yuxarıda göstərilən xətti
kommunikasiya xətlərini və digər növləri özündə birləşdirir;
- transmilli kommunikasiya xətləri - iki və daha çox ölkə ərazisindən keçməklə inşa edilən
kommunikasiya xətləridir.
Ölkəmizin ərazisində transmilli layihələrlə yanaşı müstəqillik illərində ölkədaxili xətti kommunikasiya
layihələri həyata keçirilmiş və keçirilməkdədir. Belə layihələr meliorasiya və su təsərrüfatı sahəsində, Kür və
Araz çaylarının axım səviyyəsinin monitorinqi, yerquruluşu işlərində, daha böyük həcmdə nəqliyyat
sferasında aparılır. Müstəqillik illərində “ Ölkə İqtisadiyyatının arteriya damarı nəqliyyatdır” devizi altında
ölkəni qərb-şərq, şimal-cənub və digər istiqamətlərdə kəsib keçən beynəlxalq və respublika əhəmiyyətli
|
|
|