MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə25/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   21   22   23   24   25   26   27   28   ...   138

95 

 

Hophopnamə 



Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan? 

Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan?! 

İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!? 

Onu vermək olmur axır hər ölən-qalanə, ya rəb! 

Füqəralər əğniyanın tanısın neçin yaxasın? 

Əgər acdı qamı, satsın papağın, çulun-çuxasın; 

Edər əğniya də başqa işə dair öz səxasm, 

Məgər azdı bəzlü bəxşi fılanə, fılanə, ya rəb! 

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna! 

Əməlin gör əğniyanın, yeri varsa, sonra danna! 

Pulunu fəqirə versin, bəs acından ölsün Anna? 

O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb?! 



TÖ’MEYİ-NƏHAR 

Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! 

Sus, ay yazıq, fəzadəki üqabi-canşikan gör! 

Hinində daldalanma çox, həyətdə də dolanma çox, 

Yiyəndəki bıçağə bax, o tiği-abdan gör! 

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə, 

Qazanda qəyqanağə bax, ocaqdakı şərarı gör! 

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək, 

Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör! 

Mənəm-mənəm deyənlərin inanma çox da qövliinə, 

Gərəkli gündə onların qıçındakı fərari gör! 

Amandır, uyma vaizin həlavəti-kəlamına, 

Əba-qəbanı qovza bax, içində zəhrman gör! 

Bu əğniyalərin üzün görüncə ehtiyacdə, 

Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! 

Bu inteliklərin* sözün gətirmə heç aralığa, 

Oları görmək istəsən, şərabı gör, qumarı gör! 

Palitqadır hər işləri, alışları, verişləri, 

Olarda bir əməl fəqət quru, boş iftixarı gör! 

* Intelligentlərin (ziyalıların) 




96

 

 



Mirzə Ələkbər Sabir 

VAY, VAY! NƏ YAMAN MÜŞGÜLƏ... 

Vay, vay! Nə yaman müşgiilə düşdü işim, Allah! 

Fəryadimə yet kim, yanıram atəşə, billah! 

İslamə xələl qatmadadır bir neçə bədxah, 

İstərlər ola bəndələrin taği və gümrah. 

Etdim nə yaman əsrə təsadüf, aman, ey vah! 

Lahövlə vəla qüvvətə illa və billah! 

Məktəblər açıb eyləyin ehsanı. - deyirlər. 

Məktəbdə qoyun ustulu, dasqanı, - deyirlər, 

Pərpuç eləyin çubi-fələqqanı, - deyirlər, 

Dişrə çıxarın həzrəti-mollanı, - deyirlər. 

Molla qovula, yə'ni müəllim gələ, vah-vah! 

Lahövlə vəla qüvvətə illa və billah! 

Mən anlamıram kim, nola mə’nayi-müəllim? 

Qırx-əlli manat pul ala hər ay müəllim? 

Bir tazə üsulə ola ifayi-müəllim? 

Pulları ala, söyləyə, «oxqay», - müəllim? 

Molla ona həsrətlə çəkə küçədə ah!., ah!.. 

Lahövlə vəla qüvvətə illa və billah! 

Bir ildi, bir az çox da olur, yoxdu damağım. 

Nə çatmır əlim bir işə, nə getmir ayağım. 

Hərdən yeni bir söz danışır oğlan-uşağım, 

Taqqıldayır, Allah da şahiddi, qulağım, 

Port-Artur, hürriyyəti-Mancuriya, qah-qah!.. 

Lahövlə vəla qüvvətə illa və billah! 

And olsun ötən günlərə, divanə olublar! 

İslamə də, imanə də biganə olublar! 

Billahi başım çıxmayır, aya, nə olublar? 

Hürriyyətə-mürriyyətə məstanə olublar... 

Bah! bah... yenə bah-bah!.. yenə bah-bah!.. 

yenə bah-bah!.. 

Lahövlə vəla qüvvətə illa və billah! 

Ax. ay keçən illər, nola bir də dolaneydin

Tazə yenə beş yüz il olunca dayaneydin. 

Elmi, ədəbi, fəzli, kəmalati daneydin! 

Ey bildir, inişil, nola odlarə yaneydin! 

Ta eyləmiyəydin də bu qafilləri agah!  

Lahövlə vəla qüvvətə illa və billah! 




97 

 

 




98

 

 



 


99 

 

Mirzə Ələkbər Sabir 



Bilməm nə işim vardı, başım harda qarışdı, 

Elm ilə belə düşmən olan qövm banşdı, 

Təcdidi-vəfa birlə məariflə sarışdı, 

Rahət yata bilməm, mənə qəm muri darışdı; 

Etməkmi olar bir də bu uymuşları ikrah? 

Lahövlə vəla qüvvətə illa və billah!.. 



ÖVRADIMIZ, ƏZKARIMIZ... 

Övradımız, əzkarımız əfsaneyi-zəndir, 

Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir. 

Çün hübbi-nisa lazımeyi-hübbi-vətəndir, 

Əhli-vətəniz, hübbi-vətən yad alırız biz! 

Dindarləriz, gündə bir arvad alırız biz! 

Yox fərq bizim hündür ilə alçağımızda, 

Daim görürüz iş bu qocalmış çağımızda, 

Cüt-cüt durur övrət solumuzda, sağımızda, 

Şəhvət quluyuz, nəfsdən imdad alırız biz! 

Dindarləriz, gündə bir arvad alırız biz! 

Hər şam gərək üqdeyi-əfkar açılsın, 

Fəwareyi-iqbaldən amal saçılsın, 

Hər  sübh  nəmaz  ötmədə  həmmama  qaçılsın, 

Təthir  edərək  dillərə  övrad  alırız  biz! 

Dindarləriz, gündə bir arvad alırız biz! 

Bu məşğələlər şiveyi-əşyaxi-zəmandır, 

Ata-babamızdan bizə miras həmandır, 

Zənn eyləmə süstüz, qanımız od kimi qandır, 

Bu yolda töküb qanımızı ad alırız biz! 

Dindarləriz, gündə bir arvad alırız biz! 

Sair miləl övrətlə ədalət edir, etsin, 

Övrət ərə, ər övrətə rəğbət edir, etsin, 

Hər kim ki, bir övrətlə qənaət edir, etsin, 

Üç-dördün ötüb siğədə tə’dad alırız biz! 

Dindarləriz, gündə bir arvad alırız biz! 

Tə’dadi-nisa bir hünəri-sariyəmizdir, 

Tez boşluyuruz, çün bu libas ariyəmizdir, 

Övrət  nə  demək?  Xadiməmiz,  cariyəmizdir! 

Hərçənd  alan  vəqtdə  azad  alırız  biz! 

Dindarləriz, gündə bir arvad alırız biz!.. 



100

 

 



Hophopnamə 

HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS,... 

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəalann? 

Dutmuş idi yeri, göyü nalələrin, nəvalann... 

Yoxsa qamb da eybini boşlamısan ədaların? 

Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı? 

Sən demədinmi sağlamam, yox bədənimdə bir mərəz? 

Mən demədimmi cövhəri-nəfsinə hirs olur ərəz? 

Sən demədinmi şəxsimə əl tapa bilməyib qərəz? 

Ta ki, olundu imtəhan, mən deyən oldu, olmadı? 

Əncümən əhlinin, qoçaq, sən demədinmi, bir təki 

Verməyəcək riza gələ ölkəmizə Ətabəki?! 

Noldu ki, tez boşaldı bəs iş görən əncüməndəki? 

Köhnə qapı, həman daban, mən deyən oldu, olmadı? 

Sən o deyilmidin, dedin: dumdur ümidgahımız? 

Mən demədimmi, var buna dumduru iştibahımız? 

Bakı vəkili getdimi, oldumu dadxahımız? 

Get, hələ xamsən, dolan, mən deyən oldu, olmadı? 

Sən demədinmi dumada rəf olur ehtiyacımız? 

Mən də dedimmi çox yemə, tez pozulur məzacımız?! 

Qara buludlar oynaşır, indi nədir əlacımız? 

Çulğalayır bizi duman, mən deyən oldu, olmadı? 

Sən o deyilmidin, dedin: var bizim ittihadımız? 

Mən də, yadında var, dedim: yox buna e’timadımız, 

Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız?! 

Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı? 

EY Kİ GUYİ ŞƏRƏFİ-NƏFS... 

Ey ki guyi şərəfı-nəfs beədləstü becud, 

Vey ki cuyi göhəri-taci-kəramət zi sücud

Səxt bizarü məluləm mən əz in göftü şünud, 

Guş kon pəndi-həkimaneyi-Lağlaği nümud, 

Şərəfı-nəfs bebüxləstü ləamət, nə becud. 

Hər ki in hər dü nədarəd, ədəməş beh zivücud. 

Söhbət əz bəzlü səxavü kərəmü cud məkon, 

Atəşi-cud məzən, ne’məti-xod dud məkon. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə