Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə533/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   529   530   531   532   533   534   535   536   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
446 
hidrometroloji hadisələr öncədən proqnozlaşdırılaraq, məlumat şəklində əhaliyə və bir başa hava şəraiti ilə 
əlaqəli olan təsəruffat subyektlərinə çadırılır.
Belə ki, artıq Azərbaycanın bütün regionlarını əhatə edən Vahid Elektron Ekoloji Məlumat və 
Müşahidə Sistemi yaradılmış və Sovet impreriyası dövründə istifadəyə verilmiş müşahidə məntəqələri 
yenilənərək ən müasir müşahidə cihazları ilə əvəz olunmuşdur. Təhlükəli hava hadisələrindən gələn zərər
daha yaxşı proqnozlarla azaldıla bilər.
Proqnozlaşdırma xilasetmə xidmətlərinin gəlişini təmin etməyə, nəticələrin aradan qaldırılması üçün 
tədbirlər hazırlamağa və əhalinin təxliyyəsini təşkil etməyə imkan verir. Beləliklə, BMT-nin Təbii 
Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyasına görə,
daşqınların erkən xəbərdarlığı ilə daşqın ziyanı 35% azaldıla bilər. 
GEOİNFORMASİON TEXNOLOGİYADAN İSTİFADƏ ETMƏKLƏ RELYEFİN LƏNKƏRAN 
ÇAYLARININ HİDROLOJİ REJİMİNİN FORMALAŞMASINDA ROLUNUN TƏDQİQİ 
 
Seyfili M.M
.
Bakı Dövlət Universiteti
E-mail:
 
mircavadsefili1994@gmail.com 
Müasir hidrometeoroloji dəyişiliklər və intensiv antropogen müdaxilə fonunda çayların hidroloji 
rejiminin tədqiqi onların kompleks və səmərəli şəkildə istifadə edilməsi baxımından çox vacibdir. Fərqli 
hidroqrafik xüsusiyyətlərə malik olan tədqiqat ərazisinin çaylarının hidroloji rejiminin formalaşması da 
Respublikanın digər təbii vlayətlərindən seçilir. Belə ki, ərazidə yüksəkliklərdən asılı olaraq relyef tipləri bu 
prosesdə dominantlıq təşkil edərək hidroloji rejim elementlərinin zamana və məkana görə paylanmasını 
şərtləndirir. CİS (Coğrafi İnformasiya Sistemi) texnologiyasından istifadə etməklə hidroloji məsələlərin həlli 
müasir dövrün tələblərindən biridir. Çayların hidroloji rejiminin öyrənilməsində 
ərazinin relyefi haqqında 
məlumatların etibarlı və dəqiq mənbəyi ərazinin (ƏRM) və relyefin (RRM) rəqəmsal modelləridir

 
Bu işdə məkana görə təsvirin və coğrafi verilənlərin geoemalının reallaşdırılması üçün ArcGİS 10.5 
proqram təminatından istifadə edilmişdir. Bu proqram təminatından istifadə etməklə tədqiqat ərazisinin 
1:400 000 miqyasında tərtib edilmiş relyef və maillik xəritələrindən göründüyü kimi mailliklər aşağıdakı 
intervallarda dəyişir: düzənlik, 0 - 2º; az meylli, 2 - 6º; meylli 6 - 15º; orta meylli 15 - 30º; dik, 30 - 45º; çox 
dik, 45 - 60º. 
CİS-in geoverilənlər bazasının dizaynı məkan obyektlərinin növündən asılı olaraq təyin edilmişdir.
 
Belə ki, tədqiqat ərazisində olan çayların hidroloji rejiminin müəyyənləşdirilməsi üçün ArcMap – Contour 
menyusundan istifadə etməklə ərazinin horizontallı planı, İmage Analysis – Shaded Relief menyusundan 
istifadə etməklə relyef xəritəsi, ArcMap – Slope menyusundan istifadə etməklə maillik xəritəsi 
hazırlanmışdır. Bütün xəritələr 1:400 000 miqyasında tərtib olunmuşdur. 
 
Çayların su rejimi onların qida şəraiti ilə təyin olunur. Bəzi çoxsulu illərdə çaylarda səviyyə kəskin 
qalxır və ətraf əraziləri su basır. Nəticədə bölgənin təsərrüfatına maddi ziyan dəyir. Azsulu illərdə isə səviyyə 
kəskin azalır, bəzi çaylar quruyur, sudan istifadə şəraiti pisləşir. Ayrı-ayrı qapayıcı məntəqələr üçün 
qurulmuş hidroqraflardan bu əyani şəkildə görünür.Lənkəran çayları daşqın rejimli çaylardır. Burada 
daşqınların əmələ gəlmə şəraiti yüksəklik landşaft qurşaqlığının inversiyası ilə bağlıdır. Landşaft 
qurşaqlarının şaquli istiqamətdə yerləşmə ardıcıllığının pozulması isə ərazinin istilik və rütubətlənmə 
şəraitləri ilə izah olunur.Lənkəran çaylarında leysan yağışlarının və onların intensivliyinin dəyişkənliyi 
böyük olduğu üçün, daşqının zirvəsində su sərflərinin sutkadaxili tərəddüdləri müşahidə olunur. Su 
sərflərinin bu tərəddüdləri kəmiyyətcə ani və orta sutkalıq, maksimal su sərflərinin nisbəti (keçid əmsalı) ilə 
səciyyələnir. Belə hesab edilir ki, keçid əmsalının kəmiyyətini müəyyən edən əsas amil çayın su toplayıcı 
sahəsinin ölçüləridir. Baxılan çaylar üçün də hövzənin sahəsi artdıqca, su sərflərinin sutkadaxili tərəddüdləri 
zəifləyir. Lakin, dağ çaylarında, o cümlədən, Lənkəran çaylarında keçid əmsalının kəmiyyətinə təsir göstərən 
təbii amillərin inteqral göstəricisi çay hövzəsinin orta yüksəkliyidir. 
Ərazi çaylarında yay azsulu dövrü 70-120 gün davam edir və əsasən may-avqust aylarını əhatə edir. 
Çayların hidroqrafında dekabr-fevral aylarında həm də nisbətən qısa müddətli (15-80 gün) qış azsulu dövrü 
seçilir. Həm yay, həm də qış azsulu dövrlərdə illik axımın təqribən 5-15%-i keçir. Minimal qış su axımının 
modulu 7-10 
l/skm
2
, yay axımının modulu isə 0,3-2,5 
l/skm
2
təşkil edir.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   529   530   531   532   533   534   535   536   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə