|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
449
GƏDƏBƏY QIZIL-MİS YATAĞININ FİLİZİNDƏ NƏCİB METALLARIN PAYLANMASI
Talıbov M.İ.
Azərbaycan Dövlət Neft və Sənaye Universteti
E-mail:
mr.memmedaga@bk.ru
Gədəbəy yatağı Şəmkir qalxımında qranitoid intruziyasının ekzotəmas zonasında mərkəzi tip ekstruziv
quruluşun nüvəsində yerləşir.Yatağın geoloji quruluşunda alt və üst Bayosun vulkanogen, Batın vulkanogen-
çökmə, tufagen-çökmə süxurları, Kellovey-Oksford və Üst Oksfordun əhəngdaşları iştirak edir. Yataq
ərazisində aplit, qranaplit, diabaz-porfirit daykaları geniş yayılmışdır. İntruziv suxurlardan kvars-dioritlərə,
tonalitlərə, qranodioritlərə,qabbro və qabbro-dioritlərə rast gəlinir. Yataqda Şimali-qərb istiqamətli Gədəbəy
dərinlik qırılması, Fyodarov və qərb tektonik elementləri və onların arasında şimali-şərq və subeninə
qırılmalar da müşahidə olunur. Gədəbəy dərinlik qırılması yatağın şərq sərhəddi olmaqla əsas filizə
nəzarətedici strukur hesab olunur. Digər iri qırılma pozuntusu olan Fyodorov qırılıb düşməsi şimal şərqdə
Gədəbəy qırılmasına paralel izlənilir. Yataqda əsas filiz yerləşən çöküntülər törəmə kvarsitlərə çevrilmiş Üst
Bayos yaşlı riodasitlərdir.
Əyar və atomabsorbsiya analizlərinin nəticələrinə görə müxtəlif tip filizlərdə (kvars-pirit, pirit-
xalkopirit-sfalerit) və əsas sulfidlərin (pirit,xalkopirit,sfalerit) monomineral fraksiyalarında nəcib metalların
(Au,Ag) paylanması qeyri bərabərdir. Belə ki, kvars-pirit filizində qızılın paylanmasının orta miqdarı 0,84
q/t, pirit-xalkopirit-sfalerit filizində isə 2,3 q/t təşkil edir. Gümüşün orta miqdarı isə 13,6 q/t-dur. Həmçinin
qeyd edə bilərik ki, qızıl, filizlərdə sərbəst və sulfidlərlə bağlı olan incə möhtəvi dispers halda iştirak edir.
İncədispers qızılın əsas kütləsi ilkin pirit assosasiyası, sərbəst qızıl isə-gec pirit-xalkopirit-sfalerit
assosiasiyası ilə əlaqədardır. Pirit-xalkopirit-sfalerit tip filizlərdə isə bu göstəricilər fərqlidir: qızılın orta
miqdarı 2,3 q/t, gümüşün orta miqdarı 36.7 q/t-dur.
Alınan nəticələrdən belə məlum olurki, yataqda pirit-xalkopirit-sfalerit tip filiz qızıla görə məhsuldar
tip hesab olunur. Əsas sulfidlərin monomineral fraksiyalarında piritdə qızılın orta miqdarı 1,2 q/t, gümüşün
orta miqdarı 3,4 q/t-dur. Xalkopiritdə bu göstəricilər müvafiq olaraq 3,8 q/t və 8,9 q/t təşkil edir.
Beləliklə alınan nəticələri təhlil etdikdə belə nəticəyə gəlmək olurki, Gədəbəy yatağında qızılın əsas
daşıyıcısı xalkopirit (CuFeS
2
) mineralıdır və filizlərdə qeyri bərabər paylanır.
Gədəbəy qızıl-mis kolçedan yatağında sərbəst qızılın ayrılma forması da müxtəlifdir. Beləki,
Anşliflərdə sərbəst qızıl dairəvi,lövhəli,damcı şəkill, izometrik; Filiz şlixlərində isə qeyri düzgün,
kökşəkilli,qarmaq-lövhəli, kristal şəkilli ayrılma xüsusiyyətinə malikdir. Yataqda Cu-0,08-0,012%, Fe-
0,095-0,006%, Sb- 0,03-0,04%, Mn–0,0001%, Hg-0,1-1,27%, As-0,002-0,003% sərbəst qızılın element
qatışıqlarıdır və daha çox Hg və Sb-un konsentrasiyası yüksəkdir. Yataqda sərbəst qızılın əyarlıq (%)
göstəricisi 700-800 diapazonda dəyişir.
Gədəbəy qızıl-mis kolçedan yatağında qızıl-gümüş nisbəti müxtəlif tip filizlərdə öyrənilmişdir. Kvars-
pirit tipli filizdə qızıl-gümüş nisbət (1:10), pirit-xalkopirit-sfalerit tipli filizlərdə isə bu nisbət kifayət qədər
aşağıdır. Bu görünür filizin tərkibindəki sfaleritin miqdarının (36,6 q/t) yüksək olması ilə əlaqədardır.
Dostları ilə paylaş: |
|
|