27
Hophopnamə
lanın və onun tərəfdarlarının şəxsində qaragüruhçuları, ümumən, qara fikirli, bəd əməlli,
böhtançı insanları ifşa etdi. Qeyd edək ki, bu hadisələr zamanı böhtan və hədə hədəfi olan
müəllimlərdən biri də məktəbin direktoru Əhməd Kamal idi. Əhməd Kamal Sabir
şəxsiyyətinə və yaradıcılığına hörmət bəslədiyi üçündür ki, onu özü ilə bərabər
«Həqiqət» qəzeti redaksiyasına işə cəlb etmiş, Sabirin «Ruhum!..» şeirini «Sər
Mühərrir» olduğu «Yeni füyuzat» jurnalında dərc edərkən ona yaxın bir dost, qələm
yoldaşı yanğısından irəli gələn belə bir qeyd vermişdi: «Sabir, böyüklüyün ən böyük
sifəti səbirdir. İştə sən də bu sifətlə mövsüm və mövsufsan. Əzizim, səni incidənlərə
həmpa olmamaq üçün Sabir ol, sən ölmə! Sən ölürsən, ölümünlə sevinəcək qədər binəsib
insaniyyət təsəvvür edəməm, A Sabir! Sana da əğyar olacaq qədər tədənniyyi-əxlaqəmi
düşdün?..
Fələk hər dürlü əsbabi-cəfasın toplasın, gəlsin,
Dönərsək, alçağız millət yolunda bir əzimətdən!»
Bu sətirlərdə Sabirə məhəbbət, rəğbət və həmrəylik ifadə olunur, o daha əzmkar və
dəyanətli olmağa səslənilirdi.
Sabir Bakıda Haşım bəy Vəzirovun «Səda» qəzetində və mətbəəsində də çalışırdı.
Burada Haşım bəylə fəhlələr arasındakı əmək haqqının vaxtında verilməməsi üstündə
yaranan münaqişədə Sabir fəhlələrin tərəfində duraraq Haşım bəyin əleyhinə çıxış etdi.
Bundan H.Vəzirovun mətbəə və nəşriyyat sahəsində rəqibləri olan Orucov qardaşları da
yararlanmağa çalışaraq, Sabiri öz tərəflərinə çəkdilər. Ona yazdığı taziyanələr
müqabilində öz qəzetlərində («Həqiqət»də) yüksək maaş və qonorar verdilər. Sabir də bir
az H.Vəzirovun bəylik izzət nəfsini üstün tutmasından və xarakterindən irəli gələn
kobudluğundan incik düşüb, bir az da hissə qapılıb münaqişələrə uyaraq həm «Həqiqət»
və «Günəş» qəzetlərində, həm də «Zənbur» və «Molla Nəsrəddin» jurnallarında
H.Vəzirovun hərəkətlərini tənqid edən əsərlər çap etdirdi. «Meydana çıxıyor...»
hekayəsi, «Dün yatıb Mir Haşımı...», «Sanma bir məsləki-təqiblə...», «Dün bir eşşəkxisal
ilsanə», «Səda»nın 162-ci nömrəsinə», «Öylə bir tərcümə ki...» və s. hekayə və
taziyanələr deyilənlərə misaldır. H. Vəzirov da öz növbəsində borclu qalmayıb gah
Sabirə cavablar yazdı, gah da polisə şikayət edib «Zənbur» jurnalının müəyyən müddət
qapadılmasma nail oldu. Bütün bunlar H.Vəziro.v, M.Sabir, Orucovlar, Ə.Müznib və
başqa xadimlərimizin işıqlı şəxsiyyətlərinə və uğrunda mübarizə apardıqları yüksək
amallara uyğun gəlməsə də, hər halda həqiqət naminə və tarixi-ədəbi faktlar kimi diqqətə
çatdırılmalıdır.
Bütün bunlarla yanaşı, yuxarıda göstərdiyimiz kimi, Sabir milli mənlik şüurumuzun
düzgün istiqamətdə formalaşması naminə məktəb və maarifin təbliği, tərəqqi və inkişafa
çağırış, nəfs, ədavət və təriqətçiliyin tənqidi, siyasi məsələlərin, o cümlədən dövlətin
duma siyasətinin, beynəlxalq imperializmin Şərqdə yürütdüyü riyakar və məkrli
siyasətinin mahiyyətini açıb göstərən dərin ictimai-siyasi
28
Mirzə Ələkbər Sabir
ruhlu, yüksək bədii-estetik səviyyəli əsərlər də yazıb çap etdirmişdir. Bütün bu əsərlər
dövrün bədii-poetik salnamə və sənədləri olmaqla, xalqın milli-ictimai və siyasi şüurunun
onun milli mənafelərinə uyğun formalaşmasında mühüm rol oynamışdır. Şair eyni işi ana
dilinə, bədii tərcümə məsələlərinə münasibətdə də əsl vətəndaşlıq mövqeyindən görürdü.
O, prinsipial məsələlərdə ən yaxın dostuna da güzəştə getmirdi. Məsələn, bir əsərin
osmanlıcadan türk (Azerbaycan) dilinə çevrilməsi ilə bağlı «Günəş» qəzetində belə bir
xəbər dərc olunmuşdu:
«Gəncə Nəşri-Maarif Cəmiyyəti Mirzə Məhəmməd Axundovun «Röyam» nam əsərini
basıb və nəşrə başladı. Müşarileyhin osmanlıcadan tərcümə edilmiş «Nədamət» nam əsəri
dəxi «Dram» cəmiyyəti tərəfindən nəşr edildi. Hər iki əsər Gəncədə Hacı Həsənovlar
mətbəəsində basılmışdır».
Sabir bu xəbərdəki fikrin mahiyyətindəki «Osmanlıcadan türk dilinə tərcümə» fikrinə
etiraz edərək yazırdı:
«Osmanlıcadan tərcümə türkə» - bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkiin iki dil bir-birinə tərcümə, amma
«Osmanlıcadan tərcümə türkə» nə deməkdir?!
Burada Sabir diqqəti Osmanlı türkcəsi ile Azərbaycan türkcəsinin eyni kökdən olub,
ortaq dil ailəsinə mənsubluğuna cəlb edərək, həmin fıkirdəki tərcümə sözünün yerinə
düşmədiyini nəzərə çatdırmışdır. O, həmin fikrin türk xalqlarının birliyinə deyil,
bir-birindən süni surətdə ayn salınmasına xidmət etdiyindən narahat olmuşdu. Qələm dostu
Ə.Qəmküsar həmin mühüm cəhəti nəzərdən qaçırdığı üçün Sabirin tənqid və şərhi ilə
qarşı-qarşıya dayanmalı olmuş və öz səhvini etiraf etmişdi. Sabirin mövqeyini «Molla
Nəsrəddin» jurnalı da, dövrün məşhur tənqidçisi və ədəbiyyat tarixçisi Abdulla Tofiq Sur
da müdafiə etmişdi.
Bədii tərcüməyə belə həssas münasibət bəsləyən Sabir həmin məsələyə «Öylə tərcümə
kim...» taziyanəsində də qayıtmış, eyni zamanda özü müxtəlif dillərdən Azərbaycan dilinə
bədii tərcümələr etmişdir. Buraya farscadan tərcümə edilmiş «Gördüm neçə dəstə tazə
güllər» şeiri, «Şahnamə» poemasından bir parça, «Ləf- fazlıyıq» məqaləsi və ərəb dilindən
məşhur şair Şeyx Məhəmməd Əbdonun iki şeiri - «Tərcümeyi-qovləl-Müfti» və «Tapşırma
sirrini məgər...» əsərləri daxildir. Həmin əsərlər həm ideya-məzmun xüsusiyyətinə,
bədii-estetik dəyərinə, həm də tərbiyəvi-əxlaqi mahiyyətinə görə diqqəti cəlb edir və
Sabirin bütün digər sahələrdə olduğu kimi, bədii tərcüməyə də həssas və ciddi münasibət
bəsləməsinə şahidlik edir.
Sabir müxtəlif vaxtlarda - 1907-ci və 1910-cu illərdə qəzəllər də yazmışdır. Həmin
qəzəllər şairin öz satiralarında böyük qəzəl ustası M.Füzuli sənətinə yaradıcı
münasibətinin və sonsuz ehtiramının növbəti ifadəsi olmaqla, yüksək bədii- estetik
səviyyəli nümunələrdir. Bu qəzəllərdə lirik qəhrəmanın öz sevgilisinə