MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə21/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   17   18   19   20   21   22   23   24   ...   138

78

 

 



Hophopnamə 

Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə

Mail olasız hər işə kim, fıtnəsə, şərsə, 

Adət qılasız hərzəvü hədyanı, uşaqlar! 

Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar! 

Vəqt oldu vurub yıxmağa müştaq olasız siz, 

Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz, 

Həm validə, həm validəyə ağ olasız siz, 

Dincəlmiyələr ta nə qədər sağ olasız siz, 

Hər gün döyəsiz madəri-nalanı, uşaqlar! 

Ta uf deməyə qalmıya imkanı, uşaqlar! 

Hər istədiyin olmasa hasil pədərindən, 

Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən, 

Söy ağzına cür’ətlə, çəkinmə hünərindən, 

Biçarə xilas olmaq üçün şurü şərindən

Çıxsın canı, satsın qabı-qazam, uşaqlar! 

Neylər dəxi ol sərvətü samanı, uşaqlar! 

Bəsdir ki, oğul sahibi düşgün pədər oldu, 

Xeyr oldu əcəb aqibəti, bəxtəvər oldu, 

Göz nuri hesab eylədiyi dərdi-sər oldu, 

Zəhmətlə əmək verdiyi cümlə hədər oldu; 

ölmədi ta kim, qutara canı, uşaqlar! 

Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!.. 

MƏN BİLMƏZ İDİM... 

Mən bilməz idim bəxtdə bu nikbət olurmuş, 

İzzət dönüb axır belə bir zillət olurmuş, 

Çərxin, əcəba, seyri dəmin babət olurmuş, 

Millət ayılıb talibi-hürriyyət olurmuş, 

Millətdə də, yahu, belə bir qeyrət olurmuş?! 

Yalqız, nə deyim, getdi mənim millət əlimdən, 

Torpaq başıma, çıxdı bütün izzət əlimdən! 

Təbrizdə gər olmuş idim cüm’ə imamı, — 

Gizlin ki, deyil, yaxşı bilir mətləbi hamı, -  

Pul ilə satın almış idim mən bu məqamı, 

Uydurmuş idim kəndimə bilcümlə əvamı, 

Əbd etmiş idim şəhrdə hər püxtəni, xamı, 



79 

 

Mirzə Ələkbər Sabir 



Xud, mən nə bilim sübh dönüb şam olacaqmış. 

İranda da hürriyyəti-islam olacaqmış?! 

Tədric ilə salmışdım ələ bunca dehatı, 

Bir parça çörək nökəri etmişdim elatı. 

Artırmış idim məzrəəni, ilxını, atı. 

Rəncbər eləmişdim özümə çöllünü, tatı, 

Dərkar idi xeyrimdə ümumin hərəkatı. 

Birdən-birə getdi hamı kərrü fərim, ey vay!  

Çıxdı boşa sərvət qazanan əllərim, ey vay! 

Təbrizdə rahət yeyib, asudə doyardım, 

Mö’minləri hər töhmətə olsaydı qoyardım, 

Hər axmağı, xamı quzu cildində soyardım, 

Həq söz deyənin canın alıb, çeşmin oyardım, 

Neylərdim edərdim, necə rəng olsa boyardım. 

Səd heyf, gözəl hökmi-şəriət tələf oldu! 

Qanuni-əsasi də bir əngəl kələf oldu! 

Bilməm arılar mənzilinə kim çöp uzatdı. 

İllərcə təğafüldə yatan xəlqi oyatdı. 

Fitnə ağacın əkdi, evim qəmlərə batdı, 

Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı. 

Əhli-qərəz öz istədiyi mətləbə çatdı; 

Əhkami-şəriət dəxi bir kar görərmi? 

Bundan sora bir buğda da anbar görərmi? 

Lal olsa nolur Mirzə Cavadın dili, ey kaş! 

Ta ağzın açıb eylədi hər gizli sözü faş! 

Bir yanda yığıb Mirzə Hüseyn başına yoldaş, 

Cığ-mığ edib axır başıma saldıla bir daş. 

Təbrizdə ta oldu bərəngixtə pərxaş, 

İndi həsəbülxahişi-əhli-həsəd oldum. 

Bir dadrəsim olmadı, xaric-bələd oldum! 

Divanə edibdir məni Təbriz xəyalı. 

Məclisdə təvazö'dəki nimxiz xəyalı. 

Mətbəx iyi, süfrə qəmi, dəhliz xəyalı. 

Sədri düyünün buyi-fərəhbiz xəyalı, 

Qəndablə pür kaseyi-ləbriz xəyalı. 

Bir də o gözəl günləri, ya rəb, görərəm mən?!  

Bu xam xəyalı edib axır ölərəm mən?! 



80

 

 




81 

 

Ya rəb, nola bir də edəm ol şəhri ziyarət, 



Naz ilə xiiramə gələm, - arxamda cəmaət!  

Gördükdə məni yol verə bu əhli-vilayət

Tə’zim edə, baş endirə, qol bağlaya millət, 

Bir kimsədə bir söz deməyə olmaya cür’ət,  

Ə’yanları dindirsəm edə fəxrü mübahat; 

Heyhat və heyhat və heyhat və heyhat!!!  

Get yat və get yat və get yat və get yat!!! 

HƏR NƏ VERSƏN, VER,... 

Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat,  

Qoy acından ölsə ölsün binəva kəndli və tat. 

Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam,  

Hər nə alsan, al, amandır, alma kasıbdan səlam. 

Hər nə etsən, et və lakin etmə meydən ictinab, 

Hər nə dutsan, dut və lakin dutma bir kari-səvab. 

Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən,  

Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən. 

Hər yerə gəlsən, gəl, amma gəlmə dərsə, məktəbə,  

Hər kəsə uysan, uy, amma uyma dinə, məzhəbə. 

Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını,  

Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. 

Baxmasan eytamə, baxma, baxma, bax lö’bətlərə,  

Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lə’nətlərə. 

Olmasan bir xeyrə bais, olma, ol bais şərə, 

Etməsən imdad, etmə, et sitəm acizlərə. 



82

 

 



 

Hophopnamə 

 

 

SÖZ 



Ey söz, nola dersəm sənə xurşidi-səmavat, 

Səndən alıyor nurü ziyayi həmə zərrat. 

Bir nuri-həqiqətsen, edib həq səni nazil  

Kim, bəxş edəsən gülşəni-nasutə füyuzat. 

Gəh lövhdə məstur, qələmdən gəhi cari,  

Gəh ərşdə misbah, gəhi fərşdə mişkat. 

Sübhi-əzəlidən üzün etdikdə təcəlli, 

Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat. 

Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün, 

Tənviri-üyun eyləyir ərbabi-kəmalat. 

Bir mohibeyi-lütfı-xudasən ki, həqiqət, 

İnsanlar edir zatın ilə fəxrü mübahat. 

Sərkəşləri həp taətə məcbur ediyorsan, 

Tə’siri-nüfuzunla ərir sanki cəmadat. 

Ey bariqeyi-fikr, əya ləm’eyi-vicdan! 

Ey şə’şəeyi-qəlb, əya nuri-xəyalat! 

Növ’i-bəşərə tərbiyəbəxş olduğun üçün -  

Gər densə səzadır sənə ümmul-ədəbiyyat. 

Sənsən füsəhayi-ərəbi eylədin ilzam  

İzhar bəlağətlə, əya nuri-hidayat. 

Mümtaz elədin növ’i-bəni-adəmi əlhəq,  

İnsan sənin ilə edib ehrazi-məqamat. 

Vicdanü dili-Sabirə nəşr eylə füyuzin

Ta kim, bitə könlündə rəyahini-kəmalat. 

 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə