MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə20/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   16   17   18   19   20   21   22   23   ...   138

74

Hophopnamə 

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə, 

Yum gözlərini xaneyi-viranım görcək. 

Əmrədlər ile keyfini çək bağda, çəməndə, 

Bir baxma da ətfali-ciyərqanını görcək. 

Gəh «iskoroxod» çəkmə, gəhi gey «lakeronni», 

Vellən gecə-gündüzdə xuramanım görcək. 

Var-yoxunu sərf eylə banşnalara, ancaq 

Söy həmsəri-məzlumeyi-nalanını görcək. 

Gül, gül ki, cəvansən, 

Əyyaşi-cəhansən, 

Sərxoşlara cansən, 

Hala güləcəksən. 

Vəqta ki, qocaldın, 

Rişi döşə saldın, 

Pis günlərə qaldın, 

Onda biləcəksən!.. 



ADƏTİMİZ DAŞ İDİ... 

Başına döniim, Molla əmi! 

Vallah,  doğru  sözdür  ki,  deyirlər:  dünyanın  hər  işi  dəyişilib.  Doğrudan  da,  də-

yişilib,  vallah  dəyişilib,  mənə  də  yəqin  oldu  ki,  dəyişilib;  necə  ki,  hamı  da  görür  ki, 

dəyişilib.  A  kişi,  baxırsan  adamların  əqidələri  dəyişilib,  yeməyin,  içməyin,  libasın, 

danışığın, getməyin, gəlməyin təhərləri dəyişilib; hətta qabaqkılara görə də vanın da 

halı dəyişilib. Daha şair başına nə daş salsın? Məgər bu qədər dəyişik işləri görə-görə 

şe'rin  qafıyəsin  dəyişik  deməmək  mümkün  olacaq?  Odur  ki,  hərçi  hıqqandım, 

hıqqandım ki, düzəldəm, elə dəyişik oldu ki, oldu. Allah bundan bədlərindən saxlasın! 

Sən də degilən: ilahi, aman! 

Hələ indi qulaq ver, gör nə deyəcəyəm: 

Adətimiz daş idi də’va günü, 

Tullandıq əldə sapan qıjhaqıj! 

Hər kəsə dəysəydi edərdi haman 

Bir neçə gün ahü fəğan, ufhaufi 

Mərhəm olurdu, sağalırdı yara, 

Əldə qalırdı yenə can sapbasağ. 



75 

Mirzə Ələkbər Sabir 

İmdi revolverdi, dönüm başına, 

Nagəh olur gülləfəşan partapart! 

Onda görürsən yıxılıb yanbayan  

Bir neçə növrəstə cəvan laybalay! 

Tüf belə dövranə ki, bədtər olur 

Seyri-fələk, dövri-zəman ilbəil! 

Milləti-islam qırır bir-birin, 

Allah, aman, bu nə yaman qırhaqır! 

Qardaşa bax, qardaşını öldürür, 

Vəhşi olub əhli-cəhan sərbəsər! 

Milləti gördükcə belə hərcü mərc 

Könlüm olur dopdolu qan qatbaqat. 

Böylə gedərsə, Bakı əldən gedər, 

Qalmaz o mə’vadə aman hiç, hiç! 

Bari, xudaya, özün islah qıl, 

Ta edələr pini cəvan sülh, sülh! 



KÜPƏGİRƏN QARININ QIZLARA 

NƏSİHƏTİ 

Qan nənənin sözlərini sanma çərəndir, 

Canım, gözüm, ay qız! 

Hər kəlməsi min lə’li-Yəmən, dürri-Ədəndir, 

Anla sözüm, ay qız! 

Çox ömr eləyib, çox da hünər etmişəm isbat 

Bu dari-cəhanda. 

Min hiylələri qatlamışam sinəmə qat-qat  

     Bu xeyli zəmanda. 

Min il sənə nəqlin eləsəm məkri-nisani

Qurtarmaz, azalmaz. 

Doldursam əgər məkrlə ətrafı-cəhani. 

Bir boş yeri qalmaz. 

Caduda əlimdən bacanb cin də qutarmaz, 

Əfsunuma bah-bah!.. 

Mən eylədiyim məkri şəyatin də bacannaz, 

Vallah və billah! 



76

 

 



Xoştale imişsən ki, bu gün feyzi-hüzurum 

Oldu sənə qismət. 

Qan sözlərimi, indi sən, ey gözdəki nurum. 

Qoyma keçə fürsət. 

Əvvəl bu qədər bil ki, vəfadar ər olmaz, -  

Aqil olur olsun; 

Bir ər ki, vəfadar ola, aləmdə tapılmaz, - 

Cahil olur olsun; 

Zinhar, vəfa etmə tələb ər dediyindən, 

Sərvəqt ol, amandır! 

Asudə xəyal olma bu şohər dediyindən, 

Üç-dördün alandır. 

Qırx il edəsən bir kişi əmrində itaət

Mənzurda bilməz; 

Vəqta ki, qocaldın alacaq başqa bir övrət, 

Baxmaz sənə, gülməz. 

Ər dərdü qəmin çəkmə, sən öz halına ağla, 

Canı bəcəhənnəm! 

Sərrişteyi-tədbirini xəlvətcə yumaqla, 

Qıl könlünü xürrəm. 

Tainki ayıqdır, həzər et ər dediyindən. 

Ər zülmü yamandır! 

Çün yuxladı, əl qat cibinə zər dediyindən. 

Öz rəngini yandır. 

Fürsət ki, olur rəngini vur hər gecə məxfi, 

Fərrarəlik öyrəş! 

Ta bilməyə şeytan da götürdün necə məxfi, 

Əyyarəlik öyrəş! 

Çün sübh çayın içdi kişi, çıxdı kənarə, 

Bidərdü qəm oldun; 

Açıldı başın, indi qıl öz dərdinə çarə

Banu hərəm oldun; 

Ver Xansənəm ət, yağ, düyü, bal, çay, şəkər alsın, 

Gülqənd var evdə; 

Artıq nə qalarsa, ona da xüşgəbər alsın, 

Hərçənd var evdə. 

Göndər uşağı, Şahbacını eylə xəbərdar -  

Gəlsin hələ-həlbət; 

Gəldikdə gətirsin neçə övrətləri zinhar. 

Qur məclisi-işrət. 




77 

 

Mirzə Ələkbər Sabir 



Mindir ocağa qazqanı, qaynat samavarı, 

Çal nayı, qavalı; 

Mehmanlara hazır elə min dürlü naharı; 

Ver külçə, qoğalı, 

Həm qaymağı, balı. 

Ər fə’ləlik etsin, 

Hər gün işə getsin; 

Olma ona həmqəm, 

Canı bəcəhənnəm! 

Sən çəkmə məlali, 

Qur məclisi-ali, 

Pozma bu cəlali, 

Ay başı bəlali!.. 

UŞAQLARA 

Ey millətin ümmidi, dilü canı, uşaqlar! 

Validlərinin sevgili cananı, uşaqlar! 

Madərləriniz etdi sizə mehrü məhəbbət, 

Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. 

Validləriniz xərcinizə etdi kəfalət,  

Əlminnətü-lillah, sizə yar oldu səadət, 

Olduz hərəniz bir evin oğlanı, uşaqlar! 

Asudə gəzin indi bu dünyanı, uşaqlar! 

Siz sərv kimi sərkəş olub boylə boy atdız, 

İllik beçə tək banlıyaraq xəlqi oyatdız, 

Şad oldu pədər, madəriniz - bu boya çatdız, 

Bəsdir sizə gəhvareyi-naz içrə ki, yatdız, 

İndi buraxın balışı, yorğanı, uşaqlar!  

Həm tərk eləyin xaneyi-viranı, uşaqlar! 

Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz, 

Hərcayi gəzib, hər yeri seyran edəsiz siz, 

Cəngü cədəlü qarətü talan edəsiz siz, 

Hər cildə girib, aləmi viran edəsiz siz, 

Gündə atasız bir neçə patram, uşaqlar!  

Ta öyrənəsiz şiveyi-də’vanı, uşaqlar! 

Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,  

Tə’lim alasız hər nə ki, aləmdə betərsə, 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə