Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə527/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   523   524   525   526   527   528   529   530   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
442 
yaz gursululuğu və payız daşqınlı çaydır. Qorxulu hidroloji hadisələrdən çayda tez-tez baş verən sel 
daşqınlarıdır. Sel mənbələri hövzənin 50%-dən çoxunu tutur.
Yuxarıdakıları yekunlaşdıraraq dеmək olar ki, daşqınlar hidrosferin atmosfer və litosfer ilə qarşılıqlı 
təsirlərini yer müstəvisi üzərində əks etdirir.Kiçik çaylarda təbii amillərdən yaranan daşqınlara indi
antrоpоgеn amillərin təsirləri da əlavə olunmuşdur.
Mingəçevir, Şəmkir, Yenikənd, Varvara su anbarlarının kaskad su rejiminin tənzimlənməsi 
mövcuddur. Lakin Kür çayının qolları (Əlicançay, Türyançay, Göyçay, Ağsuçay-Girdimançay və Araz 
çayının Kür çayı ilə birləşməsi yerindən aşağı zonalarda daşqın axınları təhlükəli vəziyyəti yaradır. Bunu 
2003,2006 və 2010-cu illərdə Kürün aşağı axınında baş verən daşqının nəticələri göstərir. 
COĞRAFİYA DƏRSLƏRİNDƏ İQLİM TƏSƏVVÜRLƏRİNİN FORMALAŞMASININ 
XÜSUSİYYƏTLƏRİ 
 
Rəhimova G.R. 
Sumqayıt Dövlət İniversiteti 
E-mail:
 
gunayymeryem@gmail.com
 
 
Fiziki coğrafiya kursları tədris edilərkən şagirdlər arasında coğrafi təsvürlərin formalaşması 
coğrafiyanın tədrisi metodikasında mühüm yer tutur, çünki idrak prosesində növbəti mərhələnin - 
anlayışların formalaşmasının müvəffəqiyyətlə həyata keçirilməsi bu problemin həllindən asılıdır. İqlim - 
(yunancadan klima - meyl (yer səthindən günəş şüalarına)), havanın çoxillik statistik rejimi, müəyyən bir 
ərazinin əsas qrafik xüsusiyyətlərindən biridir. İlk olaraq iqlim tərifini verən Humbolta (1831) görə "iqlim - 
hissiyat üzvlərinə təsir edən atmosferdəki bütün dəyişiklərdir, o nəinki, Yerin şüalanması, bitkilərin üzvi 
inkişafı və meyvələrin yetişməsi üçün, həm də insanın əhval-ruhiyyəsi və bütün zehni ruhi əhvalı üçün də 
vacibdir”. Yerin təbii kompleksinin əsas tərkib hissələrindən biri olan iqlim coğrafi təbəqənin və müxtəlif 
dərəcəli təbii ərazi komplekslərin (TƏK): qitələr və okeanlar, təbii zonalar və yüksəklik qurşaqları, 
düzənliklər və dağlıq ərazilər, çay vadiləri və dağ yamacları və s. meydana gəlməsində ən vacib amildir:
İqlimin insan həyatına və təsərrüfat fəaliyyətinə təsiri böyükdür. Bu o deməkdir ki, insanların işinin, 
həyatının və istirahətinin səmərəli təşkili üçün müəyyən bir ərazinin iqlim xüsusiyyətlərini nəzərə almaq 
lazımdır. Hava və iqlimin insana təsirini təhlil edərkən sağlamlığın qorunmasını və yüksək əmək 
məhsuldarlığını təmin edən rahat yaşayış şəraitinin yaradılması əsas götürülməlidir. 
İqlim insana həm birbaşa, həm də dolayı təsir göstərir. Birbaşa təsirlərə, əhalinin sosial və gigiyenik 
yaşayış şəraitindən asılı olmayan və insan orqanizminə bilavasitə təsir göstərənlər aiddir: dəniz səviyyəsinin 
hündürlüyündən asılı olan atmosfer təzyiqi və oksigenin parsial təzyiqi, kosmik şüalar və s. Dolayı yolla 
təsir edənlər özlərinə görə nə qədər vacib və gərgin olsa da, sanitariya və texniki vasitələrlə, iş və istirahət 
rüjimi ilə zəifləyənlərdir. Beləki, havanın temperaturu və rütubətliyi, külək rejimi, Günəşin ümumi və 
ultrabənövşəyi şüalanması, yağıntılar, atmosferin tərkibi və s. yaşayış məntəqələrinin planlaşdırılması və 
tikilməsi üsulundan, yaşayış yeri və geyimin xarakterindən, qızdırıcıların texniki vəziyyətindən, hava 
hövzəsinin sənaye tərəfindən çirklənmə dərəcəsindən və s. asılı olaraq az və ya çox təsir göstərir. 
Bizim fikirmizcə, məktəb coğrafiyası təhsilinin ən vacib vəzifələrindən biri məktəblilərə iqlim 
hadisələri və prosesləri haqqında elmi əsaslandırılmış təsəvvürlər vermək, onları Yerin təbiətində iqlimin 
dominant rolunu başa salmaqdır. Yer kürəsinin bu və ya digər ərazisinin iqlim xüsusiyyətlərini bilməklə, 
şagirdlər iqlimin müəyyənedici amil olması və təbiətin digər komponentlərinin ondan asılı olduğu qənaətinə 
gələ bilərlər. 
Məlum olduğu kimi, təsəvvür və anlayışların formalaşması vahid bir prosesdir, çünki dərketmə prosesi 
qnoseologiya baxımından müəyyən məntiqi ardıcıllıqda yerləşən ayrı-ayrı elementlərdən: hiss, qavrayış, 
təmsil, anlayış, mühakimə, nəticədən ibarətdir. Şübhəsiz ki, şagirdlərin zehni fəaliyyətinin bir hissəsi 
olmaqla, onlar bir-birinə bağlıdır, bir-birindən asılıdır, bir-birini şərtləndirir. Bu o deməkdir ki,dərketmə 
prosesində vahid tamlığın hissələrinin hər biri müəyyən mənaya malikdir və tamamilə müstəqil bir 
funksiyanı yerinə yetirir. Beləliklə, təsəvvürlər və anlayışlar arasında mövcud olan əlaqə göz 
qabağındadır.Yəni 
hissetmə
, coğrafi obyektlərin və hadisələrin qavranılması prosesi nəticəsində təsəvvürlər 
yaranır və bunların əsasında isə anlayışlar formalaşır. Deməli, şagirdlərin zehni fəaliyyətinin inkişafı 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   523   524   525   526   527   528   529   530   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə