REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA AZAD İQTİSADİ ZONALARIN ROLU
Sultanova A.E.
Sumqayıt Dövlət Universiteti
E-mail:
sultanovaysel99@gmail.com
Azad iqtisadi zonalar (AİZ) dedikdə ölkə ərazisində yerləşən və müxtəlif güzəştlərin tətbiq olunduğu
ərazilər başa düşülür. AİZ-lər xüsusi rejim altında fəaliyyət göstərir və dövlət ərazisinin bir hissəsidir. Azad
iqtisadi zonaların ərazisində məhsullar gömrük nəzarətindən azad olur və vergiyə cəlb edilmirlər. AİZ-lərin
Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
448
ərazisində ölkənin digər ərazilərində istifadə olunmayan müəyyən güzəştlər tətbiq edilir. Belə güzəştlərə
xarici ticarətdə güzəştlər,maliyyə güzəştləri, fiskal güzəştlər, administrativ (inzibati) güzəştlər aiddir.
Xarici ticarətdə güzəştlər ixrac və idxal rüsumlarının azaldılmasını və ya tamamilə ləğvini,xarici
ticarət proseslərinin sadələşdirilməsini nəzərdə tutur. Maliyyə güzəştləri dedikdə güzəştli dövlət kreditləri,
torpaqlardan istifadədə icarə haqqının azaldılması, kommunal xidmətlərə aşağı qiymət qoymaq yolu ilə
güzəştlərin tətbiqi başa düşülür.
Fiskal güzəştlərə müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması aiddir.
Administrativ və ya inzibati güzəştlər isə xarici ölkə vətəndaşlarının giriş və çıxışı prosedurlarının
sadələşdirilməsini və müəssisələrin qeydiyyatdan keçirilməsini nəzərdə tutur.
Azad iqtisadi zonalarda tətbiq olunan güzəştlər nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha
artıq olur.
Müasir dünyamızda dünya dövlətləri arasında iqtisadi münasibətlər, beynəlxalq ticarət əlaqələri
genişlənmişdir və bu proses günü-gündən daha geniş vüsət almağa başlamışdır. Həmçinin ölkələrin
iqtisadiyyatına kapital qoyuluşunun miqdarı da xeyli artmışdır. Bütün bunların nəticəsi kimi azad iqtisadi
zonalar (AİZ) yaradılmışdır.
İlk azad iqtisadi zonaların yaradılması 1934-cü ilə təsadüf edir. ABŞ-da yaradılmış ilk AİZ xarici
ticarətin genişləndirilməsi və gömrük rüsumlarının azaldılması məqsədini daşıyırdı.
Azad istisadi zonaların yaradılmasında əsas məqsəd müəyyən ərazinin əlverişli coğrafi mövqeyindən
və nəqliyyat imkanlarından səmərəli istifadə etmək, buraya investisiyaların cəlb edilməsi, əhali üçün yeni iş
yerlərinin açılması, ölkənin inkişafdan geri qalmış bölgələrinin inkişafına təkan verməkdir.
Azad iqtisadi zonalar inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi baxımdan qeyri-
bərabərliyin aradan qalxmasına kömək edir. Azad iqtisadi zonalar yalnız xarici bazara deyil, həm də daxili
bazara xidmət göstərir. İnkişaf etməkdə olan ölkələrdə isə azad iqtisadi zonalar ölkəyə xarici investisiyaların
cəlb olunmasına, yeni texnologiyaların mənimsənilməsinə imkan yaradır.
Azad iqtisadi zonaların yaradılması üçün daha əlverişli hesab olunan ərazilər bir qayda olaraq, xarici
ölkələrlə sərhədyanı mövqeyə malik olur. Bu ərazilərdə dəniz ticarəti limanları və magistral nəqliyyat
şəbəkələri (dəmiryolu, avtomobil yolu, aeroportlar) yerləşir ki, bu da həmin ərazini sənaye, elmi və mədəni
mərkəzlərlə, həmçinin daha qiymətli təbii resursların cəmləşdiyi regionlarla birləşdirir.Azad iqtisadi zonalar
öz ölçülərinə, orada tətbiq edilən güzəştlərin növlərinə, gömrük sərhəddinin olub-olmamasına görə müxtəlif
cür olurlar.
AİZ-in təşkili ölkənin xarici iqtisadi əlaqələrə təkcə istehsal yönümündən deyil, həmçinin turizm,
mədəniyyət kimi sahələrdən qoşulmasını da təmin edir. Bütün bunlar da valyuta daxilolmalarının həcmində
artıma səbəb olur.
Beynəlxalq şirkətlər azad iqtisadi zonaları əlverişli güzəştlər və yüksək mənfəət imkanı olaraq görür
və bu şirkətlər istehsalı genişləndirməklə regionun davamlı iqtisadi inkişafına nail olur.
Mütəxəssislərin müşahidələrinə görə, bir çox azad iqtisadi zonalar özünəməxsus inkişaf yolu
keçmişdir. İlkina olaraq anbar və tranzit zonalarından ixrac-istehsalat, daha sonra isə kompleks zonalara
çevriliblər. Dünya təcrübəsi bunu deməyə əsas verir ki, ixrac zonaları olmadığı halda, ölkədən əmtəələrin və
xidmətlərin ixracı ildə 7%, belə zonalar olduqda isə 20% artır.
Göründüyü kimi, dünya praktikasında azad iqtisadi zonalar o məqsədlərlə yaradılır ki, bunlar həm
zonaların özlərinin, həm də ölkənin bütün ərazisinin rifah səviyyəsinin yüksəldilməsinə yönəldilib.
“Xüsüsi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunu” 14 aprel 2009-cu il tarixində
qəbul olunmuşdur. Bu qanuna əsasən azad iqtisadi zonaların yaradılması üçün vacib olan infrastruktur
(yollar, qaz, su, elektrik enerjisi və s. ) işçi qüvvəsi və digər amillər nəzərə alınmalıdır. Həmçinin AİZ-ə tələb
olunan – azad ticarət, güzəştli gömrük, vergilərdən azad olunma, investisiyaların genişlənməsi məqsədilə
şəraitin yaradılması üçün əsasnamə hazırlanmışdır.
Ölkəmizdə dünya standartlarına cavab verən Ələt azad iqtisadi zonanın yaradılması istiqamətində
müəyyən işlər görülür.
Ələtin iqtisadi coğrafi mövqeyinin əlverişliliyi, dəniz sahilində yerləşməsi, ərazisinin düzənlik olması,
paytaxta yaxın yerləşməsi və həmçinin respublikanın digər bölgəlrini birləşdirən dəmir yolu, avtomobil
magistrallarının üzərində yerləşməsi bu ərazinin azad iqtisadi zona üşün əlverişli olmasını göstərir. Yaxın
gələcəkdə Ələt azad iqtisadi zonasının liman, nəqliyyat qovşağı və azad ticarət zonası kimi fəaliyyət
göstərməsi planlaşdırılır.
|