25
Hophopnamə
cəhdləri və seçki zamanı törədilən saxtakarlıqlar və s. məsələlər də özünün geniş və dolğun
əksini tapmışdır. «Öylə bilirdim ki, dəxi sübh olub», «Hə, de görüm nə oldu bəs, ay balam,
iddialərin», «Qlasnı seçkisini qoydu dum müzakirəyə», «Yu- xu» və s. satiralar buna
parlaq misaldır. Əgər əvvəlki iki satirada çar hökumətinin xalqa verdiyi vədlərin, əslində,
xalqın azadlığına deyil, onların aldadılmasına, bununla da vaxtda udulmasına xidmət etdiyi
və saxta mahiyyət daşıdığı göstərilib bu cür vədlərə aldananlar siyasi ayıqlığa çağırılırsa,
sonrakı satiralarda seçkilərdə baş verən siyasi möhtəkirliklər ifşa olunur.
* * *
Elmi ədəbiyyatda göstərildiyi kimi, Sabir poeziya məktəbi «Molla Nəsrəddin» jurnalı
səhifələrində formalaşıb kamala çatmışdır. Həmin prosesin gedişini diqqətlə izləyən
professor Məmməd Məmmədov yazır:
«Sabir ədəbi məktəbinə mənsub olan şairlər öz ustadlarının poetik üslubunu, satirik
ifadə tərzini və spesifik yazı manerasını birdən-birə həzm və dərk edə bilmir, tədricən
mənimsəyirdilər. Müşahidələr göstərir ki, 1906-cı ilin ortalarından başlayaraq bu dərketmə
və mənimsəmə prosesi təxminən 1907-ci ilin axırlarına qədər davam etmişdir. Beləliklə,
Sabir satirasının təsiri altında yazılmış bəzi şeirlərə «Molla Nəsrəddin» jurnalının ilk
illərində ara-sıra təsadüf edilsə də, bu təsir 1908-ci ildən etibarən özünü daha qabarıq
göstərməyə başlayır...
Beləliklə, Sabirin satira ənənələri 1908-ci ildən etibarən onun müasirlərinin
yaradıcılığında xüsusi bir qüvvət və ahənglə səslənməyə başlamışdın). Sabir poeziyasının
təsiri ilə onun qələm dostları Ə.Nəzmi, Ə.R.Şamçızadə, Ə.Qəmküsar, M.S.Ordubadi,
B.Ə.Hammal, M.M.Axundov, M.Ə.Möcüz, M.Hadi, A.Səhhət, H.Vəzirov, C.Cabbarlı,
sonralar Ə.Vahid, M.H.Kərimi, Ə.P.Həddad, R.Əhmədzadə,
B.Pünhan və b. şövqlə qələm işlətmişlər. Həmin ənənə bu gün də yaşamaqdadır.
Sabir ədəbi məktəbinin əhatə və təsir dairəsi getdikcə genişlənmiş, «Molla
Nəsrəddin
» jurnalı ənənəsi ilə nəşr olunan «Bəhlul», «Zənbun», «An», «Kəlniyat»,
«Məzəli», «Babayi-Əmir», «Mirat», «Lək-lək», «Kirpi» və s. satirik jurnallarla yanaşı,
bəzi qəzet səhifələrində də Sabiranə şeirlər dərc olunmuşdur. Hətta Bakıda nəşr olunan
«Günəş» və sonra onun davamı kimi çıxan «Yeni Həqiqət» qəzetlərinə əlavə olaraq,
həftədə bir (bəzən bir qədər gec)
«Palanduz»
adlı satirik səhifə də çıxmağa başlamışdı.
Həmin səhifədə Sabir də iştirak edərək öz əsərlərini
«Çuvalduz»
ümumi başlığı və
«Nizədar»
imzası ilə dərc etdirirdi.
Qeyd edək ki, bu satirik səhifənin adı ilə xalq şairinin orada çap etdirdiyi əsərlərin
ümumi başlığının həmqafıyə olmasına («Palanduz» - «Çuvalduz») təsadüf kimi baxmaq
olmaz. Sabirin burada işlətdiyi imza da «Palanduz»un digər müəlliflərinin imzalarından
seçilir; o biri müəlliflər səhifənin sadəcə olaraq «Nizə»si, «Biz»i, «Mismar»ı, «İynə»si,
«Töylə mıxı», «Anğ»ı və s. idilərsə, Sabir «Nizə- dar»ı, yəni bayraqdan idi. «Palanduz»un
üzvləri Sabiri özlərinə ustad hesab edir,
26
Mirzə Ələkbər Sabir
onun adını (daha doğrusu, səhifədə işlətdiyi əsas gizli imzası olan «Nizədar»ı) hörmətlə
çəkir, satirasının ictimai-bədii gücünə, şairin sənətkarlıq qüdrətinə yüksək qiymət verir,
xalq şairinin əsərləri mövzusunda əsərlər yazırdılar. Sabir bu səhifədə «İııteligentlər deyir
ki:», «Millət deyir ki:», «Axşam olacaq...», «Mürtəcelər, sevinin...», «Şurə gəlib şad olun,
iranlılar!», «Yuxu» satirasını, habelə «Əz tərəfı- Mirzə Bisavad» imzası ilə «Şik
ayət!..»
başlıqlı felyetonunu dərc etdirmişdir. Bundan əlavə, Sabirin «Qurban bayramı»
satirasının imzasından «Palanduz» şairlərindən «Nizədar» cənabları» görünür ki, bu əsər
də həmin səhifə üçün nəzərdə tutulmuş, lakin satirik səhifə bayram günü çıxmadığından
həmin əsər belə bir törəmə imza ilə qəzetdə məhz Qurban bayramı günü dərc edilmişdir...
Sabir «Günəş» və «Yeni həqiqəti» qəzetlərindən əvvəl «Həqiqət» qəzetində və ona
əlavə kimi çıxan «Həfteyi-ədəbi» və «Həfteyi-fənni» səhifələrində də fəal iştirak etmiş,
hətta «Həfteyi-ədəbi»nin münsiflər heyətinin üzvü kimi, burada keçirilən tədbirin
səmərəliliyini artıra bilən təkliflə çıxış etmiş, onun təklifi qəbul edilmişdi...
Elə buradaca qeyd edək ki, Sabir Balaxanı məktəbinin o zamankı müdiri Əhməd
Kamalla yaxın ünsiyyətdə olmuş, hətta Ə.Kamal «Həqiqət» qəzetinə «Sər mühənir» kimi
işə dəvət olunanda Sabiri də özü ilə bərabər həmin qəzetə cəlb etmişdi. Xalq şairi də bir
sıra didaktik əsərini və satirasını «Həqiqət», «Günəş» və «Yeni həqiqət» qəzetlərində,
habelə onlardan son ikisinə əlavə olunan satirik səhifədə dərc etdirmişdi. Sabirin Balaxanı
məktəbi ilə bağlı fəaliyyəti, bu məktəb ətrafında yaranan bəzi problemlərlə bağlı qələmə
aldığı «Saxtə bir xətti-xam ilə...», «Şimdi hər millət edir...», «Haləti-məstliyində nə olur,
ey əyyaş» sözləri ilə başlanan taziyanələri və «Şikayət!..» felyetonu həmin qəzetlərdə işıq
üzü görmüşdü.
«Şimdi hər millət edir...» taziyanəsində təəssüflə bizdəki təkcə avamlar, «qara
məxluq» deyil, «ariflərin», oxumuşlann da «vətən övladın nəfi-cibişdanə fəda» etmələri
diqqətə çatdırılırdı.
Sabir öz gəlişi ilə xalqın nəzərindən müəyyən qədər düşmüş Balaxanı məktəbində
böyük canlanma yaratdı. Qısa müddət ərzində məktəbin nüfuzu elə yüksəldi ki, növbəti
dərs ilində ona gözlənildiyindən daha çox şagird gəldi. Məktəb binasında şagirdlərə yer
çatışmadı... Məktəb rəhbərliyi ilə camaat arasında yaranmış problemdən istifadə edən bəzi
qara qüvvələr, o cümlədən müəllimə yaraşmayan əməllərinə görə məktəbdən xaric edilən
keçmiş şəriət müəllimi Molla Abdulla məktəbin qabaqcıl müəllimlərinə qarşı böhtan və
hədə kampaniyası təşkil etdilər. Bu cür hədələr Sabirin də ünvanına gəlirdi. Başda camaat
vəkili Baxış Əhmədov olmaqla qabaqcıl görüşlü adamlar şairi layiqli müəllim və
əməlisaleh bir insan kimi müdafiə etdilər. Sabir də hədə-qorxulardan çəkinməyib, onu
savadsızlıqda, müəllimlik qabiliyyətinin yoxluğunda, Azərbaycan (türk) dilini
bilməməkdə günah- landıranlara cavab olaraq «Saxtə bir xətti xam ilə...», «Haləti
məstfiyində nə olur, ey əyyaş» taziyanələrini və «Şikayət!..» başlıqlı felyetonunu yazaraq
Molla Abdul
-