34
Mirzə Ələkbər Sabir
HƏMƏDANDA QONAĞIMDAN XƏBƏR...
Həmədanda qonağımdan xəbər aldım, key şeyx,
Hansı məxluq sizin şəhrdə bişək çoxdur?
Dedi: «Az isə də bu şəhrdə sayir məxluq,
Leyk dəbbağ ilə səbbağ ilə eşşək çoxdur».
XÜMSİ-ŞƏRABİ SEYYİDƏ...
Xümsi-şərabı Seyyidə saqi verib dedi:
Sabir fəqirdir, yetər ancaq zəkat ona.
ŞE’R BİR GÖVHƏRİ-YEKDANEYİ-ZİQİYMƏTDİR
Şe’r bir gövhəri-yekdaneyi-ziqiymətdir,
Salmaram vəsfi-druğ ilə onu qiymətdən.
Deyərəm həcv, sözüm doğru, kəlamim şirin,
Əhli-zövqə verərəm nəş’ə bu xoş şərbətdən.
SƏN PİRİ-CƏHANDİDƏSƏN,...
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,
Məndən çək əlin, eyləgilən pir ilə rəftar!
Olmaz sənə qismət dəxi bu dövləti-didar,
Bundan sora hicrimdə ciyərqan olacaqsan!
Aşiq mənə bir mən kimi ziyba gərək olsun,
Mail gülə bir bülbüli-şeyda gərək olsun,
Səndə bu işə səbrü şəkiba gərək olsun,
Amma, bilirəm, səbr evi viran olacaqsan!
SABİRİ-ŞEYDA Kİ...
Sabiri-şeyda ki, tərki-şəhri-Şirvan eylədi,
Bülbülə bənzərdi kim, meyli-gülüstan eylədi;
Min üç yüz birdə hicrətdən sora meymun ili,
Axiri-şəvvaldə əzmi-Xorasan eylədi...
35
36
37
ÜÇ YÜZ ON DOQQUZ İDİ...
Üç yüz on doqquz idi bə’d həzar,
Səneyi-hicrəti-rəsuli-kübar;
Mahi-ziqə’dənin çəharində,
O günün nimeyi-nəharində;
Bir gün idi ki, xosrovi-xavər
Bürci-Dəiv içrə tutmuş idi məqərr.
Gərçi qış fəsli idi, leyk həva
Rövşənü saf idi fərəh əfza;
Nuri-xurşiddən cəhan pümur,
Aləm olmuşdu rəşki-vadiyi-Tur.
Qış cəfasın görən könüllər şad,
Rənci-sərmadən oldular azad.
Xəlq eymən qəmi-bürudətdən,
Qəlblərdə fərəh bu halətdən.
Hadisati-zəmanədən nagah,
Əsdi bir şiddət ilə badi-siyah.
Düşdü bir özgə halə bu aləm,
Napədid oldu nəyyiri-ə’zəm;
Bəhri-simab tək zəminü zəman
Cünbüşə gəldi, qopdu bir tufan;
Etdi bir növ’ zəlzələ dili-xak,
Az qalırdı ki, sinələr ola çak;
Dəkktül-ərz zahir oldu haman,
Tarmar oldu xitteyi-Şirvan;
Belə fəryad çəkdi kureyi-xak,
Sanki torpağa düşdü nöh əflak.
Hamı bu halə valehü məftun,
Nagəhan hadis oldu bir yanğın;
Tutdu dünyanı od şərarələri,
Yaxdı dükkanlan, imarələri.
Nə’reyi-tündbad. hiddəti-nar,
Lərzişi-ərz, sədmeyi-əhcar.
Macəra qəmli macəra üstən,
Nazil oldu bəla bəla üstən.
Allah, Allah, nədir bu tufanlar?!
Az qalır vəhmdən çıxa canlar.
Oldu guya dəmidə nəfxeyi-sur,
Macərayi-qiyamət etdi zühur.
38
Mirzə Ələkbər Sabir
Əhli-Şirvan hayimü heyran,
Əhli-məhşər tək oldu sərgərdan;
Qəlblər doldu rö’bü vəhşətdən,
Qayəti-şiddəti-məhabətdən;
Olmadı kimsə kimsədən müxbir,
Aşikar oldu sirri-yövmi-yəfırr;
Hər kəs öz nəfsini çəkirdi kənar,
Ata övladdən edirdi kənar.
Qalmadı bərqərar bir xanə,
Cümlə mə'mur oldu viranə;
Ani-vahiddə xitteyi-Şirvan
Oldu, səd heyf, xak ilə yeksan.
İki mindən ziyadə əhli-diyar
Topraq altında can verib naçar.
Yer çü aram tapdı zəlzələdən,
İləlan... o mərhələdən, -
Atalar yadinə düşüb övlad,
Mehri-fərzənd ilə çəkib fəryad;
Atalar fikrinə qalıb fərzənd,
Oldu övci-səmayə nalə bülənd.
Xırda ətfal iztirab ilə
Atasın axtarır şitab ilə;
Qarışıb bir-birə səğirü kəbir,
Hamı dillərdə kəlmeyi-təkbir;
Piri-Kə’nan kimi hamı giryan,
Hərə bir Yusif axtarır heyran ;
Tapmayıb qəlbi-zarinin səmərin,
Kimdən alsın cəvaninin xəbərin.
Müxtəsər in ki, oldu axiri-ruz,
Zülməti-şəb edib zühurü büruz;
O gecə bir qəribə aləm idi:
Şəbi-yə’s idi, leyleyi-qəm idi;
Küçələrdə hamı; nə narü nə nur,
Qarışıb bir-birə ünasü zükur.
Hər tərəfdə quruldu bir matəm,
Hər çəməndə əkildi nəxleyi-qəm.
Rənci-sərmavü qüsseyi-əmlak,
Hər dəqiqə təzəlzül eylər xak.
Tifllər şiddəti-bürudətdən
Ağlaşır zar-zar vəhşətdən;
Hər tərəf «vay oğul» sədasindən,
39
Qəmli övrətlərin nevasindən -
Eşidənlər yanıb kəbab oldu,
Dili-səngi siyah ab oldu.
Əlqərəz, sübhə tək hamı giryan,
Ta ki, ruzi-cədid oldu əyan,
Tazələndi dübarə dərdü ələm,
Doldu dünyayə şiveyi-matəm;
Kuhkən tək hamı çəkib fəryad,
Sanki Şirinin axtarır Fərhad.
Aldılar cümlə əllərə tişə,
Yox könüllərdə özgə əndişə:
Atadır, axtarır oğul bədənin,
Anadır, seyr edir bəla çəmənin;
Bacılar nə’şin axtarır qardaş,
Eləyir səngü xak içində təlaş;
Axtarır hər kəs öz ölənlərini,
Çıxarır ruhsiz bədənlərini;
Parə-parə o sərvi-zibalər,
Əzilib qaməti-dilaralər;
Gül kimi cismlər hamı biruh,
Əzilib baş, bədən olub məcruh.
Mürdələr cismi rəhgüzarlərə
Tökülüb guşəvü kənarlərə;
Kimi təğsil edir oğul bədənin,
Kimi hazır edir ana kəfənin.
Nimcan cismlər nə halətdən,
Kəsrəti-şiddəti-cərahətdən,
Sədmeyi-səngdən batıbdı səsi,
Qüdrəti yox və leyk var nəfəsi.
Bir neçə nə’şlər olub məfqud,
Heyf kim, hasil olmayıb məqsud.
Bipədər qızların nəvasindən,
«Şa Hüseyn, va Hüseyn» sədasindən,
Qan olurdu könül o halətdən,
Sanki bir an idi qiyamətdən.
Düşdü afaqə naləvü əfqan,
Rəhm qıl, ey xudayi-kövnü məkan!
Nə təamü nə fərşü nə camə,
Xəlqə düşvar olub bu həngamə.
Qəhti-nan oldu bədtərin bəla,
Allah, Allah, nədir bu dərdə dəva?!
Dostları ilə paylaş: |