Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə530/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   526   527   528   529   530   531   532   533   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
444 
magistral avtomobil yolları, eləcə də, şəhərlər, rayonlararası, hətta qəsəbə və kənd yolları bərpa edilmiş və 
yenidən qurulmuş və qurulur. 
Yerin fiziki səthində təcrübi olaraq istənilən növ fəaliyyət zamanı ən vacib məsələlərdən biri 
layihələrin geodezik təminatının yerinə yetirilməsidir. Xətti obyektlərin inşa edilməsi zamanı onların xəritə 
üzərində verilmiş layihə elementlərinin geodezik ölçmə üsulları ilə naturaya köçürülməsi həmin ərazidə 
müvafiq geodezik təminat əsaslarını yaratmadan yerinə yetirilməsi təcrübi olaraq qeyri-mümkündür. 
Xüsusi qeyd edilməlidir ki, geodezik təminatda baza rolunu müəyyən bir dövr üçün qəbul edilmiş 
vahid koordinat sistemi oynayır. Koordinat sisteminin yer üzərində maddi daşıyıcısı isə müxtəlif metodlarla 
qurulmuş geodeziya şəbəkələridir. Geodeziya şəbəkələri öz aralarında müxtəlif mənşəyə, sıxlığa və dəqiqliyə 
malik olur. Hal-hazırda Müstəqil Dövlətlər Birliyi (MDB), o cümlədən, Azərbaycan Respublikası ərazisində 
həm klassik (optik alətlərlə), həm də müasir geodeziya ölçmə texnologiyaları ilə (elektron və lazer əsaslı 
geodeziya alətləri, peyk naviqasiya sistemlərindən istifadəyə əsaslanmış texnologiyalar) qurulmuş geodeziya 
şəbəkələri mövcuddur. Ona görə də xətti kommunikasiya layihələrinin həyata keçirilməsinin bütün 
mərhələlərində: layihənin tutulması, icrası və istismarı zamanı klassik və müasir geodeziya təminatı 
sistemlərindən birgə istifadə edilir. 
Transmilli xətti kommunikasiya layihələrinin geodeziya təminatı zamanı çoxsaylı elmi-texniki 
problemlər meydana çıxır. Belə ki, bu obyektlər ölkə ərazisini kəsib keçməklə yanaşı, digər ölkə 
ərazilərində davam etdirilir. Ona görə də layihələrin icrası zamanı koordinatların zonadan zonaya ötürülməsi, 
yerüstü və peyk geodeziya ölçmələrinin vahid hesablama səviyyəsinə reduksiyası, plan və yüksəklik 
koordinatlarının uzaq məsafələrə dəqiq ötürülməsi, müxtəlif ölkələrdə qəbul edilmiş koordinat sistemləri, 
geodeziya proyeksiyaları arasında əlaqələrin araşdırılması və qurulması və digər parametrlər arasında 
əlaqələrin qurulması kimi məsələlər meydana çıxır. Ümumi halda geodezik təminat məsələləri icra edilən 
layihənin növü, ölçüləri (uzunluğu, sahəsi) və onun yerinə yetirilməsinə qoyulan dəqiqlik tələbləri, eləcə də, 
obyektin yerləşdiyi məkandan asılı olaraq xüsusi yanaşma tələb edir. Qeyd etmək lazımdır ki, irili-xırdalı 
obyekt layihələrinin ərazidə geodeziya təminatı olmadan yerinə yetirilməsi təcrübi olaraq qeyri-mümkündür. 
Bunlarla yanaşı, xətti kommunikasiya layihələrinin geodeziya təminatı digər növ işlərdən fərqlənir və 
özünəməxsus xüsusuiyyətlərə malikdir. Ona görə də xətti kommunikasiya layihələrinin geodeziya təminatı 
xüsusi yanaşma və həll üsullarının işlənməsini tələb edir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   526   527   528   529   530   531   532   533   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə