Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
415
piroklastik süxurlarla, adətən roqovikləşmiş süxurlarla zəngindirlər. Üst bayosun kvars-porfirləri onları örtür
və qeyri-uyğun şəkildə onların üzərində yatırlar. Bat əmələgəlmələrinin vulkanogen piroklastik süxurları
kvars-porfirləri transqressiv şəkildə örtürlər.
Yatağın üst hissəsində misin karbonatlarından başqa heç bir minerallaşma qeyd olunmur. Burada
aydın keçilən şaquli zonallıq qeyd olunur. Yer səthindən 50-100 m dərinliyə qədər tam oksidləşmə zonası
qeyd olunur. Bundan sonra “ sementləşmə zonası” və ya törəmə sulfidlərlə zənginləşmə zonası gəlir. Bu
zonada misə aid bir çox minerallar cəmlənmişdir.Gədəbəy filiz düyünündə mis kolçedanı, mis-mərgümüş,
sərbəst mis və mis-polimetallik formasiyalar mövcuddur. Mis-porfir filizlərinin qızıl və gümüşü adətən
xalkopiritdə iştirak edirlər. Piritdə qızılın və gümüşün tədqiqi göstərir ki, onların miqdarı piritdən xalkopiritə
doğru artır.Mis-porfir filizlərinin mineraloji tərkibi fərdi xüsusiyyət daşıyırlar. Bu fərdi xüsusiyyət ondan
ibarətdir ki, mineral əmələgəlmə prosesi çoxsaylı mərhələlərdən keçmişdir və uzun müddət müxtəlif geoloji-
struktur və fiziki-kimyəvi mühitlərlə əlaqədar olmuşlar. Bunun nəticəsində çoxlu sayda mineralların
əmələgəlməsi baş vermişdir.
Plagioqranit intruziv süxurlar qabro-plagioqranit formasiyasına daxildirlər və Atabəy Slavyanka
massivində olduqca böyük (76 km²) sahəni əhatə edir. Plagioqranit intruzivlərinin yayılması xüsusən Atabəy
Slavyanka massivində geniş metosomatik-hidrotermal dəyişilmələrə məruz qalmışlar. Kontakt səthlərində
bunlar qırılma və çatlarla seçilirlər. Burada qreyzenləşmə, argillitləşmə, serisitləşmə, kvarslaşma və
feldspatlaşma geniş yayılmışdır. Metasomatitlərin arasında incə damarlı sulfit filizləşməsinə rast gəlinir.
Bunlarda perspektiv sahələrdə mis-porfir və mis-molibden porfir filizləşməsi iştirak edir. Belə xüsusiyyətlərə
həmçinin Xarxar və Qaradağ yataqları, Slavyanka və başqaları daxildirlər. Qabro-diorit-qranodiorit
formasiyasının nümayəndələri burada Gədəbəy intruzivini təşkil edirlər. Onun uzanması şimal-qərb
istiqamətində olub uzunluğu 12km, eni isə 1.5-6km arasında dəyişir.Yatağın bir neçə yerində kvars
damarcıqlarında sərbəst gümüşə rast gəlinir. Bu gümüş elektrum və sərbəst qızılla kalloid dirspers
vəziyyətində yaranmışdır. Bəzən gümüşün dendrit formalarına da rast gəlinir. Gümüşə bəzi hallarda çatlarda
pirit dənələri və xalkopirit dənələri ilə birlikdə rast gəlmək olur.
Yatağın filizlərində bütün sulfidlərin təxminən 30-70%-ini xalkopirit təşkil edir. Xalkopiritin
yaranması postmaqmatik mərhələdə qranitoid intruziyalarının fəallığı nəticəsində baş vermişdir. Xalkopirit
adətən törəmə kvarsitlə və piritlə birlikdə tapılırlar və bu minerallar mühüm filizəmələgətirən minerallar
sayılırlar. Xalkopiritin aqreqatlarından damarcıqları və möhtəviləri göstərmək olar. Dənələrinin ölçüləri
0,05mm-dən 20mm-ə kimi dəyişir. Piritdə olduğu kimi xalkopirit də 2 generasiyada yaranır. Xalkopiritin 1-
ci generasiyası piritin 1-ci generasiyası ilə çox vaxt paragenezisdə tapılır. Bunlar kükürd kolçedan filizlərinin
əsasını təşkil edirlər. Bəzən xalkopiritin piritdə iştirakı müşahidə olunur. Bunlar incə damarcıqlar şəklində
olurlar. Eyni zamanda bornit və kovellin də bunlarda iştirak edir. Belə hallarda xalkopiritin ölçüləri 0,1-dən
0,3-ə, bəzən 0,4mm-ə kimi olur. Xalkopirit piritdə olduqca az hallarda yuvarlaq formalarda rast gəlinir. Bu
yuvarlaq formaların ölçüləri 0,01-dən 0,03mm-ə qədər artır və ksenomorf formalarda olurlar.
Dostları ilə paylaş: