MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə17/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   13   14   15   16   17   18   19   20   ...   138

60

Hophopnamə 



CƏHD EYLƏ, SƏN ANCAQ... 

Cəhd eylə, sən ancaq nezəri-xəlqdə pak ol, 

Məxluqu inandır; 

Xasiyyətin od olsa da, ətvardə xak ol, 

Sök aləmi, yandır; 

Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə, 

Məclubi-üyun ol; 

Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə, 

İmanə sütun ol; 

Sə’y eylə ki, saqqal uzanıb üç çərək olsun, 

Papaq ona nisbət; 

Qurşaq da, bilirsən ki, on arşın gərək 

olsun, Təfsilə nə hacət... 

Qoyma yerə təsbihini, əl çəkmə duadən, 

Övrad oxu daim; 

Məclisdə çəkib dut özünü, ol nücəbadən, 

Söz söylə mülayim; 

İştə geyinib məzhəbi, imanı büründün, 

Pək möhtərəm oldun; 

İndi nəzəri-xəlqdə sən pak göründün, 

Əhli-kərəm oldun; 

Başdan-ayağa əmnü əman oldu vücudun, 

Zöhd ilə bitişdin; 

Nolmaq diləyirdinsə, həman oldu vücudun, 

Məqsudə yetişdin! 

Vəqt oldu ki, imdi edəsən aləmi talan, 

Dut, qoyma qaçanı! 

Hökm imdi sənindir, dəxi çək işlərə saman. 

Yığ müşkül açanı; 

Dul övrətə bidad elə, eytamə xəyanət, 

Xovf etmə əcəldən; 

Məkr isə özün qıl, oxu şeytanə də lə’nət! 

Şad ol bu əməldən, 

Əl çəkmə hiyəldən, 

Təzvirü dəğəldən, 

İmanı da versən, 

Vermə pulu əldən!.. 



61 

Mirzə Ələkbər Sabir 



ETDİ BU FƏLƏK HƏR KƏSƏ... 

Etdi bu fələk hər kəsə bir tövr yamanlıq. 

Səd heyf, keçən gün! 

Hər bir iş üçün xatiməbəxş oldu bu afaq

Olduq yenə məmnun. 

Şükr eylədik Allaha yetişdikcə ziyanlıq, 

Əfsürdə biz olduq. 

Çaldı bizə bir özgə səyaq ilə firildaq, 

Qəmli günə qaldıq. 

Nə rəhm bilər, şəmı qanar, ağlamaq anlar, 

Böylə fələk olmaz! 

Yox böylə iki dilli, yaman üzlü cəfakar, 

Bir zərrə utanmaz! 

Verdi bu hamı qonşulara sən’ətü dövlət, 

Dünya, sənə lə’nət! 

Səsləndi, gedək siz yatın həmmamdə rahət, 

B icadı bu zəhmət! 

İslam uşağı yatsın ayağında fələqqa, 

Bu növ’di tə’lim. 

Vursun buların başına həm mirzə tərəqqa

      Eylin onu təkrim. 

Ey vay, bu fələk qoydu bizi löqməyə həsrət, 

Qaldıq biz adamsız! 

Verməz dəxi bir parça çörək tapmağa fürsət, 

Get, yatgilə şamsız! 

Öz bildiyini qıldı müsəlmanlara dövran, 

Əl işdən üzüldü. 

Çaqçaq başın ağrıtdı, kefin çəkdi dəyirman, 

İş həcvə düzüldü. 

Bu çərxi-sitəmkann aman məsxərəsindən! 

Bais, balan ölsün! 

Baxmış bu müsəlmanlara qəm pəncərəsindən, 

Çərxin üzü dönsün! 

Əvvəl bu fələk cümlədən əymişdi damağı. 

Qəm kasəsi daşdı. 

Axırda bizim başımıza vurdu çanağı. 

Su başdan aşdı. 

Bir rus görəndə oluruq xar yanında, 

Quzu, keçiyik biz. 



62

Hophopnamə 

Keçməz sözümüz bir pula sərdar yanında. 

Çünki nəçiyik biz?! 

Tanrı buna şahid - 

Quzu, keçiyik biz... 



TƏRPƏNMƏ, AMANDIR, BALA,... 

Tərpənmə, amandır, bala, qəflətdən ayılma! 

Açma gözünü, xabi-cəhalətdən ayılma!  

Laylay, bala, laylay! 

Yat, qal dala, laylay! 

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!  

Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat! 

Bidar olanın başı səlamət ola, heyhat! 

At başını yat, bəstəri-rahətdən ayılma!  

Laylay, bala, laylay! 

Yat, qal dala, laylay! 

Açsan gözünü, rəncü məşəqqət görəcəksən

Millətdə qəm, ümmətdə küdurət görəcəksən, 

Qıldıqca nəzər millətə heyrət görəcəksən,  

Çək başına yorğanını, nikbətdən ayılma! 

Laylay, bala, laylay! 

Yat, qal dala, laylay! 

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla, 

At tiryakını, meyl elə qəlyanını, yuxla,  

İncinsə sağın, ver yerə sol yanını, yuxla, 

İllərcə şüar etdiyin adətdən ayılma! 

Laylay, bala, laylay! 

Yat, qal dala, laylay! 

Göz nurudur uyqu, onu dur etmə gözündən, 

Yol vermə məbada çıxa bir an sözündən,  

Amma elə bərk yuxla ki, hətta get özündən, 

Afaqı dutan şurü qiyamətdən ayılma! 

Laylay, bala, laylay! 

Yat, qal dala, laylay! 



63 

 

Mirzə Ələkbər Sabir 



TƏHSİLİ-ELM 

Təhsili-ülum etmə ki, elm afəti-candır, 

Həm əqlə ziyandır; 

Elm afəti-can olduğu məşhuri-cəhandır, 

Me’rufı-zəmandır; 

Pəndi-pədəranəm eşit, ey sadə cəvanım, 

Yaxma qəmə canım! 

Xoş ol kəsə kim, vel dolanıb, dağda çobandır, 

Asudə həmandır! 

Elm içrə xəta olduğun ondan bilirəm kim,  

Bilsə nola hər kim, 

Elmə gəzənin küfrü zəbanlarda bəyandır,  

Təkfırə nişandır. 

Məktəb sənə xoş gəlməsin, ol cayi-xətəmak, 

Girmə ona çalak; 

Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır, 

Qarətgəri-candır. 

Çemil nədir? Ol qəlbi qara hoqqeyi-dilxun,  

                     Olma ona məftun! 

Ağ günlərini etmə qara, Allah, amandır! 

Bu rəng yamandır. 

Dəftər nədir? Ol hərzələrin həmdəmi-razi,  

Cövfı dolu yazi; 

Şairləri naqqal edib, avarə qoyandır, 

Bu mətləb əyandır. 

Ol başı kəsilmiş qələmin tutma belindən, 

Xövf eylə dilindən; 

Axırda çalar canını, bir əfi ilandır, 

Əf isə çalandır; 

Kağəz sənə ağ göstərir öz sineyi-safm

Guş eyləmə lafın; 

Çox tez qaralar qəlbi, mürəbbisi yamandır, 

Bir xırdaca yan dur. 

Ol zahiri sürxün ürəyi qarə qarandaş,  

                      Mirzalərə yoldaş, 

Qəlbində xəfi sirrini bildikcə yazandır, 

Əyyari-zəmandır. 

Derlər oxumuşlar: oxumaq yaxşıdır, əmma  

Var bunda müəmma... 

 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə