MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə13/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   9   10   11   12   13   14   15   16   ...   138

34

Mirzə Ələkbər Sabir 



HƏMƏDANDA QONAĞIMDAN XƏBƏR... 

Həmədanda qonağımdan xəbər aldım, key şeyx, 

Hansı məxluq sizin şəhrdə bişək çoxdur? 

Dedi: «Az isə də bu şəhrdə sayir məxluq

Leyk dəbbağ ilə səbbağ ilə eşşək çoxdur». 

XÜMSİ-ŞƏRABİ SEYYİDƏ... 

Xümsi-şərabı Seyyidə saqi verib dedi: 

Sabir fəqirdir, yetər ancaq zəkat ona. 

ŞE’R BİR GÖVHƏRİ-YEKDANEYİ-ZİQİYMƏTDİR 

Şe’r bir gövhəri-yekdaneyi-ziqiymətdir, 

Salmaram vəsfi-druğ ilə onu qiymətdən. 

Deyərəm həcv, sözüm doğru, kəlamim şirin, 

Əhli-zövqə verərəm nəş’ə bu xoş şərbətdən. 

SƏN PİRİ-CƏHANDİDƏSƏN,... 

Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar, 

Məndən çək əlin, eyləgilən pir ilə rəftar! 

Olmaz sənə qismət dəxi bu dövləti-didar, 

Bundan sora hicrimdə ciyərqan olacaqsan! 

Aşiq mənə bir mən kimi ziyba gərək olsun, 

Mail gülə bir bülbüli-şeyda gərək olsun, 

Səndə bu işə səbrü şəkiba gərək olsun

Amma, bilirəm, səbr evi viran olacaqsan! 

SABİRİ-ŞEYDA Kİ... 

Sabiri-şeyda ki, tərki-şəhri-Şirvan eylədi,  

Bülbülə bənzərdi kim, meyli-gülüstan eylədi; 

Min üç yüz birdə hicrətdən sora meymun ili, 

Axiri-şəvvaldə əzmi-Xorasan eylədi... 



35 


36


37 

ÜÇ YÜZ ON DOQQUZ İDİ... 

Üç yüz on doqquz idi bə’d həzar, 

Səneyi-hicrəti-rəsuli-kübar; 

Mahi-ziqə’dənin çəharində, 

O günün nimeyi-nəharində; 

Bir gün idi ki, xosrovi-xavər 

Bürci-Dəiv içrə tutmuş idi məqərr. 

Gərçi qış fəsli idi, leyk həva  

Rövşənü saf idi fərəh əfza; 

Nuri-xurşiddən cəhan pümur,  

Aləm olmuşdu rəşki-vadiyi-Tur.  

Qış cəfasın görən könüllər şad, 

Rənci-sərmadən oldular azad. 

Xəlq eymən qəmi-bürudətdən, 

Qəlblərdə fərəh bu halətdən. 

Hadisati-zəmanədən nagah, 

Əsdi bir şiddət ilə badi-siyah.  

Düşdü bir özgə halə bu aləm,  

Napədid oldu nəyyiri-ə’zəm; 

Bəhri-simab tək zəminü zəman 

Cünbüşə gəldi, qopdu bir tufan;  

Etdi bir növ’ zəlzələ dili-xak, 

Az qalırdı ki, sinələr ola çak; 

Dəkktül-ərz zahir oldu haman, 

Tarmar oldu xitteyi-Şirvan; 

Belə fəryad çəkdi kureyi-xak,  

Sanki torpağa düşdü nöh əflak.  

Hamı bu halə valehü məftun, 

Nagəhan hadis oldu bir yanğın;  

Tutdu dünyanı od şərarələri, 

Yaxdı dükkanlan, imarələri. 

Nə’reyi-tündbad. hiddəti-nar, 

Lərzişi-ərz, sədmeyi-əhcar.  

Macəra qəmli macəra üstən, 

Nazil oldu bəla bəla üstən. 

Allah, Allah, nədir bu tufanlar?!  

Az qalır vəhmdən çıxa canlar.  

Oldu guya dəmidə nəfxeyi-sur

Macərayi-qiyamət etdi zühur. 



38

Mirzə Ələkbər Sabir 

Əhli-Şirvan hayimü heyran, 

Əhli-məhşər tək oldu sərgərdan; 

Qəlblər doldu rö’bü vəhşətdən, 

Qayəti-şiddəti-məhabətdən;  

Olmadı kimsə kimsədən müxbir, 

Aşikar oldu sirri-yövmi-yəfırr;  

Hər kəs öz nəfsini çəkirdi kənar,  

Ata övladdən edirdi kənar.  

Qalmadı bərqərar bir xanə, 

Cümlə mə'mur oldu viranə; 

Ani-vahiddə xitteyi-Şirvan  

Oldu, səd heyf, xak ilə yeksan. 

İki mindən ziyadə əhli-diyar  

Topraq altında can verib naçar.  

Yer çü aram tapdı zəlzələdən,  

İləlan... o mərhələdən, -  

Atalar yadinə düşüb övlad, 

Mehri-fərzənd ilə çəkib fəryad;  

Atalar fikrinə qalıb fərzənd, 

Oldu övci-səmayə nalə bülənd.  

Xırda ətfal iztirab ilə  

Atasın axtarır şitab ilə; 

Qarışıb bir-birə səğirü kəbir,  

Hamı dillərdə kəlmeyi-təkbir; 

Piri-Kə’nan kimi hamı giryan,  

Hərə bir Yusif axtarır heyran ; 

Tapmayıb qəlbi-zarinin səmərin, 

Kimdən alsın cəvaninin xəbərin. 

Müxtəsər in ki, oldu axiri-ruz, 

Zülməti-şəb edib zühurü büruz; 

O gecə bir qəribə aləm idi:  

Şəbi-yə’s idi, leyleyi-qəm idi; 

Küçələrdə hamı; nə narü nə nur

Qarışıb bir-birə ünasü zükur. 

Hər tərəfdə quruldu bir matəm,  

Hər çəməndə əkildi nəxleyi-qəm. 

Rənci-sərmavü qüsseyi-əmlak,  

Hər dəqiqə təzəlzül eylər xak.  

Tifllər şiddəti-bürudətdən  

Ağlaşır zar-zar vəhşətdən; 

Hər tərəf «vay oğul» sədasindən, 



39 

Qəmli övrətlərin nevasindən -  

Eşidənlər yanıb kəbab oldu, 

Dili-səngi siyah ab oldu. 

Əlqərəz, sübhə tək hamı giryan, 

Ta ki, ruzi-cədid oldu əyan, 

Tazələndi dübarə dərdü ələm, 

Doldu dünyayə şiveyi-matəm;  

Kuhkən tək hamı çəkib fəryad, 

Sanki Şirinin axtarır Fərhad. 

Aldılar cümlə əllərə tişə, 

Yox könüllərdə özgə əndişə: 

Atadır, axtarır oğul bədənin, 

Anadır, seyr edir bəla çəmənin;  

Bacılar nə’şin axtarır qardaş, 

Eləyir səngü xak içində təlaş; 

Axtarır hər kəs öz ölənlərini, 

Çıxarır ruhsiz bədənlərini; 

Parə-parə o sərvi-zibalər, 

Əzilib qaməti-dilaralər; 

Gül kimi cismlər hamı biruh, 

Əzilib baş, bədən olub məcruh.  

Mürdələr cismi rəhgüzarlərə  

Tökülüb guşəvü kənarlərə; 

Kimi təğsil edir oğul bədənin, 

Kimi hazır edir ana kəfənin. 

Nimcan cismlər nə halətdən, 

Kəsrəti-şiddəti-cərahətdən, 

Sədmeyi-səngdən batıbdı səsi,  

Qüdrəti yox və leyk var nəfəsi. 

Bir neçə nə’şlər olub məfqud, 

Heyf kim, hasil olmayıb məqsud. 

Bipədər qızların nəvasindən, 

«Şa Hüseyn, va Hüseyn» sədasindən, 

Qan olurdu könül o halətdən, 

Sanki bir an idi qiyamətdən. 

Düşdü afaqə naləvü əfqan, 

Rəhm qıl, ey xudayi-kövnü məkan!  

Nə təamü nə fərşü nə camə, 

Xəlqə düşvar olub bu həngamə. 

Qəhti-nan oldu bədtərin bəla, 

Allah, Allah, nədir bu dərdə dəva?! 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə