|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
445
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014 cü ilin yanvar ayına olan rəsmi
statistikasında, 2014 cü ilədək müddətdə Azərbaycan ərazisində qeydə alınmış dəhşətli sel hadisələri
nəticəsində 400 nəfər insan həyatını itirdiyi və son 100 il ərzində baş vermiş 200 sel hadisəsi zamanı
Azərbaycan iqtisadiyyatına 0.5 milyard ABŞ dolları məbləğində zərər dəydiyi qeyd edilir.
Yüksək sululuq dövründə Kür çayında, Böyük Qafqazın cənub yamacı və Lənkaran-Astara bölgəsi
çaylarında daşqınlar müşahidə olunur. Xəzər dənizinin səviyyə tərəddüdündən asılı olaraq qrunt sularının
səviyyəsinin artması 1993-cü ildən sonra Kür çayında daşqınlar dövründə mənsəbdən 200 km-ə qədər
məsafədə ətraf ərazilərin subasmasına səbəb olmuşdur. Daşqınlar nəticəsində Kürün sahil zonasında yerləşən
Salyan, Neftçala, Sabirabad rayonlarının sahilboyu kəndlərinin və Şirvan şəhərinin sahilyanı ərazilərinin su
altında qalması baş verir. Ayrı-ayrı ekstremal illərdə (1967, 1969, 1976, 1979, 1982, 1989, 1997, 2002, 2003,
2010) daşqınlar müşahidə edilmişdir. Nəticədə bu ərazilərdə respublika əhəmiyyətli iri təsərrüfat
obyektlərinə, fermer təsərrüfatlarına, həyətyanı sahələrə, yaşayış evlərinə ciddi ziyan dəyir. 2010-cu ildə Kür
çayında müşahidə dövrü ərzində ən güclü daşqın müşahidə olunmuşdur.
Abseron iqtisadi rayonu istisna olmaqla qasırğa gücündə siddətli küləklər digər rayonlarda çox nadir
hallarda baş verirdisə, indi artıq bu proseslərin də arealı genişlənmiş və respublikanın əksər bölgələrində tez-
tez təkrarlanması müsahidə edilir. Dolunun, leysan yağışların və digər hidrometeoroloji hadisələrin
təkrarlanma intensivliyi də kəskin surətdə artmış və onlarında təsir göstərdiyi ərazilər xeyli genişlənmişdir.
Respublikamızın ərazisində 2008-2012-ci illərdə qlobal istiləsmə tendensiyasına uyğun olaraq orta
illik temperaturlar iqlim normasından 0,2-1,3
0
C yüksək olmuşdur. Bu illər arasında 2011-ci il 0,2
0
C müsbət
anomaliya ilə ən soyuq, 2010-2012-ci illər isə 1,3
0
C müsbət anomaliya ilə ən isti illər olmuşdur. Yağıntılara
gəldikdə isə 2007-2012-ci illərdə həm müsbət, həm də mənfi anomaliyalar müşahidə olunmuşdur.
Yağıntıların maksimumu 2011-ci ilə təsadüf edir, həmin il ölkə ərazisinə düşən yağıntılar iqlim normasından
22% çox olmuşdur. İrimiqyaslı daşqınların müsahidə edildiyi 2010-cu ildə isə yağıntı anomaliyası 10,6%
təşkil etmisdir. 2007, 2012-ci illərdə yağıntı anomaliyası müvafiq olaraq -6,7% və -6.1% təskil etmiş və az
yağıntılı illər olmuşdur.
Xəzər dənizində güclü dalğalanma əsasən sürəti 20-25 m/san-dən çox olan şimal və şimal-qərb
küləkləri olanda və bu zamanı küləyin davamiyyətindən asılı olaraq açıq dənizdə dalğanın hündürlükləri 5-8
m arasında dəyişir. Dənizində ən güclü dalğa hadisəsi 20-21 noyabr 1957-ci ildə Neft Daşları rayonunda
olmuşdur. Hesablamalarına görə həmin küləklərdə dənizin müşahidə aparılmayan hissəsində dalğanın hesabi
hündürlüyü 14.5 m olmuşdur. Güclü külək və dalğalanma hadisəsi həmin dövrdə Neft Daşları estakadalarına
xeyli ziyan vurmuşdur. Son onilliklərdə Xəzər dənizində də güclü küləklərin və dalğalanmanın
təkrarlanması artmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda güclü dalğalanma hadisələrindən biri 2011-
ci ildə 21 oktyabr tarixində müşahidə olunmuşdur. Bu zaman maksimal sürəti saniyədə 29 metrə çatan simal-
qərb küləyi Neft Daşlarında güclü dalğalanmaya səbəb olmuş, dalğanın maksimal hündürlüyü 7 metrə
çatmışdır.
Kənd təsərrüfatına, şəxsi və dövlət tikintilərinə kifayət qədər ziyan vuran dağıdıcı hidrometeoroloji
hadisələrdən biri də dolu hadisəsidir. Dolu yağıntılarının təhlili göstərir ki, ölkəmizin ərazisində doluvurma
əsasən yazın axırı və yayın əvvəllərində, yüksək dağlıq ərazilərdə isə iyul ayında daha tez-tez müşahidə
olunur. Bu baxımdan Gəncə-Qazax, Naxçıvan MR, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonları
fərqlənir. Son 10 ilin faktiki məlumatlarının təhlili göstərir ki, təsərrüfatlara vurduğu zərərlərə görə dolu
hadisəsi heç də digər dağıdıcı hidrometeoroloji hadisələrdən geri qalmır. Böyük Qafqaz təbii vilayətində
cənub yamaclarda 74,6, Kiçik Qafqazın şimal hissəsində 78,2, cənub hissədə 86,3, Naxçıvan MR-da
76,5, Lənkəran vilayətində 73,2%-i aprel-iyun aylarında müşahidə edilir. Bütün rayonlarda birinci
maksimum əsasən mayda (33-42%), minimum isə iyul-avqust aylarında qeyd edilir.Yarımsəhra quru çöl
iqlim tipinin hakim olduğu Mərkəzi Aran rayonlarında ən az dolu müşahidə edilir.
Təhlükəli dağıdıcı hadisələr zamanı insanlara küllü miqdarda ziyan dəyir və bu ziyanın qismən də
olsa aradan qaldırılması üçün dövlət bir çox qanunlar tətbiq etmiş, fərmanlar hazırlamışdır. Məhz bu
baxımdan ölkəmizdə öz vətəndaşlarına kompensasiya ödənişləri edilmişdir. Məsələn, 2003-2008-ci illər
ərzində əhaliyə verilən kompensasiyalar 887-1263min manat təşkil etmişdir. Ən çox ödəmələr 2004-cü
(1449 min manat) və 2008-ci (1263 min manat) illərdə olmuşdur ki, bu da həmin illərdə dağıdıcı hadisələrin
digər illərə nisbətən daha çox olması ilə əlaqədardır.
Son dövrlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maddi texniki
bazasının və kadr potensialının yüksəldilməsi nəticəsində, ölkə ərazisində baş verə biləcək təhlükəli
|
|
|