Ministry of education of azerbaijan republic sumgayit state university


HÖVSAN NEFT YATAĞININ QURULUŞU VƏ YATAQDA APARILAN SEYSMİK



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə495/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   491   492   493   494   495   496   497   498   ...   579
magistr2021 3 2

HÖVSAN NEFT YATAĞININ QURULUŞU VƏ YATAQDA APARILAN SEYSMİK 
TƏDQİQAT İŞLƏRİ 
 
Cavadzadə A.F. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
orxan.hesenzade.103@mail.ru
 
 
Hövsan yatağı Abşeron neftli-qazlı rayonunda yerləşir. İlk dəfə burada neft Qala lay dəstəsindən 1950-
ci illərdən bəri hasil edilir. Qala lay dəstəsindən neft hasil edilməsinə baxmayaraq yatağın geoloji quruluşu 
və yataq barədə digər problemlər ətraflı öyrənilməmişdir.
Məhsuldar qat (MQ) bəhs etdiyimiz neftli-qazlı rayonda fərqli yatım elementləri ilə səciyyələnir. Bu 
yatım elementləri əsəasən Məhsuldar qatın alt və üst mərtəbələrində özünü büruzə verir. Hövsan yatağında 
qazılmış quyularda Qala lay dəstəsi açılmışdır. Bu horizont axtarış və kəşfiyyat quyuları vasitəsilə açılmış və 
istismara verilmişdir.Hövsan yatğında monotonluq yalnız QaD3-ün qalınlığının cənub istiqamətində 
müşahidə olunur. Bu profildən həmçinin Suraxanı-Qaraçuxur-Zığ antiklinalı barədə məlumatlar verilmişdir. 
Belə ki, antiklinalın şərq qanaında çöküntütoplanma müşahidə olunmamışdır. Qala lay dəstəsi timsalınnda bu 
antiklinalda çöküntü toplanma olmamışdır. Suraxanı-Qaraçuxur-Zığ antiklinalının şərq qanadında struktur 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
416 
burunun olması müşahidə edilmişdir. Struktur burun Hövsan yatağının Miosen fasiyasının çöküntülərini 
təkrarlayır. Hövsan yatağında Miosen fasiyası Cənub-Qərb yamacında özünü büruzə verir. 
Araşdırmalar onu göstərir ki, 1960-cı ildən bəri Hövsan yatağının stratiqrafiyası barədə yeni fikirlər 
yoxdur. Bunun bir çox səbəbləri vardır. Bu səbəblərdən ən əsası isə geofiziki axtarışlar zamanı emal və 
interpretasiya yaxşı emal edilməmişdir. Hövsan yatağının paleocoğrafi vəziyyəti bu səbəbdən tam 
öyrənilməmişdir. Seysmik məlumatlar əsasında paleocoğrafi şərait öyrənilmişdir. Həmçinin 
karbohidrogenləri miqrasiyası barədə geniş məlumat verilir. Hövsan yatağında seysmik kəşfiyyatın ümumi 
dərinlik nöqtəsi (ÜDN) üsulu ilə tədqiqatlar aparılmışdır.Seysmik yazıların emalı nəticəsində iki zaman 
intervalı müşahidə edilir. Zaman intervalları dinamik və kinematik parametrlər vasitəsilə təyin edilmişdir. 
Birinci zaman intervalı yüksək amplitudalı dalğalarla səciyyələnir. Bu zaman intervalı Müasir dövr 
çöküntüləri və Məhsuldar qat arasındaki stratiqrafiyanı əlaqələndirir. Tədqiqatı konkretləşdirsək birinci 
zaman intervalı Müasir dövr çöküntülərinin tavanı və Məhsuldar qatın dabanı arasının əhatə edir. Bu zaman 
intervalında əks olunan dalğalar müşahidə olunur. Dinamik və kinematik parametrlər üfüqi istiqamətdə 
korelyasiya edirlər. Hövsan yatağında sinfaz dalğa cəbhələri müşahidə olunur. Ümümiyyətlə sinfaz dalğa 
cəbhələri seysmik horizont haqqında bizə məlumat verir. Bu yataqda dayaq horizontları isə elektrik karotajı 
vasitəsilə tədqiq olunmuşdur. Seysmik və dayaq horizontları bir-birilə 30-70 metr xətalarla əlaqələnir. Bu 
xətaların səbəblərindən biri inklinometriya məlumatlarının qeyri-dəqiqlikliyinin nəticəsidir.
Nəticələr: 
- Hövsan yatağında qazılmış istismar quyuları Pont mərtəbəsi daxil olmaqla qazılmışdır. Bu səbəbdən Pont 
mərtəbəsindən aşağıdakı çöküntü kompleksinin kəsilişi haqqında danışarkən ümumi quyu məlumatlardan 
aldığımız nəticələri göstəririk. 
- Tədiqiqatı aparılan yatağın sinklinalının altında çıxıntının olduğu təyin edilmişdir. Bu çıxıntıda tədqiqat 
yalnız quru sahəsində aparılması mümkün olmuşdur. Çıxıntının yalnız şimal hissəsi öyrənilib. 
- Hövsan qalxımı bir çox qırılmalarla mürəkkəbləşib. Bunun səbəbi dinamik və kinematik 
parametrlərdir. Seysmik dalğaların nəticəsində bu qırılmalar tədqiq olunub. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   491   492   493   494   495   496   497   498   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə