Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə497/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   493   494   495   496   497   498   499   500   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
417 
Bütövlükdə yataq üzrə QÜQ lay dəstəsinin işlənilməsinin effektivliyinin artırılması məqsədilə tədqiq 
olunan lay dəstəsinin tektonik bloklar üzrə işlənilmə göstəricilərinin müqayisəli təhlili aparılmışdır. QÜQ lay 
dəstəsinin II blokdan V bloka kimi yatım dərinliyi artdıqca neftvermə əmsallarının müxtəlif xarakterli 
dəyişməsinin səbəbləri araşdırılmışdır.
AĞYOXUŞ YATAĞININ QIZIL POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Cəlilov M.İ. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail:
 
m.calilov@azergold.az
 
Ağyoxuş yatağı Çovdar Filiz Emalı Sahəsi hüdudlarında Çovdar yatağından 7 km şimal-şərqdə 
Xeyrəçay hövzəsinin orta axımında yerləşir. Bilindiyi kimi Çovdar filizdaşıyan sahəsi 10-12 km enində bir 
zolaq şəklində Daşkəsən kalderasının şimal sərhəd xəttindən başlayaraq şərq-cənub-şərq istiqamətində 
Qoşqarçayın aşağı axımında Qızılca kəndinə qədər 20-25 km məsafəyə qədər davam edir. Zonanın cənub-
şərq sərhədini Xoşbulaq-Xanlar-Alazan dərinlik qırılması boyu undulyasiyaya uğrayan bayos çöküntülərinin 
sərhədi təşkil edir.
Regional tektonik baxımdan Çovdar Filiz Emalı Sahəsi Somxit-Qarabağ struktur-formasiya zonasının 
tərkib hissəsi olan Şəmkir qalxımına aid edilir və əsasən onun Daşkəsən kalderası ilə təmas zonasına yaxın 
ərazidə yerləşir. Sahənin geoloji-struktur analizi göstərir ki, sahədə çoxsaylı və müxtəlif morfogenetik tipli
vulkan-tektonik tipli fay sistemləri inkişaf edib. 
Uzanma və düşmə istiqamətlərində qırılmalar ətraf süxurlarda hidrotermal dəyişmə, əzilmə, 
brekçiyalaşma, sulfid minerallaşması oreolları yaradırlar. Onlar qruplar şəklində inkişaf edərək, lokal 
gərginlik blokları yaradıblar.
Geoloji cəhətdən sahə region üçün səciyyəvi olan bayos-bat yaşlı orta-turş tərkibli vulkanitlərdən, 
litoloji olaraq andezit-dasit-riolit fasiyasından ibarətdir. Yatağın geoloji quruluşunun özəyini bayos yaşlı turş 
tərkibli riolit, riolit-dasit tuflar, tufobrekçiyalar təşkil edir. Bəzi hallarda bu süxurlar eyni tərkibli subvulkanik 
soxulmalarla mürəkkəbləşirlər. Yuxarı yura yaşlı andezit tərkibli tuflar, tuf-lavalar kəsilişin üst hisəssini 
təşkil edərək filizləşmədən sonraya aiddir. 
Ağyoxuş sahəsində aparılan buruq-qazma işləri nəticəsində əldə olunmuş kern nümunələrinin 
sənədləşdirilməsi bitdikdən sonra, həmin nümunələr sınaqlaşdırılıb üyüdülərək analiz üçün labaratoriyaya 
təhvil verilmişdir. Sınaqlaşdırılmış kern nümunələri İntertek Azərbaycan Laboratoriyasına və ALS Türkiyə 
Laboratoriyalarına qızıl, həmçinin 35 element üzrə Əyar və İCP metodları ilə analiz olunmaq üçün 
göndərilmişdir. 
Rayonun geoloji cəhətdən öyrənilməsinə XX əsrin əvvəllərindən başlanılmışdır. Daşkəsən ərazisi də 
daxil olmaqla Kiçik Qafqazın şimal-şərq yamacının hərtərəfli və genişmiqyaslı öyrənilməsi 1923-1929-cu 
illərdə K.N.Paffenholts tərəfindən həyata keçirilmişdir. Onun Gəncə şəhəri və ona bitişik ərazilərin, həmçinin 
Daşkəsən, Çıraqdərəsi yataqlarının tektonikası, metallogeniyası barədə çap etdirdiyi məqalələr indiyə qədər 
də öz aktuallığını itirməyib.
Son illərdə isə (H.Həsənov) Daşkəsən filiz rayonunun şimal hissəsində planaalma işləri aparılmış, 
tədqiqat sahəsinin geoloji quruluşunda müəyyən dəqiqləşdirilmələr edilmişdir. 1994-2000-ci illərdə 
Xeyrəçay axtarış partiyası (A.Şirinov, Ş.Musayev, L.Əliyeva) Daşkəsən filiz rayonunun şimal hissəsində 
Dəstəfur, Qoşqarçay, Çovdar, Layış, MTF, Narçala, Qartal Dağı, Danayeriçay kimi perspektivli qızıldaşıyan 
sahələrin aşkarlanması ilə nəticələnən axtarış işləri aparmışdır. Onların içərisində, ən perspektivli sayılan 
Çovdar sahəsi 2000-2005-ci illərdə axtarış-qiymətləndirmə mərhələsinə cəlb edilmişdir (A.Şirinov, 
Ş.Musayev, L.Əliyeva, T.Kazımov, S.Əmirov, S.Həsənov) yerüstü xəritəyəalma və sınaqlaşdırma işləri 
yerinə yetirilmiş və bu zaman sahənin cənub-qərbində ensiz zonaların qızıllılığına dair müsbət nəticələr əldə 
edilmişdir.
Aparılan işlərin nəticələrinə əsasən Ağyoxuş yatağında nəcib metallardan qızılın orta göstəricisi 0.2 
ppm-dən yüksək olduğundan bu yataqda əlvan və nəcib metalların qiymətləndirilməsi müsbət 
nəticələnmişdir və sənaye əhəmiyyətli hesab edildiyindən yatağın istismarının ilkin mərhələsi başlanmışdır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   493   494   495   496   497   498   499   500   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə