Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
414
Yanar şistlərin tərkibi 50-65% silikatlardan və alimosilikatlardan ibarətdir.
Üzvü maddə isə
bitiumlardan, yağlardan petroleyindən, qatrandan və ibtidai orqanizmlərin qalıqları
olan sopropellərdən
ibarətdir.
Azərbaycanda yanar şist yataqlarının əsas ehtiyatı miosen çöküntüləri ilə əlaqədardır. Bu da Böyük
Qafqazın şimali Şərq və Cənub yamacında özünü biruzə verir. Onlardan Qafqazın Şimalı
Şərq hissəsində
Quba rayonunda Xanaqi yanar şist yatağıdır. Böyük Qafqazın Cənub yamacında İsmayıllı rayonu ərazisində
1933-cü ildə P.Sultanovun aşkar etdiyi Diyallı yanar şist yatağıdır. Hər iki yataq,
demək olar ki, eyni
stratiqrafik intervalla, daha doğrusu Sarmat çöküntüləri ilə əlaqədardır. Bu yataqlarda yanar şist xammalı
pirobitumlardır.
Bundan başqa Şimali Qobustanda yanar şist təzahürləri Cəngiçayın vadisində, Cəngi qəsəbəsindən 1.5
km Şimali Şərqdə Cəngiçay yanar şist təzahürü eosen çöküntülərində aşkar edilmişdir. Yataq 1966-cı və
2008-ci ildə Ç.M.Xəlifəzadə tərəfindən öyrənilmişdir.Çayın qəsəbəyə yaxın hissəsində yanar şist kəsilişində
0.3-0.5 sm qalınlığında qara gillər, boz gillər və mergellərlə növbələşirlər. Üzvü maddə ilə qara gillərin boz
gillər və mergellərlə növbələşməsi hər 10-15 metrdən təkrar olunur. Sonra çay boyunca 1
kilometr fəth
etdikdən sonra onun sağ sahilində Cəngiçay antiklinalın nüvəsində 5 metr qalınlığında şist yatağına rast
gəlinir. Burada yanar şist yatağının mərkəzi hissəsində vərəqli teksturaya malik qara rəngli üzvi maddə ilə
zəngin şistlər dominant rol oynayır. Sonra Mərkəzdən sağ və sol tərəfə hərəkət etdikdə şistlər vərəqli tekstura
saxlamaq şərti ilə üzvü maddənin şistin tərkibində azalması üzündən sarımtıl qara rəngə boyanır. Yatağın
mərkəzi hissəsindən üzvü maddə ilə zəngin şist kütləsindən kül maddəsinin çıxışı 60-65% təşkil edir. Bəzi
nümunələrdə külün miqdarı 50% civarındadır, qazların çıxışı 18-20% çatır. Kükürd-1.5% miqdarındadır,
karbon qazının miqdarı ayrıca təyin edilmiş 4.7% təşkil edir. Şistlərin istilik yaratma balansı 650kkal/mq,
qatranın çıxış miqdarı 9.5% civarındadır. Əgər biz Cəngiçay yatağında almamış
nəticələri və yanar şist
laylarının qalınlığı 5 metr olduğunu nəzərdə tutsaq bu şist yatağı Xanaqi və Diyallı yataqlarının, demək olar
ki, qazların və qatranın çıxışı görə miosen yataqlarını üstələyir. Bu səbəbdən yatağın konturunu təyin etmək
və şist maddəsinin keyfiyyətinə qiymət vermək üçün 2 km
2
ərazidə axtarış kəşfiyyat işlərinin aparılması
məqsədə uyğundur. Bu günə kimi Cəngiçay yatağının genezisi ətraflı öyrənilməmiş və xüsusi tədqiqat işləri
aparılmamışdır. Ancaq Ç.M.Xəlifəzadə hesab edir ki, Şimali Qobustanda üst
eosendə böyük reqressiya
nəticəsində Cəngiçay ərazisində və ona yanaşı rayonlarda çökəkliklərdə dayaz şirin sulu laqunlar və göllər
əmələgəlmişdir. Laqunların və göllərin dənizlə əlaqəsi olmadığından isti humid iqlim şəraitində laqunlarda
və yaxud dayaz göllərdə küllü miqdarda su sevən bitkilər, yosunlar və ibtidai orqanizmlər-sopropellər inkişaf
etmişdir. Onların məhv olmuş qalıqları laqun və yaxud gölün dibinə çökərək
gilləri üzvü maddə ilə
zənginləşdirmişlər. Sonraki mərhələdə göl lillərinin diagenezi və nisbətən katagenez nəticəsində üzvü
maddələr təzyiq və temperaturun təsiri altında polimerizaisiyaya məruz qalaraq bitumlara çevrilmişlər. Odur
ki, Cəngiçay yanar şist xammalı pirobitumlu şistlərə aiddir.
Dostları ilə paylaş: