MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə26/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   22   23   24   25   26   27   28   29   ...   138

101 

 

Mirzə Ələkbər Sabir 



Mlistəhəqra bekərəm naili-məqsud məkon, 

Ne’mətira ki, fərahəm şodə məfqud məkon, 

Ey ki dər ne’mətü nazi bekəsi cud məkon 

Ki, məhaləst bedin məşğələ imkani-xülud. 

Əz ğəmi-fəqr miyəndiş mədeh dil beməlal, 

Abiru riz behər dər be təmənnayi-sual

Begədayi həməca cəm’i-nümavü zərü bal, 

Sən'əti piş məgirü dəri-hər xanə benal, 

Ey ki dər şiddəti-fəqrixöi pərişaniyi-hal, 

Dözd şo kin do, sə ruzi besər ayəd mə'dud. 

Zərər əz fəqr çü didi tərəfi-sud gozər, öəm məxor 

düzdgəri kon suyi-məqsud gozər, 

Hirs kon tiztər əz atəşi-Nəmrud gozər, 

Xaki-rahi ki, beru migozərəd zud gozər, 

Ta nənalənd zi cövri-to bemə’bud gozər 

Ki, üyunəstü cüfiınəstü xüdudəstü qiidud. 

T ə r c ü m ə s i : *  

Ey deyən ki, şərəfi-nəfs ədalətdə olur, 

Ya səxavət tacının dürrü ibadətdə olur. 

Mənə min dərdü müsibət belə söhbətdə olur. 

Qulaq as fayda sənə boylə nəsihətdə olur. 

Şərəfi-nəfs paxıllıqda, cəhalətdə olur. 

Bunlar olmazsa birində, niyə dünyadə qalar? 

Salma heç vaxt səxavət və şərəf söhbətini, 

Yandınb kül eləmə əldə olan ne’mətini, 

Görmə möhtacların ömründə bir an surətini

Can kimi bağrına bas topladığın dövlətini. 

Tutma əl bir nəfərə, pozma gözəl adətini. 

Belə fürsət adama anla ki, hərdənbir olar. 

Tutmasın çöhrəni qoy feqrdə heç dərdü məlal, 

Üzünün tök suyunu, dur yolun üstündə pay al. 

Yığıla boynuna ta ki, bu gədalıqda vəbal, 

Sənət öyrənmə məbada, iş üçün etmə xəyal  

Bu zəlilliklə ki, oldun daha lap bəd əhval. 

Oğru ol ki, bu işin insana çox faydası var. 

* Şeirləri farscadan Əbülfəz Hüseyni (Həsrət) tərcümə elmişdir. 




102

 

 



Hophopnamə 

Fayda axtar sənə üz versə həyatında zərər, 

Dön oğurluq elə, mal yığ ki, qəmi məhv eləyər. 

Becid ol öz əməlində, gününü etmə hədər. 

Yeyin ol yolda, yubanma, azacıq dursan əgər, 

Xalq əlindən ayılıb, xaliqə min nalə edər 

O, görəndir, o, biləndir, səni hirslənsə tutar. 

FƏ’LƏ, ÖZÜNÜ SƏN DƏ... 

Fə’lə, özünü sən də bir insanmı sanırsan?! 

Pulsuz kişi, insanlığı asanmı sanırsan?! 

İnsan olanın cahü cəlali gərək olsun, 

İnsan olanın dövləti, mali gərək olsun, 

Hümmət demirəm, evləri ali gərək olsun; 

Alçaq, ufacıq daxmanı samanmı sanırsan?! 

Axmaq kişi, insanlığı asanmı sanırsan?! 

Hər məclisi-alidə soxulma tez arayə

Sən dur ayaq üstə, demə bir söz ümərayə, 

Caiz deyil insanca danışmaq fuqərayə, 

Dövlətlilərə kəndini yeksanmı sanırsan?! 

Axmaq kişi, insanlığı asanmı sanırsan?! 

Fəqr ilə ğina əhlinə kim verdi müsavat? 

Mə’nadə də, surətdə də var bunda münafat, 

Öz fəzlini pulsuz edəməz kimsənə isbat, 

Bu mümtənəi qabili-imkanmı sanırsan?! 

Axmaq kişi, insanlığı asanmı sanırsan?! 

Get vur çəkicin, işlə işin, çıxma zeyindən, 

Məqsud müsavat isə ayrılma ceyindən, 

Var nisbətin ərbabi-ğinayə nə şeyindən? 

Bir abbasi gün muzdunu milyanmı sanırsan?! 

Axmaq kişi, insanlığı asanmı sanırsan?! 

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir, 

Əmlak bizimdirsə, əyalət də bizimdir, 

Divan bizim, ərbabi-hökumət də bizimdir, 

Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?! 

Axmaq kişi, insanlığı asanmı sanırsar?! 




103 

 

Mirzə Ələkbər Sabir 



Asudə dolanmaqda ikən dövlətimizdən. 

Azğınlıq edirsiz də hələ ne’mətimizdən, 

Boylə çıxacaqsızmı bizim minnətimizdən?! 

Ehsanımızın şükrünü küfranmı sanırsan?! 

Axmaq kişi, insanlığı asanmı sanırsan?! 

Heç bir utanırsan?! 

Ya bir usanırsan?! 

Əlminnətü-lillah, 

Odlara yanırsan! 

TƏNİ-ADƏMİ ŞƏRİFƏST... 

Təni-adəmi şərifəst be nani-adəmiyyət, 

Nə həmin kəmalü fəzləst nişani-adəmiyyət. 

Əgər adəmi be nitqəstü be ləhn sövti-dİlkeş, 

Çi məyaneyi-qramafon, çi məyani-adəmiyyət. 

Xörəşü plov, fısincan, xinikabi-qəndü fincan, 

Həyəvan xəbər nədarəd zi xani-adəmiyyət. 

Be təbiət adəmi şöv peyi-səfki-xuni-ixvan,  

Rəkü xuni-adəmi xür be dəhani-adəmiyyət. 

Əgər in dirəndəxuyi nəbüvəd çisan təvan kərd. Həmə 

ömr cəndəbazi be zənani-adəmiyyət. 

Güzərani-fə'lə didi... to sual kon, zi qeyrət  

Bedər ay ta be bini güzərani-adəmiyyət!.. 

T ə r c ü m ə s i :  

Adamı çörəklə indi tanıyıb sayırlar insan. 

Bəşərə bəzək deyildir bu zamanda elm, irfan. 

Danışıqla, söhbət ilə birinə adam deyirlər, 

O nə ilə fərqlənir bəs oxuyan qrammafondan? 

Düzülüb plov-fısincan, döşənib otaqda süfrə. 

Belə insan aləmində nə bilir nə var ki, heyvan. 

Adam ol təbiətinlə, didib aləmi dağıt sən, 

Bəşərin üzüb boğazın, sən öz ağzın ilə iç qan. 

Belə vəhşilik, cinayət əgər olmasa birində  

Nə cürə kef ilə məşğul olacaq cahanda hər an? 

Necə ömr edir o fəhlə... soruş indi, qeyrətindən, 

Nəzər eylə gör ki, insan dolanır necə firavan. 



104

 

 



 


105 

 

 




106

 

 



Mirzə Ələkbər Sabir 

TƏRANEYİ-ŞAİRANƏ 

Süluki şairin eynən səfa deyil də, nədir? 

Vətənpərəstə bu məslək rəva deyil də, nədir? 

Nasıl da əsrə görə məzhər olmasın şair?!  

Füadı lövheyi-giytinüma deyil de, nədir? 

Xəyalı məs’ədətü e’tilayi-əhli-vətən, 

Şüan millətə mehrü vəfa deyil də, nədir? 

Səriri-səltənəti-şairanə malikinin  

Livayi-himməti izzətgüşa deyil də, nədir? 

Bəleyk caizəculuqla vəsfgu şair  

Şu məsləkində yavuncu gəda deyil də, nədir? 

Pula sitayiş edən şairin bu qəhbəliyi, 

Nəhayət, əqbəh olan bir əda deyil də, nədir? 

Düri-xəzineyi-əhli-kəmal ikən əş’ar, 

Xəzəf bəhasına satmaq cəfa deyil də, nədir? 

Mədihəgulərin əş’an abrulan tək 

Nisari-xaki-dəri-əğniya deyil də, nədir? 

Təməllüqatə yaqışmaz təbiəti-şair -  

Bu şivə məsləki-əhli-riya deyil də, nədir? 

Riyanı tərk edəlim zahidi-riyakarə, 

Dürənglik bizə nisbət xəta deyil də, nədir? 

Təbəsbüsatlə hasil olan beş-on günlük  

Ömürdən isə bir ölmək səza deyil də, nədir? 

Qulami-himmət olan şairi-qəzəlxamn  

Zəbanı, nitqi həqaiqəda deyil də, nədir? 

Deməm ki, şair olub həcvi-nasə aç dilini,  

Əminə həcv, kəmali-əza deyil də, nədir? 

Qərəzlə bir kəsə ithami-ləğvkaranə -  

Zəhi qəbahəti-əqlü zəka deyil də, nədir? 

Deməm ki, fasidi vəsf et, sakın fəsadından! 

Yamanə yaxşı demək nasəza deyil də, nədir? 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə