MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə16/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   12   13   14   15   16   17   18   19   ...   138

54

Mirzə Ələkbər Sabir 

Heyhat ki, tədbir ola bu xanəxərabə, 

Zail olub əqli. 

Dərsə, qəzetə, məktəbə, jumalə, kitabə 

Mail olub əqli. 

Yıxdın evimi, eylədin övladımı zaye, 

İş keçdi məhəldən. 

Mən anlamıram elm nədir, ya ki sənaye, 

Zarəm bu əməldən! 

İstərdim o da mən kimi bir hörmətə çatsın, 

Dünyadə dolansın; 

Ta qol gücünə malik olub şöhrətə çatsın, 

Azadə dolansın; 

Bir vəqtidir imdi ki, olub Rüstəmi-dövran

Bir ad qazanaydı; 

Qarətlər edib ta ki, tapaydı sərii saman, 

Bir şey də qanaydı. 

Puç eylədin, övrət, bu gözəl, sadə cəvani! 

Dilbilməz oğul, vay! 

Rəngi saralıb, qalmıyıb əsla yan cani, 

Bir gülməz oğul, vay! 

Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən, 

Ey kaş, usanaydın! 

Quldurluğa yox, elmə tərəf eşqə düşübsən, 

Bu qübhü qanaydın! 

Ey nuri-düçeşmim, oxumaqdan həzər eylə, 

Saleh vələd ol, gəl! 

At min, hünər öyrəş, məni də bəxtəvər eylə

İşdə bələd ol, gəl! 

Bəsdir oxudun, az qala canın tələf oldu, 

Bu kardən əl çək! 

Y azmaq, oxumaq başına əngəl-kələf oldu, 

Əş’ardən əl çək! 

Min elm oxuyub söz biləsən hörmətin olmaz 

Bu dari-cəhanda; 

Söz bəhrinə gövhər olasan qiymətin olmaz 

Xassə bu zəmanda. 

Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz

Canın bəcəhənnəm! 

Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz! 

Mırtılda dəmadəm, 




55 

 

Hophopnamə 



Qıl elm ferahəm, 

0l qüssəyə həmdəm; 

Ömrün olacaq kəm, 

Düşmən sənə aləm!.. 



MAHİ-KƏN’ANIN BATIB,... 

Mahi-Kən’anm batıb, ey piri-Kən’an, qəm yemə! 

Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə! 

Ey dili-möhnətzədə, ol şad, ləbrizi-sürur, 

Kəsb namərdi qılar əfkarü vicdan, qəm yemə! 

Olmadı məqsudunuzca dövri-çərxi-gəcmədar, 

Qalmalıdır böylə halət üzrə dövran paydar, 

Qismətindir, etgilən həm ruz, həm şəb nalə, zar, 

Ey rəiyyət, ey fəqirü fəhlə, dehqan, qəm yemə! 

Sübh tezdən dur ayağə, şamə tək çək zəhməti, 

Güclülərdən də eşit hər növ’ föhşü töhməti, 

Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti, 

Qoy səni xar eyləsinlər xanü ə’yan, qəm yemə! 

İşlə, qoy qəddin bükülsün, işlə, annın tərləsin, 

İşlə, ac qal, ac bəhayim tək əyalın çərləsin, 

Zülmdən fəryadü dadı qoy dilin əzbərləsin

Qarət etsin ruzunu molla və bəy, xan, qəm yemə! 

Çəkgilən ömrün çatınca, binəva, ahü fəğan, 

Böylə pünhan sirlər olmaz sənə hərgiz bəyan. 

Molla Nəsrəddin, «Lisanülqeyb»ə oldun tərcüman, 

Ruhi-pakidir sənə hər dəm sənaxan, qəm yemə! 



56

Mirzə Ələkbər Sabir 



QOCALIQDAN ŞİKAYƏT 

Əfsus qocaldım, ağacım düşdü əlimdən, 

Səd heyf cəvanlıq! 

Zə’f eylədi aciz məni, qaldım əməlimdən. 

Çəkdim nə ziyanlıq! 

Saldıqca cəvanlıqda keçən günləri yadə 

Dərdim olur on qat! 

Ya rəb, yetərəm bir də mi dünyadə muradə? 

Heyhat və heyhat! 

Saqqal ağarıb, bel bükülüb, dinmə fılani! 

Ovqatım olub təlx; 

Övrət də yaxır saqqalıma gündə hənani, 

«Rişi ki, bərəng əlx...» 

Yad olsun o günlər ki, muradımca gəzərdim 

Sazəndə Oruğnan; 

Min acizü biçarələrin başın əzərdim 

Sillə, yumuruğnan. 

Bu sayədə hər ləhzə edib sə’yü təlaşi. 

Sərvət qazanardım; 

Təhsil eləyib qol gücünə əmri-məaşi, 

Dövlət qazanardım. 

Ə’zalər isə süst olub imdi qocalıqdan. 

Bir dadrəsim yox! 

Görməzmisən əhvalımı, düşdüm ucalıqdan. 

Fəryadrəsim yox; 

Heç yerdə səsim yox

Kəskin nəfəsim yox, 

Fikrimdi cəvanlıq, 

Başqa həvəsim yox!.. 



57 


58


59 

 

Mirzə Ələkbər Sabir 



BAKI FƏ’LƏLƏRİNƏ 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fə’lə də özün daxili-insan edir imdi. 

Olmaz bu ki, hər əmrə dəxalət edə fə’lə, 

Dövlətli olan yerdə cəsarət edə fə’lə, 

Asudə nəfəs çəkməyə halət edə fə’lə, 

Yainki hüquq üstə ədavət edə fə’lə... 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fə’lə də özün daxili-insan edir imdi. 

Fə’lə, mənə bir söylə, nədən hörmətin olsun? 

Axır nə səbəb söz deməyə qüdrətin olsun? 

Əl çək, bala, dövlətlilərə xidmətin olsun. 

Az-çox sənə verdiklərinə minnətin olsun!.. 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fə’lə də özün daxili-insan edir imdi. 

Dövlətli, amandır, özünü salma bəlayə, 

Fə’lə sözü həqq olsa da, baxma o sədayə, 

Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə

Öz şə’nini puç eyləmə hər bisərü payə!.. 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fə’lə də özün daxili-insan edir imdi. 

Aldanma, fəqirin olamaz əqli, zəkası, 

Çün yoxdur onun sən kimi pakizə libası, 

Yox sərvəti, yox dövləti, yox şah, əbası, 

Var köhnə çuxası, dəxi bir təkcə qəbası... 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fə'lə də özün daxili-insan edir imdi. 

İstərsən əgər olmağa asudə cəhanda, 

Ta olmayasan qəmlərə aludə cəhanda -  

Fə’lə üzünə baxma bu bihudə cəhanda, 

Öz fikrini çək, ol dəxi fərsudə cəhanda... 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fə’lə də özün daxili-insan edir imdi. 

Gör millətinin dərdini, axtarma dəvasın, 

Əl çəkmə yetimin başına, kəsmə sədasın, 

Zinhar qoyub dəhrdə bir xeyr binasın  

Yad eyləmə, şad eyləmə millət fiiqərasın... 

Bu çərxi-fələk tərsinə dövran edir imdi, 

Fə’lə də özün daxili-insan edir imdi. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə