29
Hophopnamə
bəslədiyi yüksək bəşəri duyğular, ülvi münasibət, öz sevgisində hədsiz vurğunluq,
vəfadarlıq, dözümlülük keyfiyyətləri ifadə olunmuşdur.
Məftuni-səri-zülfünə qullab gərəkməz,
Rəncuri-ləbi-lə ’linə innab gərəkməz.
Yaxud:
İstəsən könlüm kimi zülfün pərişan olmasın, -
Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
Və ya:
Ey dil, amandı, sirrini biganə bilməsin!
Ahəstə zülfi-yardə yat, şanə bilməsin!
və.s mətləli qəzəllərdə tərənnüm olunan saf eşq, zərif duyğular və qəzəllərdəki poetik
pafosla yanaşı, dərin hikmət və düşüncələr onların yüksək sənət nümunələri olmasına
əsas verir.
Bütövlükdə Sabir yaradıcılığı Azərbaycan ictimai-bədii fikir tərixində bənzərsiz,
özgün bir mərhələ təşkil edir. Bu sənətin təsir və əhatə dairəsi, aktuallığı şairin öz
sağlığında olduğu kimi yenə qalmaqdadır. Odur ki, Sabir fəlsəfəsi, Sabi- ranə deyim tərzi
ayn-ayn sənətkarları, bütövlükdə xalqı daim özünə cəlb etməkdədir. O «Ruhum!..»
şeirində yazırdı:
Mən gedərsəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
Yaşasın şəhriyari-hürriyyət!
Mən gedərsəm, var olsun amalım!..
Doğrudan da, Sabirin tərəqqi, istiqlal və parlaq istiqbal amalları, yüksək xəlqi
«məramı yenə dünyada durur». Bəşər övladı durduqca bu amal və məram öz təzə-
tərliyini daim hifz edəcəkdir.
* * *
M.Ə.Sabirin əsərləri kitab halında dəfələrlə nəşr edilmişdir. Bu sahədə A.Səh- hət,
Ə.İ.Cəfərzadə, S.Hüseyn, H.Səmədzadə, M.Məmmədov və b. əməyi təqdirə layiqdir.
Şairin «Hophopnamə»sinin akademik nəşri isə onun onlarla çap tarixləri bilinməyən
əsərinin ilk çap ünvanını və satirik gizli imzasını müəyyənləşdirib elmi dövriyyəyə daxil
edən filologiya elmləri doktoru, professor Məmməd Məmmədovun uzunmüddətli, səbirli
və gərgin əməyi ilə baş tutmuşdur. Bu, «Hophopnamə»nin 1962 (I—II cildlər) və 1965-ci
(III cild) illərdə reallaşan üçcildliyidir. Sonrakı nəşrlər, o cümlədən 2004-cü ildə çıxan
ikicildlik də bütün əlavələri ilə həmin üçcildliyə əsaslanır. Ancaq Sabirin
«Hophopnamə»si əksər halda «Millət necə tarac olur olsun nə işim var?!» misrası ilə
başlayan satira, son vaxtlar isə «Bir məclisdə on iki kişinin söhbəti» şeiri ilə açılır. Şairin
1906-cı ilədək qələmə aldığı
30
Mirzə Ələkbər Sabir
əsərlər isə kitabda «Satirik parçalar», «Müxtəlif şeirlər» adı altında ayrıca bölmələrdə
verilmiş, onun mərsiyələri (növhələri) isə həmin bölmələrdə yer almışdır. Bütün bunlar
müəyyən məqsəd və prinsipə əsaslansa da, şairin yaradıcılıq yolunun oxucu tərəfindən
ardıcıl şəkildə izlənməsinə və onların Sabir dühasının inkişaf mərhələləri haqda müəyyən
təsəvvürə malik olmasına elə də imkan vermir.
Odur ki, biz bu nəşrdə mətn baxımından ikicildliyi əsas götürsək də, «Hophop-
namə»dən Sabirin hesab olunmadığına inandığımız bir şeirini çıxartmış, yeni tapdığımız
iki mətbu publisistik əsərini isə kitaba daxil etmişik. Eyni zamanda ənənədən fərqli olaraq,
«Hophopnamə»ni Sabirin ilk qələm təcrübələri ilə «XIX əsrdə yazılan şeirlən) bölməsi ilə
açıb, «1902— 1905-ci illərdə yazılan şeirlər», nəhayət, 1906-cı ildən başlayaraq illər üzrə
düzməyi, «Mərsiyələri» isə ayrıca bölmədə təqdim etməyi lazım bildik.
Doğrudur, bu tərtibat üsulu da Sabir yaradıcılığını mütləq xronoloji ardıcıllıqla
izləmək imkanı yaratmır. Çünki yenə «Qəzəllər», «Uşaq şeirləri», məqalə, felyeton və
məktubları ayrı-ayrı bölmələrdə xronoloji qaydada verilmişdir. Bu, «Hop-hopnamə»ııin
1962 (I—II cildlər) və 1965-ci (III cild) illərdə reallaşan üçcildliyidir. Sonrakı nəşrlər, o
cümlədən 2004-cü ildə çıxan ikicildlik də bütün əlavələri ilə üç- cildliyə əsaslanır. Ancaq
elə bilirik ki, bizim tərtib prinsipimiz oxuculara M.Ə.Sabir irsini, onun inkişaf
dinamikasını daha yaxşı izləyib qavramağa yardımçı olacaq.
Sonda qeydlər və lüğət verilmişdir.
M.Ə.Sabirin şeirlərindəki ərəb-fars tərkibli sözlərin oxunuşunda məna yanlışlığına yol
verilməməsi üçün əski «apastrof» işarəsi saxlanılmışdır.
Alxan Bayramoğlu,
filologiya elmləri doktoru, professor
33
Hophopnamə
TUTDUM ORUCU İRƏMƏZANDA
Tutdum orucu irəməzanda,
Qaldı iki gözzərim qazanda,
Mollam da döyür yazı yazanda...
BABAM SÜNNİ, NƏNƏM ŞİƏ, ...
Babam sünni, nənəm şiə, dürək mən,
Nə farsam mən, nə hindəm mən, türək mən!
Muğanda - müğbeçə, məsciddə - əkbər,
Təfavüt yox... həqiqətdə zirək mən!..
TANRI HƏR YERDƏ PULU...
Tanrı hər yerdə pulu bir ürəyi səxtə verər,
Mə’rifət müftədi çün, kasibi-bədbəxtə verər.
Hacı Rüstəm əmiyə yeddi oğul, cümlə qəni,
Leyk baqqal Cəbiyə yeddi qızı süftə verər.
Yekə saqqal kişiyə il uzunu gündə plov,
Leyk abdal Kosaya həftədə bir küftə verər...
MƏN XƏLÜLÜLLAHE-ƏSRƏM...
Mən Xəlilüllah-e əsrəm, pedərəm çon Azər,
Səfər əz Babil-e Şirvan konəm inşaallah.
Gərçe u dəftər-e əş’ar-e məra pare nemud,
Vəsl ba təb’e dorəfşan konəm inşaallah.
T ə r c ü m ə s i :
Xəliliillahi-əsrəm mən, atam yurdumda Azərdir,
Çıxam Babillə Şirvandan gərək cür’ətlə inşallah.
Əgərçi şe’rimi yırtıb, qəzəblə odda yandırdı,
Bu gövhərlər saçan təb’im tikər qüdrətlə inşallah.